Beynəlxalq münasibətlər və hüquq

Fakültə haqqında

Beynəlxalq münasibətlər və hüquq fakültəsi 2003-cü ildə yaradılan Sosial idarəetmə və hüquq fakültəsinin bazasında 2020-ci ilin 15 mayında Universitet Elmi Şurasının qərarı ilə yaradılmışdır.

Fakültədə 3 kafedra “Beynəlxalq münasibətlər”, “Hüquq fənləri”, “Fəlsəfə və Sosial iş” fəaliyyət göstərir. Fakültədə 41 əməkdaş çalışır, onlardan 1nəfər professor,2 nəfər elmlər doktoru ,dosent ,10 nəfər isə fəlsəfə doktorudur. Fakültədə ilk dekan 2003-2018-ci ildə dos.Qərib Vəli oğlu Allahverdiyev olmuşdur. 04 dekabr 2020-ci il tarixdə isə dosent Hüseynov Yusif Hüseyn oğlu dekan vəzifəsinə seçilmişdir. Fakültənin fəaliyyət göstərdiyi müddət ərzində dekan müavinləri Y.Hüseynov(2003-2009), A.Əhmədov(2009-2016), B.Cəfərov(2017-2018), N.Rəhimov(2018-2020) olmuşdur. 2021-ci ildən dekan müavini A.Əhmədovdur.

Fakültədə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlanır.:

  • Hüquqşünaslıq
  • Beynəlxalq münasibətlər
  • Sosial iş
  • Fəlsəfə
  • Dövlət və ictimai münasibətlər
  • Regionşünaslıq
  • İnternational relations

Fakültədə Diplomatiya mərkəzi, Diplomatiya kabinəsi, Kriminalistika və Məhkəmə ekspertizası kabinələri fəaliyyət göstərir.

Fakültədə ali orqan sayılan Fakültə Elmi Şurasının hər ayda 1 dəfədən az olmayaraq iclası keçirilir. Şura iclaslarında ilin əvvəlində tutulmuş və təsdiq olunmuş plan əsasında tədris, elm, təlim və tərbiyə proseslərini əhatə edən ən aktual məsələlər müzakirə edilərək qərarlar çıxarılır.

Fakültə dekanı: fəlsəfə üzrə elmlər doktoru ,dosent  Yusif Hüseyn oğlu Hüseynov

Tədris işləri üzrə dekan müavini: fəlsəfə üzrə fəlsəfə doktoru,dosent Əhmədov Abbas Heydər oğlu

Akademik məsləhətçi: İsmayılova Gülnar İqbal qızı

Akademik məsləhətçi:Rəhimli Əkrəm Cəfərəli oğlu

 

 

KAFEDRALAR

Fakültə tərkibində aşağıdakı kafedralar fəaliyyət göstərir:

 “Beynəlxalq münasibətlər” kafedrası

Kafedra müdiri: Tarix üzrə fəlsəfə doktoru, dosent Məmmədov  Şamxal  Şükür oğlu
Kafedranın professor-müəllim heyəti:

 

Hüquq fənləri kafedrası

1996-cı ilin yayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində NDU-da hüquqşünaslıq  ixtisası açıldı. Həmin il hüquqşünaslıq ixtisasında əyani  və qiyabi şöbələrə cəmi 50 nəfər qəbul olundu. 1997 -ci ildən  etibarən ölkənin  hüquq-mühafizə  orqanlarında və digər idarəetmə strukturlarında çalışan  kadırların ali hüquq təhsili almasına şərait yaratmaq məqsədilə onların əlavə ali təhsilə cəlb edilməsinə  başlandı.  Artıq 2000-ci ildə NDU- nun ilk hüquqşünas məzunları həyata vəsiqə almışdır.

Həmin  illərdə  universitet rəhbərliyinin  gündəlik qayğısı  və diqqəti sayəsində  hüquqşünaslıq ixtisasınin  tədris strukturları  formalaşdı. İlk illərdə  bu ixtisas tarix-filologiya fakultəsinin  tərkibində idi. 1998- ci ildə hüquqşünaslıq ixtisasında  təhsilin səviyyəsini yüksəltmək, onun təşkilini daha da yaxşılaşdırmaq məqsədi ilə bu ixtisas tarix fakultəsindən alındı və iqtisad fakultəsi ilə birləşdirildi. Beləliklə, 1999-cu ilin  fevralında dosent Ağarza  Rüstəmovun  dekan olduğu ıqtisad – hüquq fakultəsi təşkil olundu. Bir neçə il sonra  istər tələbə kontingentinin sayı və maddi-texniki bazanın möhkəmlənməsi universitet rəhbərliyinə imkan verdi ki, müstəqil hüquqşünaslıq fakultəsini  təşkil etsin. 2003- 2004- cü dərs ilindən dosent Qərib Allahverdiyevin  dekan seçildiyi müstəqil fakultə yarandı.

Fəxrəddin Nağıyev kafedranın ilk müdiri təyin olundu. 2001-ci ilin  mayından onu bu vəzifədə təcrübəli hüquqşünas, hüquq elmlər namizədi Nəcəf Orucov əvəz etdi.  2004- cü ilin may ayından isə kafedra müdirliyinə dosent Şükür Məmmədov seçilmişdir. Kafedra müdiri hüquq üzrə fəlsəfə  doktoru Qəhraman Novruz oğlu Behbudov ilk dəfə 8 iyun 2016-cı ildə, 2-ci dəfə isə 21 fevral 2022-ci ildə yenidən seçilmişdir.

Kafedranın professor-müəllim heyəti:

 

Fəlsəfə və Sosial iş kafedrası

Respublikamızda məqsədə uyğun şəkildə həyata keçirilən sosial iqtisadi siyasət nəticəsində yüksək inkişafa nail olunmuş əhalinin maddi rifah halı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş, Azərbaycan Respublikası inkişaf etmiş ölkələrə yaxınlaşmaqdadır. Göstərilənlərin əldə edilməsi bilavasitə təhsillə bağlıdır. Ümummilli lider H.Əliyevin dediyi kimi təhsil hər bir ölkənin gələcəyidir.

Son illərdə respublikamızda qəbul edilmiş təhsillə bağlı dövlət sənədlərində aparılacaq islahatlarla yanaşı bu islahatların konkret məqsədi də göstərilir. 15 iyun 1999-cu ildə ümummilli lider H.Əliyevin 168 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” islahatın məqsədi konkret şəkildə göstərilir: “Təhsil sahəsində islahat proqramının əsas məqsədi Məktəbəqədər, orta, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq nortiv-hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanunda təsbit olunmuş tələbləri, sosial, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir. Təhsil islahatını zəruri edən sənədlərdən biri kimi aşağıdakıları qeyd etmək lazımdır: İctimai siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universiallaşdığı, informasiya kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsini və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətveriici qüvvəsi olan insanın formalaşmasına və problemlərin həllinə yönəltməkdir.

Kafedranın tarixi

Fəlsəfə və sosial iş  kafedrası müxtəlif adlar altında 1972-ci ildə yaranmışdır. Kafedra Naxçıvan  Dövlət Universitetinin bütün  fakültələrində  Fəlsəfə,politologiya,sosiologiya,məntiq ,multikulturalizmə giriş fənlərinin tədrisi ilə məşğuldur.

Kafedra bundan əlavə Sosial idarəetmə və hüquq fakültəsinin tərkibində olan sosial  ixtisası üzrə kadr hazırlığı ilə məşğul olur. Sosial iş ixtisasında bakalavr təhsil pilləsində 26 adda ixtisas fənni, magistr təhsil pilləsində isə 20 adda ixtisas fənni tədris edilir. Bütövlükdə Fəlsəfə və sosial iş kafedrası 51-dən çox ixtisas fənni tədris edir.

Bütün fənlər üzrə proqramlar, metodik vəsaitlər, dərsliklər hazırlanıb çap olunmuşdur. Kafedrada Fəlsəfə, Məntiq, Fəlsəfə tarixi fənləri üzrə dərsliklər və dərs vəsaitləri hazırlanmışdır.

Hal-hazırda Fəlsəfə  və sosial iş kafedrasında 2 fəlsəfə elmləri doktoru, professor, 3 fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,3 baş müəllim fəaliyyət göstərir.

Kafedrada 1 laborant vardır. Bütövlükdə kafedrada 11 ştatda olan əməkdaş çalışır.

Kafedrada elmlər doktoru proqramı üzrə 2 nəfər doktorant, fəlsəfə doktoru proqramı üzrə 6 nəfər doktorant və dissertant hazırlanır.

Fəlsəfə və sosial iş  kafedrasının professor-müəllim heyəti Universitetin və Naxçıvan Muxtar  Respublikasının ictimai həyatında fəal iştirak edir.

Kafedra müdiri: fəlsəfə üzrə fəlsəfə doktoru, Babayev Bağır Həmid oğlu

Kafedranın professor-müəllim heyəti:

ELMİ ŞURA

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin elmi şura üzvlərinin tərkibi

Soyadı,adı və ata adı Vəzifəsi
1. Hüseynov Yusif Hüseyn o. Fəlsəfə üzrə elmlər doktoru, dosent, sədr
2. Əhmədov Abbas Heydər o. Dekan müavini, dosent, sədr müavini
3. Rəhimli Əkrəm Cəfər o. Akademik məsləhətçi, katib
4. Babayev Bağır Həmid o. Fəlsəfə və sosial iş kafedrasının müdir, Fəlsəfə üzrə fəlsəfə doktoru, üzv
5. Behbudov Qəhrəman Novruz  o. Hüquq fənləri kafedrasının müdiri, hüquq üzrə fəlsəfə.dosent, üzv
6. Məmmədov Şamxal Şükür o. Beynəlxalq münasibətlər kafedrasının müdiri, Tarix üzrə fəlsəfə., üzv
7. Allahverdiyev Qərib Vəli o. Fəlsəfə üzrə elmlər doktoru, dosent, üzv
8. Rzayev Məmməd Hüseyn o. Fəlsəfə və sosial işin təşkili kafedrasının Fəlsəfə üzrə elmlər doktoru.professor
9. Cəfərli Elman Yusif o. Hüquq fənləri kafedrasının dosenti, Tarix üzrə fəlsəfə doktoru., üzv
10. Məmmədov Şükür Aloş o. Hüquq fənləri kafedrasının dosenti, Tarix üzrə fəlsəfə doktoru üzv
11. Abdullayev Arzu Kamal o. Beynəlxalq münasibətlər kafedrasının Tarix üzrə fəlsəfə doktoru dosent, üzv
12. Həsənli Aytən  Anar q. Fakültə tələbə elmi cəmiyyətinin nümayəndəsi, üzv
13. İsmayıllı Gəray Rəşad o. Fakültə tələbə həmkarlar təşkilatının nümayəndəsi, üzv
14. Mirzəzadə Yusif Emin o. Fakültə tələbə gənclər təşkilatının nümayəndəsi, üzv