Arıçılıq problemləri laboratoriyası Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 28 noyabr 2019-cu il tarixli iclasının 3/03 № -li Qərarı və NDU-nun rektorunun 0000000 №-li əmrinə əsasən yaranmışdır.
Müasir avadanlıqlarla təchiz olunan laboratoriyamız Baytarlıq təbabəti kafedrasının nəzdində fəaliyyət göstərir. Hazırda, laboratoriyada peşəkar gənc tədqiqatçı və müəllim heyəti ilə bakalavriat və magistiratura səviyyəsindəki tələbələrə təlim və tədris planına uyğun olaraq elmi-praktiki araşdırmalar, arı xəstəliklərinin diaqnozu, arıçılıq məhsullarının müvafiq keyfiyyət standartlarına uyğun ekspertizası aparılır. Bu analizlər aşağıdakı qaydada sadalanmışdır:
• Balın nəmliyinin təyini
• Balın orqanoleptik göstəricilərinin təyini
• Polen analizləri
• Bal və polendə melinosomatik analizlər
• Arı irqlərinin müəyyənləşdirilməsi
• Nozematozun təyini
• Varroatozun təyini
• Braulyozun təyini
• Akarapidozun təyini
• Vəhşi arıların təyini həyata keçirilir.
Yaxın zamanlarda arıçılıq məhsullarının təhlükəsizliyinə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, metodiki tövsiyələr veriləcək, arıçılıq məhsullarının yeni texnologiyalarla istehsalına və emalına dair elmi və praktiki təkliflər hazırlanacaqdır. Həmçinin magistrant və doktorantlar üçün nəzərdə tutulan tədqiqat işlərinin aparılmasına dair tədbirlər görülür.
• Elmi tədqiqat işləri yerinə yetirmək;
• Beynəlxalq və respublika səviyyəli konfranslar, simpoziumlar, seminarlar, vebinarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
• Beynəlxalq və respublika səviyyəli nəşrlər hazırlayıb çap etdirmək;
• Kitablar, kitabçalar, bukletlər hazırlayıb bu sahədə fəaliyyət göstərən arıçıları müasir texnologiyalarla bağlı məlumatlandırmaq;
• Ölkə daxilində və xaricdə yerləşən elmi-tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
• Fəaliyyət istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək ;
• Laboratoriyanın iş planı və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;
• Laboratoriya tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların qorunmasını təmin etmək; • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilkdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Burada müasir arıçılıq alət və avadanlıqları mövcuddur.
Məhərrəmov Mahir Musa oğlu, b.ü.f.d., dosent (Laboratoriya rəhbəri)
Rüstəmli Yunis Məmmədəli oğlu, bay.ü.f.d., dosent (üzv)
Əsədov Elsevər Sabir oğlu, b.ü.f.d., dosent (üzv)
Tahirov Əli Səfəralı oğlu, b.ü.f.d., dosent (üzv)
Seyidli Mirmahmud Mircəfər oğlu, b.ü.f.d., dosent (üzv)