Tərcümə Mərkəzi

Naxçıvan Dövlət Universitetinin Tərcümə Mərkəzi, universitetin tərkibində fəaliyyət göstərən struktur vahididir. Mərkəzin Əsasnaməsi NDU-nun rektoru Elbrus İsayev tərəfindən 6 sentyabr 2023-cü il tarixində təsdiq edilmişdir. Tərcümə Mərkəzinin mütəxəssisləri NDU-da tədris prosesini müvafiq ədəbiyyatlarla daha da zənginləşdirmək məqsədilə dərslik və dərs vəsaitlərinin ingilis, fransız, alman, rus və digər dillərdən Azərbaycan dilinə tərcümə edirlər. Eyni zamanda, elmi, tədris və inzibati sənədlərin xarici dillərə tərcüməsini həyata keçirmək də Mərkəzin əsas vəzifələrindəndir. Tərcümə Mərkəzinin müdiri və tərcüməçiləri NDU-nun saytının xarici dillərdə hazırlanmasını və dərc edilən xəbərlərin xarici dillərə tərcüməsini təmin edirlər. Mərkəzin əməkdaşları,  həmçinin NDU-ya daxil olan və xaricə göndərilən məktubların tərcüməsini təşkil edirlər. Bu Mərkəz, tərcümə sahəsində müxtəlif konfransların keçirilməsini, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlığın təmin edilməsini, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübənin öyrənir və təşviq edirlər. Mərkəzin müdiri və tərcüməçilər rektor tərəfindən vəzifəyə təyin edilir.