Fakültə haqqında
Naxçıvan Dövlət Universitetində Xarici dillər fakültəsi müstəqil olaraq 2020-ci ildən fəaliyyətə başlamışdır. Əvvəlki adı “Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsi” olan bu fakültənin tarixi çoxşaxəlidir. Belə ki, ilkin olaraq, 1998-1999-cu tədris ilində Tarix-Filologiya fakültəsinin nəzdində İngilis və Fransız dili ixtisasları, 2000-2001-ci tədris ilində Alman dili, 2001-2002 -ci tədris ilində Rus dili, 2003-2004 -cü tədris ilində isə Ərəb dili ixtisasları üzrə kadr hazırlığına başlanmışdır. 2006-cı ildən etibarən isə Tarix-Filologiya fakültəsinin nəzdindən ayrılaraq, Xarici dillər fakültəsi kimi fəaliyyətini davam etdirmişdir. 2007-2008-ci tədris ilində fakültədə yeni bir ixtisas olan Fars dili ixtisası üzrə kadr hazırlığına başlanmışdır. 2008-ci ildən 2020-ci ilə qədər Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsi kimi fəaliyyət göstərmişdir.
Xarici dillər fakültəsi tabeliyində 4 kafedra fəaliyyət göstərməkdədir: “İngilis dili və tərcümə”, “İngilis dili və metodika”, “Roman-German dilləri”, “Rus və Şərq dilləri”. Fakültədə professor-müəllim heyətinin sayı 57-dir. Onlardan 11 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent, 15 nəfəri baş müəllim, 31 nəfəri isə müəllimdir. Fakültədə Xarici dil müəllimliyi: ( İngilis dili), (Fransız dili), (Alman dili), (Rus dili) və Tərcümə: (İngilis -Azərbaycan dilləri) , (Ərəb-Azərbaycan dilləri) , (Fars- Azərbaycan dilləri) ixtisasları üzrə bakalavr hazırlığı həyata keçirilir.
Fakültənin müasir tələblərə cavab verən maddi-texniki bazası mövcuddur. Burada 80 yerlik iclas zalı, 80 yerlik auditorium, elektron kürsülü auditoriya, ən müasir avadanlıqlarla təchiz olunmuş komputer otağı, 2 linqafon kabinəsi və elektron lövhələrlə təchizatlandırılmış auditoriyalar mövcuddur. Hal-hazırda Xarici dillər fakültəsində 9 mərkəz fəaliyyət göstərməkdədir: ”Tədris-metodiki mərkəz” “Sinxron tərcümə mərkəzi” ,“Fransız dili ”, “İngilis dili ” , “Alman dili ”, “Rus dili ”, “Ərəb dili”, ”Fars dili ” mərkəzləri və “Tərcümə mərkəzi”. Tərcümə mərkəzində müvafiq 6 dildə tərcümələr aparılır. Yuxarıda adları sadalanmış dil mərkəzlərində tələbələrlə dərsdən kənar məşğələlər, diskussiyalar, tədbirlər keçirilir. Dil mərkəzləri bədii əsərlər , professor-müəllim heyətinin elmi nəaliyyətləri , dərs vəsaitləri ilə təchiz olunmuşdur ki, tələbələr istədikləri vaxt bu vəsaitlərdən yararlana bilərlər.
Fakültədə Xarici ölkə ədəbiyyatı kabinəsi mövcuddur. Əsasən, İngilis və Amerika ədəbiyyatına aid olan bədii əsərlər, tərcümə əsərləri tələbələrin dərsdən kənar mütailələri, fəaliyyətləri üçün olduqca faydalıdır.
Xarici dillər fakültəsinin dekanı – Məmmədova İlhamə Mayis qızı
Xarici dillər fakültəsinin dekan müavini – Babazadə Yasin İsrafil oğlu
Xarici dillər fakültəsinin akademik məsləhətçisi – Həsənov İsa İlqar oğlu
Məmmədova Müşərrəf Cəfər qızı – kabinə müdiri
KAFEDRALAR
“İngilis dili və tərcümə” kafedrasının tərkibi
İngilis dili kafedrası 1998-ci ildə təşkil olunmuş, 2015-ci ildən etibarən isə ixtisaslaşmaya əsasən “ İngilis dili və tərcümə”, “İngilis dili və metodika” kafedraları olaraq fəaliyyət göstərməyə başlamışdır.
Hazırda ”İngilis dili və tərcümə” kafedrasına filologiya üzrə fəlsəfə doktoru, dosent İ.M.Məmmədova rəhbərlik edir.
Kafedranın tərkib hissəsi
• Məmmədova İlhamə Mayis qızı – filologiya üzrə fəlsəfə doktoru, dosent, kafedra müdiri
• Quliyeva Ceyran Manaf qızı – filologiya üzrə fəlsəfə doktoru, dosent
• Əliyeva Elnaz Əli qızı – filologiya üzrə fəlsəfə doktoru, dosent
• Hacıyeva Bülbül Həbib qızı – baş müəllim
• Xudaverdiyeva Tehranə Səyyad qızı – baş müəllim
• Cəlilzadə Aidə Məhəmməd qızı – baş müəllim
• Sadiqova Sərcan İslam qızı - baş müəllim
• Həsənzadə Türkan Məmməd qızı – müəllim
• Əziz Sevinc Ənvər qızı – müəllim
• Kərimli Gülnar Tahir qızı– müəllim
• Mirzəyev Elçin Elşad oğlu – müəllim
• Əlisoy Həsən Hüseyn oğlu. – baş müəllim
• İsmayıllı Fatimə Zahid qızı – tam ştat müəllim
• Sadiqzadə Zərifə Zəfər qızı - müəllim
• Cəfərli Rəcəb Cəmaləddin oğlu - filologiya üzrə fəlsəfə doktoru
• Əsədova Birgül Ələkbər qızı - müəllim
• Cəfərova İsmət Allahverdi qızı – 0.5 ştat Müellim
• Məmmədova Nərmin Eldar qızı - tam ştat
• Kərimli Ruqiyyə Hüseyn qızı -0.5 ştat
• Əliyeva Təhminə Kamil qızı – Laborant
“İngilis dili və metodika” kafedrası
2014/2015- ci tədris ilinin sonunda (13.07.2015-ci il tarixdə) “İngilis dili” kafedrasında dərs yükünün həddindən artıq çox olmasını nəzərə alaraq qeyd olunan kafedra bazasında “İngilis dili və tərcümə” və “İngilis dili və metodika” kafedraları yaradılmışdr. Haliyədə həmin kafedrada 18 nəfər professor müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 3 nəfəri filologiya üzrə fəlsəfə doktorudur. Onlardan 4 nəfər baş müəllim, 10 nəfər müəllim, 1 nəfər baş laborantdır. Kafedranın müdiri filologiya üzrə fəlsəfə doktoru İsmayıllı Türkan Mehrac qızıdır.
Kafedra əməkdaşlarının adları:
1. İsmayıllı Türkan Mehrac qızı –kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru
2. Babayev Cavid Sabir oğlu –baş müəllim,filologiya üzrə fəlsəfə doktoru
3. Babazadə Yasin İsrafil oğlu – müəllim,filologiya üzrə fəlsəfə doktoru
4. Zeynalova Leyla Kazım qızı – baş müəllim, filologiya üzrə fəlsəfə doktoru
5. Məmmədova Rübabə İbrahim qızı – baş müəllim
6. Paşayeva Sənəm Adil qızı – baş müəllim
7. Heydərova Nahidə Əbülfəz qızı – müəllim, doktorant
8. Orucova Dilbər İsgəndər qızı – müəllim, dissertant
9. İbrahimli Nərmin Qurban qızı –müəllim, dissertant
10. Babasoy Yeganə Bağır qızı – müəllim
11. Quliyeva Röya Seyfəddin qızı – müəllim, dissertant
12. Əşrəfova İlahə Allahverdi qızı –müəllim, doktorant
13. Quliyeva Sahilə Əli qızı– müəllim, doktorant
14. Mehdi Səma Hikmət qızı – müəllim
14. Zeynalova Xəzrin Vəli qızı – müəllim
15. Oruclu Əfsanə Mircəlal qızı– 1 ştat müəllim
16. Mehdizadə Nigar Yusifəli qızı– 1 ştat müəllim
17. Ələviyyə Nuri Bəhruz qızı – 0,5 ştat müəllim, doktorant
18. Məmmədova Xatirə Məhəmməd qızı – 0,5 ştat müəllim
19. Əsədova Aysel Ələkbər qızı– 0,5 ştat müəllim
20. Sadiqova Nazilə Elmar qızı-0,5 ştat müəllim, dissertant
21. Həsənova Mahirə Əbil qızı – baş laborant
Avropa dilləri kafedrası
Naxçıvan Dövlət Universiteti nəzdində 16 sentyabr 1973-cü ildən 224 saylı əmrlə “Rus və xarici dillər” kafedrası, sonra 25 may 1995-ci ildən 132 saylı əmrlə digər xarici dillərin tədris saatlarının artması ilə əlaqədar “Qərbi Avropa və Şərq dilləri” və “Rus dili” kafederalarına bölünmüş, daha sonra 01.09.2003-cü ildə yenidən bölünərək “Avropa dilləri” və “Şərq dilləri” kafedrası, 11.04.2009-cu ildə isə yenidən bölünərək “İngilis dili” və “Roman-german dilləri” kafedrası adlandırılmışdır. Hazırda kafedra "Avropa dilləri" kafedrası adlandırılmışdır.
Hazırda “Avropa dilləri” kafedrasında 2 ixtisas üzrə kadr hazırlığı aparılır – fransız dili müəllimliyi və alman dili müəllimliyi.
Kafedranın tərkib hissəsi
• Əsgərova Məhsəti Qasım qızı – filologiya üzrə fəlsəfə doktoru, dosent, müəllim
• Allahverdiyev Əli Lazım oğlu – filologiya üzrə fəlsəfə doktoru, dosent
• Abbasova Kövsər Məmməd qızı – baş müəllim
• Qasımova İradə Əsrafil qızı– baş müəllim, dissertant
• Əliyeva Əzizə Nazim qızı – baş müəllim, dissertant
• Əsgərova Rəmziyyə Qəzənfər qızı – baş müəllim
• Abbasov Namiq Tarverdi oğlu – baş müəllim
• Rəsulova Sədaqət Heydər qızı – baş müəllim,disserant
• Mirzəyeva Flora Əlixan qızı – Müəllim
• Qənbərova Nuridə Hüseyn qızı – Müəllim,disserant
• Quliyeva Lyudmila Mehdi qızı – Müəllim
• Əliyeva Həyat rəsul qızı 0.5–müəllim
• Cəfərova İradə Malik qizi –0.5müəllim
• Musayev Sərxan heydər oglu –0.5müəllim
• Kərimova Gülsüm Zeyqəm qızı 0.5–müəllim
• Günel Ənvər qızı Məmmədova – laborant
“ ŞƏRQ DİLLƏRİ” KAFEDRASI
Hal-hazırda Naxçıvan Dövlət Universitetin “Rus və Şərq dilləri” kafedrası adlanan kafedra universitetin Azərbaycan Dövlət Pedaqoji İnstitunun Naxçıvan filialı kimi yarandıqdan sonra, 06 aprel 1970-ci ildən 54 saylı əmrlə “Dil-ədəbiyyat” kafedrasına daxil edilmiş, 16 sentyabr 1973-cü ildən 224 saylı əmrlə “Rus və xarici dillər”, 25 may 1995-ci ildən 132 saylı əmrlə digər xarici dillərin tədris saatlarının artması ilə əlaqədar yenidən “Rus dili” kafedrası adlandırılmış, 01 mart 2004-cü il tarixdən 34 saylı əmrlə “Rus dili və ədəbiyyatı müəllimi” ixtisasının açılması ilə bağlı “Rus dili və ədəbiyyatı” adlandırılmışdır.
2000-2001-ci tədris ilindən başlayaraq Naxçıvan Muxtar Respublikasının və ölkəmizin digər regionlarının, o cümlədən qonşu dövlətlərin ehtiyacını nəzərə alaraq NDU-da “Rus dili və ədəbiyyatı müəllimi” ixtisası açılmışdır. 2009-2010-cu tədris ilindən yeni təhsil sisteminə keçidlə əlaqədar olaraq “Rus dili və ədəbiyyatı müəllimi” ixtisası “Rus dili müəllimliyi” ixtisasına çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 24 may 2018-ci il tarixli 94 saylı qərarı ilə Naxçıvan Dövlət Universitetinin yeni ştat cədvəli təsdiq olunduqdan sonra yeni ştat cədvəlinə uyğun məsələyə Universitet Elmi Şurasında baxılmış, “Rus dili və ədəbiyyatı”, “Şərq dilləri və ədəbiyyatı” kafedraları birləşdirilərək “Rus və Şərq dilləri” kafedrası adlandırılmışdır.Hazırda “Şərq dilləri” kafedrası adlandırılır.
Hazırda “Şərq dilləri” kafedrasında 3 ixtisas üzrə kadr hazırlığı aparılır.
Kafedranın tərkib hissəsi
ELMİ ŞURA
Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin elmi şura üzvlərinin tərkibi:
1. Məmmədova İlhamə Mayis qızı - Dekan, filologiya üzrə
fəlsəfə doktoru, dosent - Sədr
2. Babazadə Yasin İsrafil oğlu - Dekan müavini, filologiya
üzrə fəlsəfə doktoru-Sədr müavini
3. Abbasova Bülbül Həbib qızı - İngilis dili və tərcümə kafedrasının
müəllimi –Elmi katib üzv
4. Allahverdiyeva Lalə Zahir qızı - Şərq dilləri kafedrasının müdiri - üzv
5. İsmayıllı Türkan Mehrac qızı - İngilis dili və metodika
kafedrasının müdiri -üzv
6. Avropa dilləri kafedrasının müdiri - üzv
7. İngilis dili və tərcümə kafedrasının müdiri - üzv
8. Mehbalıyeva Çiçək Abbas qızı - Fakültə TEC sədri
b) Seçki əsasında üzv olanlar:
9. Cəlilzadə Aidə Məhəmməd qızı - İngilis dili və tərcümə
kafedrasının müəllimi-üzv
10. Sadiqova Sərcan İslam qızı - İngilis dili və tərcümə
kafedrasının müəllimi-üzv
11.Allahverdiyev Əli Lazım oğlu - Şərq dilləri
kafedrasının müəllimi,
filologiya üzrə fəlsəfə
doktoru, dosent -üzv
12.Cəfərova İradə Malik qızı - Avropa dilləri
kafedrasının müəllimi
üzv
13. Məmmədova Zeynəb Ramiz qızı - Şərq dilləri kafedrasının baş
müəllimi-üzv
14. Quliyeva Lyudmila Mehdi qızı - Avropa dilləri kafedrasının baş
müəllimi-üzv
15. Allahyarova Aytac Rəşad qızı - Fakültə tələbə gənclər
təşkilatının sədri-üzv
16. Quliyeva Ayşən Fariz qızı - Fakültə Tələbə Həmkarlar
Təşkilatının sədri-üzv
17. İsmayıllı Fatimə Zahid qızı - NDU IELTS imtahan və qeydiyyat
mərkəzinin koordinatoru
18. Ağamalıyeva Süsənbər Məhiyəddin qızı - NDU – Tərcümə mərkəninin
tərcüməçisi