Həsənov İsa İlqar oğlu

Mən Həsənov İsa İlqar oğlu 1997-ci ildə Şərur rayonunun Arpaçay(Sovedabad) kəndində anadan olmuşam.2004-cü ildə Şərur rayonunun Çəməli  kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşam. 2015-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm.2015-ci ilin oktyabr ayında Hərbi xidmətə yollanmışam.2017-ci ildə Hərbi xidməti bitirmişəm.2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin Xarici dil müəllimliyi(Fransız dili) ixtisasına qəbul olmuşam.2022-ci ildə Universiteti bitirmişəm.2023-cü ildən Naxçıvan Dövlət Universitetinin Xarici dillər Fakültəsində Akademik məsləhətçi(tyutor) olaraq işə başlamışam.