Vəlizadə Kamran  Rövşən oğlu

Vəlizadə Kamran  Rövşən oğlu

Naxçıvan Dövlət Universitetinin Fəlsəfə və sosial iş kafedrasının  baş  müəllimi,

Yeni Azərbaycan  Partiyasının üzvü

Vəlizadə Kamran  Rövşən oğlu – 1986 –cı ildə Naxçıvan şəhərində doğulub.  O bakalavr təhsilini 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin  Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə ixtisası üzrə almışdır. Magistratura təhsilini  2010-2012-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərində menecment ixtisası üzrə almışdır. Naxçıvan Dövlət Universitetində  2014 – 2017 ci illərdə Sosial fəlsəfə ixtisası üzrə doktorantura təhsili alıb və “Cəmiyyətin siyasi həyatında  dəyərlər”adlı dissertasiya işini yazıb .

2016 – 2017 ci tədris ilində Erasmus – Mundus proqramı vasitəsi ilə Rumuniya Respublikasının  Babeş –Bolyai Universitetində bir illik doktorantura səviyyəsində tədqiqatla məşğul olmuşdur .  Naxçıvan Dövlət Universitetinin  2012 –ci ildən  əməkdaşıdır . Fəlsəfə və sosial iş kafedrasında əvvəl  müəllim , hal-hazırda isə baş müəllim vəzifəsində işləyir .

K.R.Vəlizadə  Portuqaliya, Polşa, Ukrayna, Rumuniya ,Türkiyə , Gürcüstan kimi xarici ölkələrdə  təlim  seminarlarda , konfranslarda , layihələrdə iştirak edərək universitetimizi  və ölkəmizi layiqincə təmsil etmişdir .  Biri dərs vəsaiti olmaqla iki kitabın ,  yerli və xarici ölkələrin   jurnallarında  nəşr olunmuş çoxlu  elmi  məqalənin  müəllifidir  .

 

Elmi əsərləri :

  1. Siyasi həyatın formalaşmasında siyasi sistemin rolu, Naxçıvan Dövlət universiteti , Elmi əsərlər ictimai elmlər seriyası № 2 (91) , 2018
  2. Müasir  qloballaşma  şəraitində  siyasi həyat, Gəncə Dövlət Universiteti Elmi xəbərlər , Humanitar elmlər seriyası , № 3,2018
  3. Müasir qloballaşma şəraitində siyasi həyat, AMEA qafqazşünaslıq İnstitutu , Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr”
  4. Müasir dövr və şəxsiyyətin siyasi fəallığı, Naxçıvan Dövlət universiteti , Elmi əsərlər ictimai elmlər seriyası № 6 (87), 2017
  5. Sosial siyasi hadisə kimi multikulturalizm və xarici siyasət, Naxçıvan Dövlət universiteti , Elmi əsərlər ictimai elmlər seriyası № 6 (71)  ,2015
  6. Fəlsəfənin tədrisində milli şüur probleminin təhlili təcrübəsindən, Naxçıvan  müəllimlər institutu  Xəbərləri  Cild  13 , № 4   2017
  7. Qloballaşma və  fəlsəfədə dəyər problemi, Mədəniyyətlərarası dialoqda bədii ədəbiyyatın rolu 304 -305 s
  8. The role of the political system in the formation of political life: social philosophical aspect, Гілея , Випуск 137 (№ 10),2018
  9. РОЛЬ ЦЕННОСТЕЙ В ПОЛИТИЧЕСКОЙ СОЦИАЛИЗАЦИИ ОБЩЕСТВА, Актуальные научные исследования в современном мирe, Випуск 10 (№ 42),2018
  10. Sosial fəlsəfədə dəyər kateqoriyasının  formaları haqqında, Dini qurumlarla iş üzrə dövlət komitəsi, Dövlət və Din  jurnalı   № 05 (58), 2018
  11. Sosial fəlsəfədə dəyər problemi, Qeyrət nəşriyyatı , Naxçıvan 2017 , 100
  12. Siyasi həyat və dəyərlər, Əcəmi nəşriyyatı , Naxçıvan  2018 , 96 s