6.1. Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına müvafiq olaraq, tələbələrin akademik mobilliyi onların digər ali təhsil müəssisələrində və AMEA-da, o cümlədən xarici ölkə ali təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər ali təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı ali təhsil müəssisəsinin və AMEA-nın razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən ali təhsil müəssisələri və AMEA arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı ali təhsil müəssisəsi və AMEA tərəfindən tanınmalıdır. Digər ali təhsil müəssisələrində və AMEA-da qazanılacaq kreditlərin sayı ixtisas (ixtisaslaşma) üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır. [34]
6.2. Tələbənin akademik mobilliyinin təmin edilməsi üçün forması və nümunələri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən aşağıdakı sənədlər olmalıdır:[35]
6.2.1. akademik transkript;
6.2.2. tələbənin ərizə (təhsil alacağı dildə doldurulur) forması;
6.2.3. tədris razılığı;
6.2.4. məlumat paketi.
6.3. Professor-müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminarların, praktik məşğələlərin, laboratoriya işlərinin keçirilməsi) ali təhsil müəssisələri arasında xüsusi razılıq əsasında həyata keçirilir. [36]