IELTS Qeydiyyat və İmtahan Mərkəzi

NDU IELTS mərkəzi 2022-ci aprel ayından etibarən Britaniya Şurası və Naxçıvan Dövlət Universitetinin əməkdaşlığı ilə fəaliyyətə başlayıb. Mərkəzdə rəsmi IELTS imtahanları ilə yanaşı akademik ingilis dili ilə bağlı müxtəlif seminarlar və ödənişsiz danışıq klubları keçirilir. Fəaliyyətə başladığı vaxtdan etibarən mərkəzdə 250-dən çox namizəd imtahan verərək rəsmi IELTS sertifikatı almışdır. Onlardan bir qismi öz təhsillərini xaricdə davam etdirirlər. Mərkəz Naxçıvan Muxtar Respublikasının sakinləri və yaşayış yeri və vətəndaşlığından asılı olmayaraq bütün namizədlər üçün rəsmi IELTS imtahanını əlçatan edir. Naxçıvan Dövlət Universitetində ingilisdilli təhsilin həyata keçirilməsində mərkəzin əhəmiyyətli rolu vardır. 2024-cü ildə IELTS imtahan mərkəzində 60 müəllim universitet büdcəsi hesabına imtahan vermiş və Britaniya Şurası tərəfindən universitetə rəsmi “Britaniya Şurası Əməkdaşlıq Proqramının IELTS Test Mərkəzi” sertifikatı təqdim edilmişdir. Naxçıvan IELTS mərkəzinin koordinatoru Bayram Əliyevdir.