Doktorant və dissertantların attestasiyası haqqında qaydaları

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

Doktorant və dissertantların attestasiyası haqqında

Q A Y D A L A R I

Təsdiq edirəm:

 

         Rektor______________ Elbrus İsayev

 

            Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 06 sentyabr 2023-cü il tarixli 1 №-li qərarı ilə qəbul edilmiş və rektorun 07 sentyabr 2023-ci il tarixli 14 №-li əmri ilə təsdiq edilmişdir.

  1. Ümumi müddəalar
  1. Doktorant və dissertantların attestasiyası

 2.1. Doktorant və dissertantlar ildə bir dəfədən az olmamaq şərtilə, “Qaydalar”a uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın keçirilməsində məqsəd doktorant və dissertantların fərdi iş planında cari (ötən) il üçün nəzərdə tutulmuş fəaliyyətinin qiymətləndirilməsidir.

2.2. Attestasiyanın keçirilməsi üçün doktorant (dissertant) Magistratura və doktorantura mərkəzindən Fərdi iş planını götürür, attestasiya olunan iş üçün yerinə yetirdiyi işlər haqqında Naxçıvan Dövlət Universitetinin Elmi Şurası tərəfindən təsdiq olunmuş formalarda lazımi qeydləri aparır və təhkim olunduğu kafedraya təqdim edir.

2.3. İllik təhsil haqqını ödəməyən doktorant və dissertantlar attetasiyaya buraxılmır. Bu haqda kafedralar Magistratura və doktorantura mərkəzi tərəfindən məlumatlandırılır.

2.4. Doktorant (dissertant) elmi rəhbərinin də iştirak etdiyi kafedra iclasında cari il ərzində yerinə yetirdiyi işlər haqqında hesabat verir və fərdi iş planında nəzərdə tutulan işlərin nəticələrini təqdim edir. Doktorant (dissertant) eyni zamanda sonrakı il üçün iş planı haqqında məlumat verir.

2.5. Elmi rəhbər hesabat müddəti ərzində doktorantın (dissertantın) fəaliyyətinə universitet Elmi-Şurası tərəfindən təsdiq olunmuş forma əsasında qiymət verməlidir.

2.6. Kafedra iclasında attestasiyanın nəticəsinə dair aşağıdakı qərarlardan biri qəbul olunmalıdır:

– Attestasiya olunsun (nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirilib və növbəti ildə təhsilini davam etdirməsi tövsiyə olunur)

– Şərti olaraq attestasiya olunsun (nəzərdə tutulan işlərin müəyyən hissəsi yerinə yetirilib və kafedra tərəfindən müəyyən edilmiş müddət ərzində tam həcmdə yerinə yetirilməsi tələb edilir)

– Attestasiya olunmasın (üzrsüz səbəbdən nəzərdə tutulan işlər yerinə yetirilməmişdir)

2.7. Kafedrada attestasiya keçirildikdən sonra doktorantın (dissertantın) attestasiya vərəqində müvafiq qeydlər edilərək imzalanır və kafedranın müzakirə protokolundan çıxarışla birlikdə müvafiq fakültə Elmi Şurasına təqdim olunur. Təsdiqedici sənədlər toplusu və təsdiqedici əsaslar (foto, video) ilə birlikdə.

2.8. Müvafiq fakültənin Elmi Şurasında Attestasiya keçirildikdən sonra doktorantın (dissertantın) attestasiya vərəqində müvafiq qeydlər edilərək imzalanır və Fakültə Elmi Şurasının müzakirə protokolundan çıxarışla birlikdə universitetin Magistratura və doktorantura mərkəzinə təqdim edilir. Təsdiqedici sənədlər toplusu və təsdiqedici əsaslar (foto, video) ilə birlikdə.

2.9. Doktorantın (dissertantın) illik atesstasiyası haqqında fakültə Elmi Şurasının yekun qərarı qəbul edildikdən və rektor tərəfindən təsdiq edildikdən sonra attestasiya prosesi başa çatmış sayılır.  

2.10. Üzrsüz səbəblərə görə fərdi iş planını yerinə yetirməyən, təhkim olunduğu kafedra ilə əlaqə saxlamayan şəxs attestasiyadan keçməmiş hesab olunur və doktoranturadan xaric olunur.

2.11.    Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərini ödəyən şəxslər “Fəlsəfə doktoru” və “Elmlər doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar.

  1. Yekun müddəalar

3.1. Bu Qaydalar Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə təsdiq edilir və Naxçıvan Dövlət Universitetinin rektorunun müvafiq əmri ilə təsdiq olunduqdan sonra qüvvəyə minir.

3.2. Qaydalar Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə ləğv edilə, ona əlavə və dəyişikliklər edilə bilər. Elmi Şura tərəfindən qəbul edilən qərar Naxçıvan Dövlət Universitetinin rektorunun müvafiq əmri ilə təsdiq olunduqdan sonra qüvvəyə minir.