Yusif Məmmədəliyev adına Elmi-tədqiqat laboratoriyası

Haqqımızda

Yusif Məmmədəliyev adına Elmi-tədqiqat laboratoriyası Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 28 noyabr 2019-cu il tarixli iclasının 03 № -li Qərarı və NDU-nun rektorunun 0000000 №-li əmrinə əsasən yaranmışdır.

 

MƏQSƏDİMİZ

Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan laboratoriyamız Kimya kafedrasının nəzdində fəaliyyət göstərir. Hazırda, laboratoriyada peşəkar gənc tədqiqatçı, magistr və müəllim heyəti elmi tədqiqat işləri yerinə yetirməklə yanaşı bakalavriat və magistiratura səviyyəsindəki tələbələrlə təlim və tədris planına uyğun olaraq elmi-praktiki araşdırmalar aparılır. Laboratoriyanın əsas elmi istiqaməti elektroimyəvi sintez olduğu üçün aşağıdakı tədqiqat işllərinin həyata keçirilməsi təmin olunur:
• Elektrolit məhlullarının hazırlanması və qatılıq keçidləri
• Elektrolit məhlullarının xarakteristikasının öyrənilməsi
• Elektrokiməvi proseslərin praktik təhlili
• Elektrokimyəvi sintez prosesinin kinetikasının tədqiqi
• Elektrokimyəvi sintez prosesinin mexanizminin tədqiqi
• Elektrokimyəvi prseslərdə müxtəlif faktorlərın reduksiya prosesinə təsirinin öyrənilməsi
• Elektrokimyəvi prseslərdə müxtəlif faktorlərın oksidləşmə prosesinə təsirinin öyrənilməsi
• Müxtəlif qalınlıqda təbəqələrin alınmasının öyrənilməsi
• Təbəqələrdə səth xarakterlərinin öyrənilməsi
• Nümunələrin termiki emal edilməsi • Qalvanik elementin qurulması və s. kimi tələblərə uyğun proreslər həyata keçirilir.

 

Hədəflərimiz

Yaxın zamanlarda yarımkeçirici nazik təbəqələrin elektrokimyəvi yolla alınması, təbəqə tərkibinin dəqiq analiz edilməsi, alınmış nümunələrin istehsalata təqdim olunması üçün faydalı iş əmsalının müəyyənləşdirilməsi üçün laboratoriyanın təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib hazırlanacaq, tədqiqatlara dair patent və qrand layihələrin qazanılması istiqamətində elmi və praktiki əsaslandırılmalar aparılacaqdır. Həmçinin magistraturant və doktorantların tədqiqatlarının dərinləşdirilməsi üçün təkmilləşdirmələrin nəzərdə tutulması hədəflərimizdəndir.

 

VƏZİFƏLƏRİMİZ

• Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
• Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar təşkil etmək;
• Beynəlxalq elmi nəşirlərdə tədqiqat nəticələrimizi dərc etdirmək;
• Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
• Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar və universitetlərin elmi tədqiqat mərkəzləri və laboratoriyaları ilə əməkdaşlıq etmək;
• Elmi tədqiqat profilimizə uyğun olaraq istehsalat sahələri ilə əməkdaşlıqların təşkil edilməsi;
• Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;
• Laboratoriyanın iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq; • Universitetin fəaliyyət istiqamətlərinə uyğun olaraq nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

Laboratoriya təchizatı

Burada elektrokimyəvi sintezi həyata keçirmək üçün lazımı avadanlıqlar və reaktivlər mövcuddur.

Üzvlər

• Professor Yasin Babayev- Naxçıvan Dövlət Universiteti Kimya kafedrasının rofessoru
• Dosent Şəmil Mahmudov –Naxçıvan Dövlət Universiteti Kimya kafedrasının müdiri
• Pərvin Quliyev- Naxçıvan Dövlət Universiteti Kimya kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru
• Hüseyn İmanov- Naxçıvan Dövlət Universiteti Kimya kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru

İŞÇİ PLANI

 

Qalereya