Maliyyə və təminat şöbəsi

 

Naxçıvan Dövlət Universiteti PHŞ Maliyyə şöbəsi

Maliyyə şöbəsi Naxçıvan Dövlət Universitetində maliyyə, mühasibat uçotu və satınalma fəaliyyətini həyata keçirən struktur bölmədir. Şöbə maliyyə əməliyyatlarının aparılması, qərarların qəbuluna maliyyə dəstəyi göstərilməsi, maliyyə dayanıqlığının qorunması və universitetin aktivlərinin səmərəli idarə edilməsini təmin edir. Maliyyə şöbəsi fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, Prezidentin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Təhsil Nazirliyinin normativ sənədlərini, beynəlxalq standartları və NDU-nun daxili nizamnaməsini rəhbər tutur. Şöbənin əsas məqsədi universitetin maliyyə-təsərrüfat fəaliyyətinin şəffaf, qanunvericiliyə və beynəlxalq standartlara uyğun şəkildə təşkili və idarə edilməsidir. Maliyyə şöbəsinin funksiyaları və vəzifələri aşağıdakılardır:

·        Maliyyə planlarının, dövlət proqramı üzrə ayırmaların və gəlir-xərc smetalarının hazırlanması, təsdiqi və icrasına nəzarət;

·        Maliyyə əməliyyatlarının icrasını həyata keçirmək və maliyyə dayanıqlığın təmin etmək;

·        Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;

·        Maliyyə hesabatlarının vaxtında və düzgün hazırlanması, təqdim edilməsi və dərc olunmasına nəzarət etmək;

·        Universitetin aktivlərinin, öhdəliklərinin və dövriyyə vəsaitlərinin uçotunun və inventarizasiyasının düzgün aparılmasını, həmçinin onların səmərəli idarə olunmasını təmin etmək;

·        Təhsil haqqı ilə bağlı hesablaşmaların mühasibat uçotu hesablarında vaxtında və düzgün əks etdirilməsini təmin etmək;

·        Əmək haqlarının, təqaüdlərin, ezamiyyətlərin, vergilərin, qrant və layihə ödənişlərinin düzgün hesablanmasını və ödənilməsini təmin etmək;

·        Satınalmaların planlaşdırılması, tələbatın öyrənilməsi və həyata keçirilməsi prosesində maliyyə nəzarətini təmin etmək;

·        Maliyyə analizləri aparmaq, xərclərin səmərəliliyini qiymətləndirmək və rəhbərliyə təkliflər vermək;

·        Qanunvericilikdə nəzərdə tutulmuş hesabatların müəyyən edilmiş müddətlərdə təqdim olunmasını təmin etmək;

·        “Mühasibat uçotu haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və digər normativ-hüquqi aktlara, beynəlxalq standartlara uyğun uçot işləri aparmaq, maliyyə hesabatlarını tərtib, təqdim və dərc etmək;

·        Universitetin törəmə müəssisələrinin, tabeliyində və nəznində olan müəssisələr ilə bağlı universitet tərəfindən aparılması nəzərdə tutulan maliyyə əməliyyatlarının icrasını təşkil etmək;

·        Fəaliyyət nəticələrini qiymətləndirmək, aparılan analitik təhlillər əsasında maliyyə göstəricilərinin yaxşılaşdırılması üçün təkliflər hazırlamaq;

Hazırda universitetin maliyyə-mühasibatlığı inkişaf edərək dövrün müasir tələblərinə cavab verən proqramlar əsasında tam avtomatlaşdırılmış uçotun təşkili üçün işlər görülməkdədir və əməkdaşların peşəkar potensialının artırılması məqsədilə təlim və inkişaf proqramları təşkil edilir. Maliyyə şöbəsi birbaşa universitetin rektoruna tabedir və şöbəyə Səfəralı Abdullayev rəhbərlik edir. Maliyyə şöbəsinə 1 bölmə və 1 sektor daxildir.

- Maliyyə-mühasibat uçotu

- Satınalmala və təchizat sektoru

Maliyyə şöbəsi 16 nəfərdən ibarətdir və aşağıdakı vəzifələri əhatə edir:

·        Şöbə müdiri – Baş mühasib

·        Şöbə müdirinin müavini

·        Maliyyə mütəxəssisi

·        Böyük mühasib

·        Aparıcı mühasib

·        Mühasib

·        Satınalma və təchizat sektorunun müdiri

·        Satınalma və təchizat sektorunun baş mütəxəssisi

·        Satınalma və təchizat sektorunun aparıcı mütəxəssisi

·        Satınalma və təchizat sektorunun mütəxəssisi

·        Satınalma və təchizat sektorunun anbardarı

 

 



MALİYYƏ VƏ TƏMİNAT ŞÖBƏSİNİN STRUKTURU

 

Maliyyə və təminat şöbəsinin müdiri

Səfəralı Abdullayev Qulam oğlu

Maliyyə və təminat şöbəsinin müdir müavini

Həsən Abbasov Saleh oğlu

 

 

 

MÜHASİBAT UÇOTU SEKTORU

 

Maliyyə şöbəsinin böyük mühasibi

Fuad Məmmədli Məhəmməd oğlu

Maliyyə şöbəsinin maliyyə mütəxəssisi

Quliyev Ziya Kamil oğlu

Maliyyə şöbəsinin aparıcı mühasibi

Cəmil Məmmədov Mikayıl oğlu

Maliyyə şöbəsinin aparıcı mühasibi

Lamiyə Bayramova Müzəffər qızı

Maliyyə şöbəsinin aparıcı mühasibi

Yazgül Vəliyeva Heydər qızı

TƏHSİLALANLARLA HESABLAŞMALAR SEKTORU

 

Maliyyə şöbəsinin aparıcı mühasibi

Nuray Rəhimova Məmmədəli qızı

Maliyyə şöbəsinin aparıcı mühasibi

İbrahimli Əziz Adil oğlu

Maliyyə şöbəsinin mühasibi

Əli İsgəndərov Rafiq oğlu

Maliyyə şöbəsinin mühasibi

Elmira Təhməzbəyova Nadir qızı


SATINALMA VƏ TƏCHİZAT SEKTORU

 

Maliyyə və təminat şöbəsinin Satınalma və təchizat sektorunun baş mütəxəssisi

Sənan Zeynalov Pərviz oğlu

Maliyyə və təminat şöbəsinin Satınalma və təchizat sektorunun planlama mütəxəssisi

Tuncay Ələkbərov İftixar oğlu

Maliyyə şöbəsinin Satınalma təchizat sektorunun anbardarı

Akif Dadaşov Səfər oğlu

 

 

 

MALİYYƏ ŞÖBƏSİNİN HESABATLARI

 

Hesabat faylı

 

Finance Report

 

31.10.2024

31.05.2023

Finance

Total Finance

21.11.2022

Üzgüçülük müqavilə