“Steam” elmi-tədqiqat mərkəzi

Haqqımızda

“Steam” elmi-tədqiqat mərkəzi  Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 06 sentyabr 2023-cü il tarixli iclasının 01 -li qərarı və NDU rektorunun 13b №-li əmrinə əsasən yaranmışdır.

 

Missiyamız

Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan elmi-tədqiqat mərkəzimiz Elektronika və informasiya texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərir. Mərkəzimiz elektronika və kompüter elmlərinə əsaslanan fundamental və tətbiqi tədqiqatlar üzrə müasir texnologiyalar və tədqiqat üsullarının köməyi ilə araşdırmalar aparan, əldə edilən nəticələrin tədris prosesində və praktikanın başqa sahələrində istifadə olunması üçün müvafiq təkliflər verən struktur bölmədir. Gənc tədqiqatçı və müəllim heyəti ilə bakalavriat və magistiratura səviyyəsindəki tələbələrə təlim və tədris planına uyğun olaraq elmi-praktiki araşdırmalar araşdırılır, innovaitv layihələr hazırlanır.

Hədəflərimiz

Mərkəzin hədəfləri tələbələrdə yaradıcı və tənqidi düşüncəni inkişaf etdirilməsi, təcrübəli öyrənmə üçün münbit mühitin yaradılması, müasir texnologiyalar, proqramlaşdırma, robototexnika və digər yüksək texnologiyalı fənlərin təcrübəyə inteqrasiyasını təmin etmək, tələbələrin komanda şəklində işləməyi, tapşırıqları bölüşdürməyi və kollektiv qərarlar qəbul etməyi öyrəndiyi birgə layihələrə yönəltməkdir.

 

Vəzifələrimiz

·        NDU-nun elmi-pedaqoji fəaliyyətinin inkişafında, elmi kadrların hazırlanmasında iştirak etmək;

·        Müxtəlif elmi istiqamətlər üzrə aktual problem və mövzularla bağlı təkliflər hazırlamaq, müvafiq tədqiqat işlərini yerinə yetirmək;

·        NDU-nun müvafiq struktur bölmələri ilə səmərəli əlaqələr yaratmaq, professor – müəllim heyətini, tələbə, magistrant və doktorantları Mərkəzdə aparılan elmi tədqiqatlara cəlb etmək;

·        Elmi irəliləyişlərə yol açan, nəzəri və praktiki bilikləri zənginləşdirməyə yönəlmiş müxtəlif elmi-texniki fənlər üzrə yüksək keyfiyyətli tədqiqat layihələri hazırlamaq;

·        İnnovativ metodların və müasir informasiya texnologiyaların tətbiqi ilə universitetdə və digər elmi-tədqiqat müəssisələrində, beynəlxalq elm və texnologiya festivallarında sərgilərin təşkilində iştirak etmək;

·        Elmi-tədqiqat nəticələrini müzakirə etmək, həmçinin elmi konfrans, seminar, dəyirmi masa, mühazirə və s. formatda tədbirlər keçirmək, bu sahədə müxtəlif elm və təhsil müəssisələri, tanınmış alim və mütəxəssislərlə müntəzəm əməkdaşlıq etmək;

·        Elm, təhsil, innovasiya mərkəzlərinin qrant layihələri, proqram və müsabiqələri çərçivəsində müstəqil və birgə elmi-tədqiqat işləri aparmaq;

·        Beynəlxalq elmi əlaqələrin davamlı inkişafı üçün ardıcıl tədbirlər görmək, nəzəri və praktiki əhəmiyyət kəsb edən birgə proqram və layihələr həyata keçirmək;

·        NDU-da ali təhsilin elmi problemlərinin həllində, tədqiqatın nəticələrinin tədris prosesinə tətbiqində və onun təkmilləşdirilməsində iştirak etmək;

·        NDU-da elmi fəaliyyətin və tədris prosesinin təşkili ilə bağlı vəziyyəti öyrənmək məqsədilə sorğular keçirmək, təhlillər aparmaq, nəticələrə dair rəy və təkliflər hazırlayıb, rəhbərliyə təqdim emək;

·        Mərkəz əməkdaşlarının elmi fəaliyyətinin təşviq edilməsi və ixtisas səviyyəsinin artırılması üçün tədbirlər görmək;

·        Mərkəzin illik fəaliyyət planını və görülmüş işlərin hesabatını hazırlayıb rəhbərliyə təqdim etmək;

·        Bu əsasnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

Laboratoriya təchizatı

Mərkəz müəllim və tələbələrin, tədqiqatçıların işləməsi, layihələr hazırlaması üçün müasir texniki avadanlıqlarla təchiz olunmuşdur.

Üzvlər

  • Hüseyn Qasımov – texnika üzrə fəlsəfə doktoru, kafedra müdiri
  • Taleh Haxverdiyev – kabinə müdiri
  • Fidan Əsgərzadə - laborant
 

 

İŞÇİ PLANI

Qalereya