Mübadilə proqramları

Erasmus+ KA1 mübadilə proqramı

Erasmus+ KA1 mübadilə proqramı Avropa Komissiyası tərəfindən maliyyələşən təh­sil proqramıdır. Erasmus+ mübadilə proqramının məqsədi ali təhsil müəssisələrində çalı­şan və təhsil alan gənclərə yeni bacarıqlar qazandırılması, onların fərdi inkişaflarının güc­lən­­dirilməsi və məşğulluq imkanlarının artırılmasıdır.
     Tə­qaüd paketinə yiyələnən tələbələr və işçi heyət layihədə müəyyən olunan təhsil aldıq­ları müddətdə yaşam, siğorta, visa, gediş və geri dönüş biletləri ilə təmin olunurlar.

Tələblər:

·         Erasmus+ mübadilə proqramının qalibi bir təhsil pilləsində bu proqramda yalnız bir dəfə iştirak edə bilər.

·         ERASMUS+ MÜBADILƏ PROQRAMI çərçivəsində Avropa  ölkələrinin tərəfdaş ali təhsil müəssisəsində bir və ya iki semestr təqaüdlü təhsil alamaq istəyən NDU tələbələri təklif olunan yerlər üçün aşagıdakı tələblərə cavab verməlidir: 

·         Tələbələrin orta balı (ÜOMG) – 80-dan yuxarı olmalı

·         Dil setifikatı(ingilis dili B2/C1 səviyyəsində)/ Dil sertifikatı olmayan tələbələr üçün NDU-nin Seçki Komitəsi kafedrası tərəfindən dil səviyyə imtahanı keçirilir. 

·         Yalnız NDU-nun I, II və III kurs bakalavr tələbələri proqramda iştirak edə bilər.

Tələb olunan sənədlər:

·         Transkript

·         Niyyət məktubu

·         Tövsiyyə məktubu

·         Pasport və ya şəxsiyyət vəsiqəsi


     Mübadilə proqramında iştirak edən universitetlərin siyahısı və universitetlər üzrə yerlər hər tədris ili və ya semestr ərzində artırıla bilər və bu barədə mütəmadi məlumatlar NDU-nin rəsmi saytında, eləcə də Beynəlxalq Əlaqələr Şöbəsinin səhifəsində elan olunur.

Mövlanə Mübadilə Proqramı (MMP)

– Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və pedaqoq mübadiləsini həyata keçirmək məqsədi daşıyır. Türkiyənin Yükseköğretim Kurulu – YÖK tərəfindən həyata keçirilən Mövlana Mübadilə Proqramına 2011-ci ildən start verilmişdir.

     Partnyor Universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr ən azı bir, ən çoxu iki semestr təhsil üçün, pedaqoqlar isə ən azı 2 həftə, ən çoxu 3 ay müddətə Türkiyədəki ali təhsil müəssisələrində (ikitərəfli Mövlana Mübadilə Protokolu imzalandığı halda) dərs deməklə proqramdan faydalana bilərlər. Universitetlərdə tədris türk və ya ingilis dillərində aparılır.

Mövlanə Mübadilə Proqramında iştirak şərtləri:

Tələbələr:

·         Tələbə NDU-nin I, II və III kurs bakalavr olmalıdır;

·         Bakalavr tələbələrinin ümumi akademik orta balı 4 üzərindən ən azı 2.5 olmalı; 

Tələb olunan sənədlər:

·         Transkript

·         Təhsil alacağı universitetin tədris dilinə müvafiq türk (TYS-Türkcə Yeterlilik Sınavı) və ya ingilis dili setifikatı (minimum B1). İngilis dilindən sertifikatı olmayan tələbələr üçün NDU-nin Seçki Komitəsi tərəfindən dil səviyyə imtahanı keçirilir.

·         Namizədin ərizə forması (Aday öğrenci başvuru formu)

·         Tələbə haqqında məlumat forması (Öğrenci bilgi formu)

·         Xarici pasportun surəti

·         3×4 şəkil – 2 ədəd

Tələbələr tələb olunan sənədlərin əslini (3 nüsxədə) və elektronunu qurum koordinatoruna təqdim etməlidirlər.

·         Mübadiləyə qoşulmaq imkanı qazanan tələbələrə Ali Təhsil Şurası (YÖK) tərəfindən təhsil müddətində aylıq 1000 TL təqaüd verilir. Tələbələr alacaqları təqaüdün 70%-ni aylıq, qalan hissəni isə keçdiyi dərslərin müvəffəqiyyəti əsas götürülərək, uğurlu dərslərin ballarının ümumi almış olduğu dərslərə nisbəti nəzərə alınaraq ödənilir.

·         Tələblər sadəcə öz doğma ali təhsil müəssisələrinə borclu olduqları təhsil haqqını ödəyirlər, mübadilə proqramı çərçivəsində gedəcəyi ali təhsil müəssisəsinə isə heç bir təhsil haqqı ödəmirlər.

·         Proqramdan faydalanmaq arzusunda olanlar həmin ali təhsil müəssisələrinin Mövlana Mübadilə Proqramı Koordinasiya mərkəzinə müraciət edə bilərlər.

·         Mövlana Mübadilə Proqramı çərçivəsində ölkə xaricində təhsil alan tələbənin aldığı dərslər Təhsil Protokolunda dərslərin uyğunluğu açıqca göstərildiyi səbəbindən tələbə vətənə döndüyündə tələbə il itkisinə məruz qalmır.

Müəllimlər:

·         NDU-də çalışan ixtisas fənnləri üzrə tədris aparan akademik heyət proqramda iştirak edə bilər.

·         Mübadilə dövründə pedaqoqların akademik fəaliyyəti toplam 6 saatdan az olmamalıdır.

·         Dərs saatlarının həftəlik 6 saatı doldurmaması zamanı seminar, konfrans və diskussiyaların keçirilməsi kimi akademik fəaliyyət də nəzərə alınır.

·         Müəllim haqqında məlumat blankı (Öğretim Elemanı Bilgi Formu)

·         CV (akademik fəaliyyəti, nailiyyət və nəşrləri ətraflı qeyd olunmaqla)

 

İKİLİ DİPLOM PROQRAMLARI

Hal-hazırda birgə təhsil proqramlarının həyata keçirilməsinin ən geniş yayılmış formasıdır. NDU beynəlxalq ikili diplom proqramının tətbiqi ilə tədris sistemi dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğun təşkil edilir və tələbə hər iki universitetin diplomunu əldə etmək imkanına sahib olur.

İkli Diplom proqramının üstünlükləri: 

Mübadilə

Tələbələr mübadilə proqramı vasitəsilə siyahıda göstərilən partnyor universitetlərimizdə 1 semestr müddətində təhsil ala bilərlər.  Mübadilədə iştirak edən tələbə səfər edəcəyi universitetdə təhsil haqqından azad olunur, lakin öz təhsil aldığı üniversitetdə ödənişli əsaslarla oxuduğu təqdirdə təhsil haqqı ödəməyə davam edir.

Erasmus+ KA1 Tələbələrin və İşçi Heyətinin Mübadiləsi

Erasmus+ KA1 Beynəlxalq Kredit Mübadiləsi (ICM), Proqram ölkəsindən Tərəfdaş Ölkəyə və ya əksinə bir ali təhsil müəssisəsində (HEI) qeydiyyatdan keçən və ya işləyən şəxslərin hərəkətliliyini dəstəkləyir  

Mübadilə ilə Gələn Tələbələr

NDU-də mübadilə proqramları ilə gələn tələbə olmaq, fərqli mədəniyyətləri, öyrənmə bacarıqlarını, elmi təcrübələri qazanmaq və Azərbaycanı kəşf etmək üçün unikal bir fürsət yaradır. Gələn tələbələr, öz beynəlxalq əlaqələr ofislərinə yaxınlaşaraq, öz universitetlərindən mübadilə imkanları haqqında lazımi məlumatları əldə edə bilərlər.

Mübadilə ilə Gedən Tələbələr

NDU tələbələri proqram vasitəsilə “mübadilə ilə gedən tələbə” olaraq müraciət edib Erasmus+ Mübadilə layihələrindən faydalana bilərlər. Tələbələr, bilik, bacarıq və münasibətlərini inkişaf etdirmələrində, inamlarını və müstəqilliklərini artırmalarında, maraqlarını və ideyalarını stimullaşdırmalarında onlara kömək edəcək tərəfdaş universitetlərimizdən birində bir semestr keçirərək mübadilədə olurlar. Erasmus+ və digər mübadilə layihələri üçün xərclər proqram qaydalarına uyğun olaraq proqramlar tərəfindən ödənilir və ödənişin miqdarı, hərəkətlilik dövrü üçün mövcud olan büdcədən asılı olaraq müxtəlif ölkələr və tərəfdaş universitetlər üçün fərqlənir. 

Mübadilə ilə Gələn İşçi Heyəti 

NDU-ə mübadilə proqramları ilə gələn işçilərə yüksək ixtisaslı mütəxəssislərin və professorların ən yaxşı təcrübələrini əyrənmək üçün hər bır şərait yaradılır. Mübadilə programı çərçivəsində gələn işçilər hədda NDU-lə məqalələrin dərc edilməsi, tədqiqatların aparılması və beynəlxalq layihələrin icrası kimi sahələrdə əməkdaşlıq qura bilərlər.

Mübadilə ilə Gedən İşçi Heyəti

Akademik və inzibati işçiləri mübadilə proqramlarda iştiraka cəlb edərək, NDU müxtəlif ölkələrin universitetləri ilə əlaqələr qurmağı və inkişaf etdirməyi hədəfləyir. Bundan əlavə, bu mübadilələr NDU-in professorlarına və akademik heyətinə biliklərini artırmağa, digər universitetlərin professorları ilə əlaqə qurmağa, qarşılıqlı layihələr hazırlamağa, birgə elmi jurnallar yazmağa, yeni öyrənmə və tədris texnikaları NDU-ə gətirməyə kömək edir. Gedən inzibati heyətə gəldikdə, universitetin menecment və idarəetmə vahidlərini yaxşılaşdırmaq üçün NDU-də tətbiq oluna bilən Avropa universitetlərindən yeni şeyləri müşahidə edə və öyrənə bilərlər.

NDU MÜBADİLƏ KATALOQU