Naxçıvan Dövlət Universitetində 1998-ci ilin may ayında təsis olunmuş Universitet Gənclər Təşkilatı fəaliyyət göstərir.
Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə edən, onların ictimai fəallığını artıraraq təhsildənkənar inkişafına töhfə verməkdir
Təşkilat aşağıdakı istiqamətləri özünü, eləcə də onun çətiri altında birləşən hər bir tələbə klubunun əsas dəyər prinsipləri kimi müəyyən etmişdir.
● Sədaqətlilik: Təşkilat tələbələrin hüquq və maraqlarının müdafiəsini hər şeydən üstün tutur.
● Şəffaflıq: Təşkilat idarəetmə prosesini şəffaf və cəmiyyətə açıq şəkildə həyata keçirir və bununla da tələbələrin hüquq və maraqlarının təşkilat tərəfindən müdafiə edildiyini şəffaf şəkildə cəmiyyətə təqdim edir.
● Peşəkarlıq: Təşkilat öz fəaliyyətini daim təkmilləşdirilən bilik və bacarıqlar əsasında davam etdirir.
● Əməkdaşlıq: Təşkilat daha effektiv və səmərəli fəaliyyət göstərmək üçün yerli və beynəlxalq tərəfdaşlarla, yerli və xarici aidiyyatı qurumlarla əməkdaşlıq edir.
● İnnovasiya: Təşkilat daimi olaraq dəyişim və yenilik yaratmaq istiqamətində çalışır.
● Yaradıcılıq: Təşkilat öz fəaliyyətində daim yaradıcı yanaşmanı əsas tutur.
● Nəticə yönümlülük: Təşkilat daimi olaraq fəaliyyətlərini qiymətləndirir və bunun əsasında resursların ən səmərəli şəkildə istifadə ediləcək istiqamətlərə yönəldən qərarlar qəbul edirlər.
Təşkilatın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
· Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması;
· Gənclər arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
· Onların asudə vaxtının səmərəli təşkil edilməsi;
· Respublika daxilində və xaricdə keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı gənclərin iştirakının təşkil edilməsi;
· Tələbələrin iştirakı ilə müsabiqələrin ,seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompanyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxsiyyətlərlə görüşlərin təşkil edilməsi və s.
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində hal-hazırda 9 klub fəaliyyət göstərir:
· İntellektual oyunlar klubu
· Kitab klubu
· Debat klubu
· İdman klubu
· Şahmat klubu
· BMT Modeli klubu
· Oriqami klubu
· Conversation club
· Vikipedistlər klubu
Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı 2018-ci il, 2019-cu il və 2021-ci ildə “Muxtar Respublikanın ən yaxşı Tələbə Gənclər Təşkilatı” adını qazanmışdır.
2022-ci və 2023-cü ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatına “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyası üzrə mükafatlandırılıb.
2024-cü ildə Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həmin qurumun ən ali mükafatı olan “Ağ Çinar” mükafatına layiq görülərək “İlin Tələbə Gənclər Təşkilatı” seçilib.
2020-ci il dekabr ayından etibarən Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Qasımov Əziz Kamal oğludur.