Akademik məsləhətçi (tyutor) xidməti

5.1. Ali təhsil müəssisələrində Bolonya prosesinin təşviqi, kredit sistemi ilə tədrisin təşkili, AKTS sisteminin tətbiq edilməsi və tələbələrə kömək göstərilməsi məqsədi ilə ali təhsil müəssisələrində və AMEA-da akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil edilir.

5.2. Tyutorlar bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan ali təhsilli şəxslər arasından seçilirlər.[33]

5.3. Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.

5.4. Tyutorlar:

5.4.1. tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyurlar;

5.4.2. tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər;

5.4.3. tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verirlər;

5.4.4. bu Qaydaların 3.3.1-ci yarımbəndində göstərilən müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edir və ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər;

5.4.5. tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər;

5.4.6. yay semestrinin təşkilində iştirak edirlər.