İnklüziv Təhsil Mərkəzi bütün tələbələrin sosial-mədəni və fərdi xüsusiyyətlərinə, həmçinin ehtiyaclarına uyğun təhsil almasını təmin edir. Mərkəzdə təhsil proqramı, metodları və materialları bütün tələbələrin fərdi xüsusiyyətləri, ehtiyacları və maraqları nəzərə alınmaqla tədris olunur. Tələbələrin keyfiyyətli təhsilə çıxışı və mümkün ayrı-seçkiliyin azaldılması mərkəzin əsas məqsədlərindəndir. Həmçinin mərkəz xüsusi təhsilə ehtiyacı olan tələbələrin inkişafının və yaradıcı hərtərəfli təlim dəstəyi sisteminin, təhsil və reabilitasiya şəraitinin yaradılmasıdır. Mərkəzin mütəxəssisləri tələbələr üçün fərdi təhsil və reabilitasiya proqramı hazırlayır, tələbələrə hərtərəfli dəstək verir və onları universitetdə tədris prosesinə tədricən uyğunlaşdırır. İnklüziv Təhsil Mərkəzin vəzifələrinə həmçinin xüsusi təhsilə ehtiyacı olan tələbələrlə tədris və reabilitasiya işinin təşkili və monitorinqi məsələləri üzrə dekanlıqların əməkdaşları və kafedra müdirləri ilə birlikdə məsləhətləşmələr aparmaqda daxildir.
İnklüziv Təhsil Mərkəzinin qarşısında aşağıdakı vəzifələr durur:
-yüksək keyfiyyətli ali təhsil almaq, ali təhsil müəssisəsini və təhsil formasını sərbəst seçmək hüququnun təmin edilməsi;
-xüsusi təhsil, reabilitasiya şəraiti və kompleks dəstək sisteminin yaradılması;
-əxlaqi, fiziki, əqli və sosial sağlamlığın qorunması və möhkəmləndirilməsi;
-tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə və səmərəli peşəyə yiyələnməsinə təşviq edilməsi;
-xüsusi təhsilə ehtiyacı olan tələbələrin təhsili ilə bağlı treninqlər, seminarlar, kurslar və vebinarların təşkili və keçirilməsi;
- regionun təhsil müəssisələrində xüsusi təhsilə ehtiyacı olan uşaqlara psixoloji-pedaqoji və korreksiya-inkişaf xidmətləri göstərən mütəxəssislər haqqında məlumatların ümumiləşdirilməsi;
- xüsusi təhsilə ehtiyacı olan tələbələr haqqında ictimaiyyətin məlumatlılığının artırılmasına, onların ayrı-seçkiliyinin qarşısının alınmasına, belə tələbələrə və onların valideynlərinə müsbət münasibət formalaşdırılmasına yönəlmiş informasiya-maarifləndirmə işinin təşkil edilməsi;
-mərkəzin əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, təhsili və məşğulluğu sahəsində fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin təşkil edilməsi.
Mərkəzdə siz xüsusi təhsilə ehtiyacı olan tələbələrin təhsili, tərbiyəsi, psixoloji və pedaqoji dəstəyi üçün normativ-hüquqi və maddi-texniki baza ilə tanış ola biləcəksiniz. Həmçinin mərkəz regionda sağlamlıq imkanları məhdud şagirdlərədə təhsil xidməti göstərəcəkdir.