Naxçıvan Dövlət Universiteti Erasmus+ ICM proqramı və ikitərəfli əməkdaşlıqlar çərçivəsində mübadilə prosedurları ilə bağlı müraciət edən təhsilalanlar üçün Tələbə təlimatı

 

"TƏSDİQ EDİRƏM"

 

Naxçıvan Dövlət Universitetinin rektoru

 

 

__________________ E.S.İsayev

 

“_30_”  yanvar__2024-cü il

 

 

 

 

 

Mübadilədə iştirak edəcək tələbələrin

namizədlik və seçim kriteriyaları və

Seçki komissiyasının tərkibi

 

 

 

 

 

 

Naxçıvan 2024

 

 

 

Naxçıvan Dövlət Universiteti

Erasmus+ ICM proqramı və ikitərəfli əməkdaşlıqlar çərçivəsində mübadilə prosedurları ilə bağlı müraciət edən təhsilalanlar üçün

Tələbə təlimatı

1.Müraciət Prosesi

Doldurulmuş ərizə forması

CV (Europass)

Akademik Transkript

Motivasiya məktubu

Xarici pasport (varsa) (mövcud olmaması qiymətləndirmə prosesinə təsir göstərmir)

Bütün sənədlər doldurululur və elana cavab verilməklə göndərilir

 

2.Seçim və Qiymətləndirmə Prosesi

Müraciət prosesi uğurla tamamlanan namizədlərə müsahibəyə dəvətlə bağlı e-poçt göndərilir.

Müsahibə mərhələsi

Tələbələr e-poçta cavab verməklə iştiraklarını təsdiqləyir;

Tələbələr müsahibə üçün vaxt aralığını Google Doodle formasından seçməlidir (1 mövcud yer yalnız bir tələbə üçün);

Müsahibələr 15-20 dəqiqə davam edir;

Müsahibələr Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən götürülür;

Müsahibə: Beynəlxalq Əlaqələr üzrə prorektor, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Tədris şöbəsinin müdiri, Keyfiyyət Təminatı şöbəsinin müdiri və namizədin tələbəsi olduğu fakültənin dekanından ibarət komissiya tərəfindən keçirilir;

Müsahibə meyarları: tələbələrin özünüifadə qabiliyyəti, nitq qabiliyyəti, vətənpərvərlik, tolerantlıq, dünyagörüşü, tarix bilikləri, xarici dil bilikləri, Erasmus+ proqramı haqqında ümumi məlumatlılıq, ev sahibi universitet haqqında biliklərin yoxlanılması;

 

  Qiymətləndirmə Mərhələsi

Ümumi müsahibə qiyməti komissiya üzvlərinin fərdi qiymətləndiriliməsinə əsasən orta hesabla hesablanacaq.

Akademik göstəricilər ümumi balın 40%-ni təşkil edəcək. (Transkriptlə dəqiqləşdiriləcək) Müraciət üçün keçərli minimum bal 80-dir.

Sosial göstəricilər ümumi balın 40%-ni təşkil edəcək (CV-yə  və TGT ilə əməkdaşlığa uyğunluğu nəzərə alaraq qiymətləndiriləcək)

Müsahibə nəticələri ümumi balın 20%-ni təşkil edəcək.

Daha sonra yuxarıdan aşağıya (top to bottom) qiymətlər əsasında reytinq siyahısı hazırlanacaq. Nəticədə, daha yüksək reytinqli tələbələr (mobillik üçün mövcud olan yerləri nəzərə alaraq) haqq qazanmış olacaqlar.

Ø  Mobilliyə hazırlıq

·         Ümumi tələb olunan sənədlər

Seçim mərhələsi tamamlandıqdan və nəticələr elan olunduqdan sonra aşağıdakı sənədlər hazırlanmalıdır:

Namizədlik məktubu (Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən təqdim olunacaq)

Ərizə forması (Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən yoxlanılacaq, tələbə və Şöbə tərəfindən imzalanacaq)

Dil sertifikatı (Namizəd tərəfindən təqdim olunacaq)

Pasport (xarici pasportun surəti tələb olunur. Əgər mövcud deyilsə və ya onun etibarlılıq müddəti bitibsə, tələbə mobillik üçün seçildiyi andan etibarən pasport üçün müraciət etməlidir)

Tədris müqaviləsi (Learning Agreement- LA)

Dəvət məktubu (imzalanmış və möhürlənmiş LA göndərildikdən sonra dəvət məktubu qəbul edən universitet tərəfindən göndəriləcək)

Qrant Müqaviləsi (imzalanmış və möhürlənmiş LA göndərildikdən sonra qrant müqaviləsi qəbul edən universitet tərəfindən göndəriləcək)

 

Tədris Müqaviləsi (LA)

İlk öncə, tələbələr qəbul etdikləri universitet üçün xüsusi LA şablon forması ilə təmin olunurlar.

Tələbələr LA-in ilkin ümumi məlumatın tələb olunan bölmələrini diqqətlə  doldurmalıdırlar (tələbə haqqında, göndərən və qəbul edən qurumlar).

Mobillikdən əvvəl tələbələr “Qəbul edən qurumun Təhsil Proqramı”  və “Göndərən müəssisədə tanınma” bölmələrindən ibarət hissəni doldurmalıdırlar.

Bunun üçün tələbələr proqnozlaşdırılan semestr üçün qəbul edən universitetin müvafiq proqramından mobillik üçün müvafiq kursları seçməlidirlər. Tələbələr bu məlumatları qəbul edən universitetin veb səhifəsindən əldə edə bilərlər

Bu bölmələr lazımi qaydada doldurulduqdan sonra LA-nın “Öhdəlik” hissəsi doldurulur ,tələbənin özü və Beynəlxalq əlaqələr şöbəsinin müdiri tərəfindən imzalanır.

Bu proseduru tamamlamaq və lazımi qaydada imzalanmış LA almaq üçün maksimum son tarix tələbə mobillik üçün seçildikdən 1 həftə sonra olacaqdır

.

Viza Proseduru

Viza proseduru tələbə mobillik üçün seçilən kimi başlamalıdır.

Tələbə ölkənin müvafiq səfirliyi ilə əlaqə saxlamalıdır.

(Xarici İşlər Nazirliyinin internet səhifəsindən uyğun əlaqə məlumatlarını tapa bilərsiniz.

http://www.mfa.gov.az/az)

Viza üçün tələb olunan sənədləri siyahıya almalı və hazırlamalıdırlar.