Avropa Tibb Tələbələri Assosiasiyası - EMSA Naxçıvan
![](https://ndu.edu.az//storage/pages/February2025/EMSA (3) (1).png)
EMSA (European Medical Students Association - Avropa Tibb Tələbələri Assosiasiyası) Avropanın hər yerindən tibb tələbələrini təmsil edən qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. Hazırda dünyanın 30-dan çox ölkəsində 120-dən çox tibb fakültəsində fəaliyyət göstərən EMSA, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar tərəfindən tanınır. EMSA Naxçvan EMSA ilə beynəlxalq əlaqəsi olan Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin tələbələri və müəllim heyətinin dəstəyi ilə yaradılmış icmadır. Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsi 2023- cü ildən EMSA üzvüdür. 2024-cü il May ayında Assosiativ üzvlüyü, nəhayət 2024-cü il Oktyabr ayında etibarən təşkilata tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Təşkilatın məqsədi tibb tələbələrinin hər mənada inkişafına töhfə vermək(workshop, elmi yazarlığı artırmaq, traininglər, tvininq proqramları, sosial proqramlar və.s) və universitetimizi Avropada təmsil etməkdir. Əlavə olaraq, Tibb tələbələri; Yeni təhsil texnologiyalarını, təhsil fəlsəfəsini və peşəkarlararası əməkdaşlığı inkişaf etdirən tibbi təhsil sisteminin yaradılmasında iştirakın təşviq edilməsi. Tibb tələbələrini sağlamlığa təhlükə yaradan vəziyyətlər və psixi sağlamlıq haqqında ictimaiyyətin məlumatlılığını artırmağa və şüurlu həyat tərzi seçimlərini dəstəkləməyə təşviq etmək. Tibb tələbələri; İnsanları profilaktik tibb, sağlamlıq maarifləndirilməsi və kütlələr tərəfindən sağlam və aktiv həyat konsepsiyasının qəbul edilməsində qabaqcıl olmağa təşviq etmək. Tibb fakültəsinin tələbələrini təhsil və tədqiqat yolu ilə nəzəri və praktiki bacarıqlarını gücləndirməklə, tibb elminin dəyərini artırmaqla elmi məqalələr oxumağa və nəşr etməyə həvəsləndirmək.
EMSA-da müxtəlif iş sahələrinin formalaşdırılması üçün 6 əsas sütun var: Tibb Elmi, İctimai Səhiyyə, Tibbi Etika və İnsan Hüquqları, Avropa İnteqrasiyası və Mədəniyyəti və Səhiyyə Siyasəti. Pillar ingilis dilində sütun deməkdir. Bu sütunlar EMSA-nın əsasını təşkil edir. EMSA Naxçıvan da bu sütunları özünə əsas alır.
MEDİNUS DƏRGİSİ
EMSA Naxçıvan Tələbələrin yazarlıq qabiliyyətini və elmi fəaliyyətə olan marağını artırmaq üçün MEDİNUS Dərgisini qurmuşdur. MEDİNUS dərgisində, fakültənin akademiklərinin məqalələri və tələbə elmi işlərinin işıqlandırılması, səhiyyədə son yeniliklər, EMSA Naxçıvanın gördüyü işlər haqqında məlumat illik və ya yarımillik olmaqla və.s mövzularda nəşr edilir.
MediPodcast
MediPodcast – EMSA Naxçıvan Tələbə Təşkilatının Rəsmi Podcast Kanalı
MediPodcast, EMSA Naxçıvan Tələbə Təşkilatının əsas sütunlarına əsaslanaraq, tələbələrin, cəmiyyətin və sağlamlıq sahəsinə maraq göstərən hər kəsin maraqlarına uyğun geniş spektrli mövzuların müzakirə edildiyi dinamik bir platformadır. Bu unikal layihə, tibbi və akademik sahələrin ən aktual mövzularını, ictimai səhiyyə ilə bağlı maarifləndirməni, yerli və beynəlxalq ekspertlərin dəyərli tövsiyələrini və ilhamverici fikirlərini bir araya gətirir.
EMSA Naxçıvanın 2023-2025-ci il üzrə Prezidenti Əli Ələkbərlidir