Təsərrüfat və xidmət şöbəsi

     Təsərrüfat və xidmət şöbəsi Naxçıvan Dövlət Universitetinin struktur bölməsi olmaqla bilavasitə Universitetin rektoruna tabedir. Şöbə Universitetin Elmi Şurasının qərarı ilə yaradılır və ləğv edilir. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Universitetin Nizamnaməsini, digər qanunvericilik aktlarını, Universitetin rektorunun əmr və sərəncamlarını, Universitetin Elmi Şurasının qərarlarını və bu Əsasnaməni rəhbər tutur. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Universitetin digər struktur bölmələri və aidiyyəti təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

·         Universitet  üçün tələb olunan malların (işlərin, xidmətlərin) təchizatını və təyinatı üzrə istifadəsini təmin edir;

·         əməyin mühafizəsinin təmin olunmasına nəzarəti həyata keçirir;

·         Universitetin səmərəli  fəaliyyəti  üçün  zəruri  olan xidməti avtonəqliyyat vasitələri,  mebel, ofis texnikası, avadanlıq və rabitə vasitələri, kargüzarlıq və s. ləvazimatlar üzrə ehtiyaclarını müəyyən etmək və onların satın alınması ilə bağlı təkliflər vermək;

·         qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Universitetdə inventarizasiyanın aparılması ilə bağlı tədbirlərdə iştirak etmək;

·         Universitetin struktur bölmələrinin səmərəli fəaliyyəti üçün əməkdaşlara lazımi iş şəraitinin yaradılması ilə bağlı rəhbərliyə təkliflər vermək;

·         Universitetdə binanın, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsi sahəsində tədbirlər görmək;

·         Universitetin balansında (istifadəsində) olan avtonəqliyyat vasitələrinin satın alınması, istismarı, texniki baxışı, təmiri, ehtiyat hissələrinin alışı və quraşdırılmasına nəzarət etmək;

·          Universitetin rəhbərliyinin keçirdiyi iclasların, görüşlərin və digər bu kimi tədbirlərin təminatı ilə bağlı aidiyyəti tədbirlər görmək;

·          Universitetin balansında olan binaların (istifadəsində olan iş sahəsinin), avtonəqliyyat vasitələrinin, inventar və avadanlıqların, qurğuların səmərəli istismar olunması, təyinatı üzrə istifadə edilməsi, onların təmiri və qorunması ilə bağlı tədbirlər görmək;

·         maddi-texniki təchizatın cari vəziyyəti və inkişafı perspektivləri haqqında analitik materiallar hazırlamaq və rəhbərliyə təqdim etmək;

·         Universitetin anbarında olan maddi resursların hərəkətinin uçotu ilə əlaqədar məlumat bazası yaratmaq;

·          Universitetin balansında (istifadəsində) olan istismar müddəti başa çatmış və istifadəyə yararsız olan avtomobillərin, texnika və avadanlıqların qanunvericiliyə uyğun olaraq balansdan silinməsi ilə bağlı tədbirlər görmək;

·         Universitetin inzibati binasının (iş sahəsinin) yanğından mühafizəsi, həmin binada (sahədə) sanitar-gigiyenik normalara riayət olunması və təmizlik işlərinin aparılması ilə bağlı tədbirlər görmək;

·         Universitetin təsərrüfat sərbəstliyinin genişləndirilməsi üçün istehsalçılarla və tədavülçülərlə müqavilənin vaxtlı-vaxtında bağlanması, uzun və qısa müddətli təsərrüfat əlaqələrinin inkişafı üçün tədbirlər görmək;

·         Universitetin əsas fondlarının cari və əsaslı təmiri planının işlənib hazırlanmasında və təsərrüfat xərclərinin smetasının tərtibində iştirak etmək və onlara nəzarət etmək;

·         Xidmət üzrə müqavilələrin bağlanmasına lazım olan sənədləri rəsmiləşdirmək, vacib təsərrüfat mallarının saxlanmasını təşkil etmək, təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli istifadəsinə nəzarət etmək;

·         şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

·         qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

                       

1.      Kəngərli Ceyhun Cavanşir oğlu              Şöbə müdiri

2.      Kazımova Tərlan Azər qızı                     Kompüter operatoru

3.      Əliyev Fəxrəddin Tələt oğlu                   Baş inspektor (Mülki müdafiə üzrə)