OPTİKA VƏ ELEKTRONİKA ELMİ TƏDQİQAT LABARATORİYASI

Haqqımızda

Optika və elektronika elmi tədqiqat laboratoriyası Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 06 sentyabr 2023-cü il tarixli iclasının 13c № -li Qərarı və NDU rektorunun 1005/3/2018 №-li əmrinə əsasən yaranmışdır.

 

Məqsədimiz

Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan laboratoriyamız Ümumi və nəzəri fizika kafedrasının nəzdində fəaliyyət göstərir. Hazırda, laboratoriyada peşəkar gənc tədqiqatçı və müəllim heyəti ilə bakalavriat və magistiratura səviyyəsindəki tələbələrə təlim və tədris planına uyğun olaraq elmi-praktiki araşdırmalar aparan, əldə edilən nəticələrin həm tədris prosesində, həm də tətbiq sahələrində istifadə olunması üçün müvafiq təkliflər verən mərkəzdir. Optika və elektronika laboratoriyasında geniş spektrdə müxtəlif təcrübələr və tədqiqatlar həyata keçirilə bilir. Bu laboratoriyalar fizikada, mühəndislikdə və texnologiyada mühüm rola malikdir, çünki onlar işığın və elektron cihazların davranışını araşdırmağa imkan verir.

 

Hədəflərimiz

NDU-nun fəaliyyət istiqamətlərini seçməklə, fizika, optika və elektronika sahəsində fundamental və tətbiqi tədqiqatlar üzrə araşdırmalar aparmaq, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib hazırlanacaq, elmi və praktiki əsaslandırılmalar aparılacaqdır.

 

Vəzifələrimiz

• Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
• Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar təşkil etmək;
• Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
• Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr hazırlamaq;
• Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri ilə əməkdaşlıq etmək;
• Mərkəzin iş planını hazırlamaq;
• Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

 

Laboratoriya təchizatı

Tədris laboratoriyasında aparılacaq işlər üçün ən son texnoloji avadanlıqlarla təchiz olunmuş cihazlar və reaktivlər mövcuddur.

Üzvlər

• prof. Xəlil Kələntər
• r.e.ü.d. prof. Cavanşir Zeynalov
• r.ü.f.d. dos. Məftun İsmayılov
• f.ü.f.d. dos. Billurə Hacıyeva
• b/m Seyfəddin Cəfərov
• b/m Elgün Tağıyev
• Xuraman Məmmədova
• f.ü.f.d. dos. Məftun Əliyev
• t.ü.f.d. b/m Hüseyn Qasımov
• r.ü.f.d. b/m Daşqın Seyidov

 

İŞÇİ PLANI

 

Qalereya