Peşəkar Təlimlər

Universitetimizdə akademik heyətin və tədqiqatçıların davamlı inkişafını dəstəkləmək məqsədilə beynəlxalq professorlar və ekspertlər tərəfindən mütəmadi olaraq şəxsi və peşəkar təlimlər keçirilir. Bu təlimlər qlobal akademik standartlara uyğun bilik və bacarıqların artırılmasını, həmçinin universitetdə tədris və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsini hədəfləyir.
Təlimlərin əsas məqsədi akademik heyətin pedaqoji və tədqiqat bacarıqlarını gücləndirmək, universitetdə innovativ və nəticəyönümlü tədris mühitini təşviq etmək, elmi nəticələrin beynəlxalq səviyyədə tanıdılmasını artırmaq və müasir təhsil, eləcə də tədqiqat trendləri ilə addımlamaqdır. Bu istiqamətdə təşkil olunan proqramlar iştirakçılara həm nəzəri bilik, həm də praktiki təcrübə qazandırır, universitetin akademik potensialının inkişafına töhfə verir.
Təlim proqramları müxtəlif aktual mövzuları əhatə edir:
- Layihəəsaslı öyrənmə (Project-Based Learning)– praktik və tədqiqat yönümlü öyrənmə mühitinin qurulması.
- Problemgüdümlü öyrənmə (Problem-Based Learning)– tələbələrin tənqidi və analitik düşünmə bacarıqlarının inkişafı.
- Akademik yazı və nəşr strategiyaları– beynəlxalq jurnallarda dərc üçün effektiv yazı texnikaları.
- Elmi tədqiqatın aparılması– yüksək impakt faktorlu jurnallar üçün tədqiqat metodologiyası və məlumat təhlili.
- Qrant yazılışı və akademik layihələrin idarə olunması– beynəlxalq və yerli fondlara uğurlu müraciət prinsipləri.
- Kurikulum dizaynı və nəticəyönümlü təhsil– müasir tədris proqramlarının hazırlanması və qiymətləndirmə meyarları.
- Ali təhsil üçün innovativ tədris metodları– rəqəmsal və interaktiv öyrənmə yanaşmaları.
- Akademik heyət üçün vaxtın idarə olunması və səmərəlilik bacarıqları– iş yükünün planlaşdırılması və balanslaşdırılması üsulları.
- Akademik mühitdə emosional intellekt və stressin idarə olunması– psixoloji dayanıqlığın və iş məmnuniyyətinin artırılması.
- Rəqəmsal alətlər və süni intellektin universitet tədrisinə inteqrasiyası– tədris prosesində AI texnologiyalarından səmərəli istifadə yolları.
- Akademik heyət üçün liderlik və komanda işi bacarıqları– effektiv əməkdaşlıq və idarəetmə vərdişlərinin formalaşdırılması.
- Davamlı peşəkar inkişaf və ömürboyu öyrənmə strategiyaları– şəxsi və peşəkar inkişafın uzunmüddətli planlaşdırılması.
Təlimlərin xüsusiyyətləri
Keçirilmiş təlimlər
1. İnternational training month 2025
2. Alaskar Özperçin “Prakitiki layihələrin hazırlanması yolu ilə öyrənmə prosesi”