BAYTARLIQ TƏBABƏTİ KLİNİKASI


   
   HAQQIMIZDA

     Universitet Elmi Şurasının 29 oktyabr 2014-cü il tarixli 02 saylı protokoluna əsasən, Naxçıvan Dövlət Universitetinin 31 oktyabr 2014-cü il tarixli 377 saylı əmri ilə “Baytarlıq” kafedrasının adı “Baytarlıq təbabəti” olaraq dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2019-cu il tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş ixtisas təsnifatında da bu ixtisas 050704 – Baytarlıq təbabəti kimi qəbul edilmişdir. Hazırda həm kafedra, həm də ixtisas bu adla fəaliyyət göstərir. İxtisasın profilinə uyğun olaraq kafedra ayrıca, müasir tələblərə cavab verən üçmərtəbəli tədris korpusunda yerləşir, binanın birinci mərtəbəsində isə Baytarlıq klinikası fəaliyyət göstərir.

   MƏQSƏDİMİZ

   Baytarlıq klinikasında xırda heyvanlar üzərində müxtəlif cərrahi əməliyyatlar aparılır, eləcə də daxili xəstəliklər, dəri, parazitar, yoluxucu və ortopedik xəstəliklərin diaqnostikası və müalicəsi həyata keçirilir.
Bundan əlavə, xəstəliyin gedişinə nəzarət və reabilitasiya məqsədilə müalicədən sonrakı müşahidə və baxım xidməti də təmin olunur.

 
LİNKLƏR VƏ NƏŞRLƏR

Naxçıvan Dövlət Universitetinə Qars Qafqaz Universitetindən dəvət olunmuş, professor İsa Özaydın fikirlərini Naxçıvan Dövlət Universitetinin Televiziyası ilə bölüşüb

Professor İsa Özaydın Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti ixtisasının II kurs tələbələrinə cərrahi tikişlərin üsullarını öyrədir

Naxçıvan Dövlət Universitetinin “Baytarlıq təbabəti” kafedrasının klinikasında cərrahi əməliyyat aparılıb

2025-ci il aprelin 30-da Baytarlıq təbabətinin klinikasında mühüm cərrahi müdaxilə həyata keçirilmişdir

 

   İŞÇİ PLANI




QALEREYA