Hayri Sayı
Fransa Respublika vətəndaşı, İBM-in universitetlər üzrə əlaqələndirici şəxsi Hayri Sayı Naxçıvan Dövlət Universitetində IBM institutunun yaradılması istiqamətində bir həftə müddətində təlimlər təşkil etmiş və ali təhsil ocağının 20 əməkdaşının iştirak etdiyi təlimlər dizayn həlləri, süni zəka, proqram mühəndisliyi mövzularında olmuşdur. Təlimlərin əsas məqsədi isə texnologiya sahəsində peşəkar kadrlar yetişdirmək və müstəqil tədqiqat və inkişafı dəstəkləməkdir.