Naxçıvan Dövlət Universitetinin Biotexnologiyalar Mərkəzi biotexnologiya sahəsində elmi-tədqiqatların aparılması və tələbələrin praktik biliklərinin artırılması məqsədilə fəaliyyət göstərir. Mərkəzdə xüsusilə bitki biotexnologiyası istiqamətində in vitro toxuma kulturası texnologiyalarından istifadə olunaraq bitkilərin laboratoriya şəraitində yetişdirilməsi və sürətli çoxaldılması həyata keçirilir.
Aparılan tədqiqatların əsas istiqamətlərindən biri meyvə bitkilərinin calaqaltılarının biotexnoloji üsulla artırılmasıdır. Bu çərçivədə şaftalı üçün Garnem, gilas üçün Gizella və MaxMa 14, həmçinin ərik və alça üçün Myrobolan calaqaltılarının in vitro mikroçoxaldılması, kökləndirilməsi və adaptasiya mərhələləri öyrənilir.
Mərkəzin məqsəd və vəzifələrinə aşağıdakılar aiddir
· Biotexnologiya sahəsində elmi tədqiqatların aparılması
· Yeni bioloji metodların tətbiqi
· Tələbə və magistrlərin elmi fəaliyyətə cəlb olunması
· Yerli və beynəlxalq elmi əməkdaşlıqların inkişafı
· Laborator analiz və eksperimentlərin aparılması
Biotexnologiyalar Mərkəzi müasir laborator avadanlıqları ilə təchiz olunmuşdur. Bu cihazlara avtoklavlar, biosafety kabinetlər, həssas elektron tərəzilər, laminar axın kabinetləri həmçinin laboratoriya şüşə və köməkçi avadanlıqları daxildir.
Biotexnologiyalar Mərkəzinin strukturu
|
Ad, Soyad |
Vəzifə |
|
Əli Quliyev |
Mərkəz müdiri |
|
Telli Kərimova |
Laboratoriya müdiri |
|
Rəna İbrahimova |
Laborant |
|
Aysel Məmmədova |
Laborant |
|
Sibel Əliyeva |
Laborant |