Bakalavriat və magistratura səviyyələrində 1 və ya 2 fəndən imtahan kəsri hesabına kredit borcu olan tələbələr hər semestr üzrə həmin fənlərin dinləmədən təkrar imtahan vermək üçün həmin fənnə görə müəyyən edilən məbləğin 20%-i həcmində əlavə ödəniş edir.
Məsələn, təhsil aldığınız fənnin illik təhsil haqqı məbləği 1500 AZN təşkil edir. Akademik borca görə fənnə uyğun kredit sayı 5-dir. Bu zaman 1500 Azn- i 60-a bölərək, fənnin kredit sayına, yəni 5-ə vurulur və alınan nəticənin 20%-i hesablanır.
Düstur: 1500:60*5=125
125:100*20=25 AZN
Sizin 1 fənn üzrə təkrar imtahandan ödəməli olduğunuz məbləğ 25 AZN təşkil edir.