Bioresurslar İnstitutunun (Naxçıvan) əsas elmi istiqamətləri
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 07 avqust 2002-ci il tarixli “Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin biologiya bölməsinin və Genetik Ehtiyatlar İnstitutunun Naxçıvan Elmi-Tədqiqat bazasının əsasında yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən Bioresurslar İnstitutu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması məqsədilə Nazirliyin tabeliyindəki Təbii Ehtiyatlar İnstitutunun (Naxçıvan), Bioresurslar İnstitutunun (Naxçıvan), Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilmişdir.
İnstitutun əsas elmi istiqamətləri
Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi; bitkilər və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları; Naxçıvan MR-in bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları.
Şöbə və laboratoriyalar
1. Nəbatat şöbəsi
2. Zooloji tədqiqatlar şöbəsi
3. Bitki sistematikası şöbəsi
4. İnnovasiya və elmi-istehsalat şöbəsi
5. İnzibati təsərrüfat şöbəsi
6. Meyvə, tərəvəz və üzümçülük labоratоriyası
7. Dənli, paxlalı və texniki bitkilər labоratоriyası
8. Tоrpaq ehtiyatları labоratоriyası və Biokimyəvi tədqiqatlar laboratoriyası
STATİSTİK MƏLUMATLAR
Bioresurslar İnstitutu (Naxçıvan bölməsi)
İnstitutun müşahidə və tədqiqatları nəticəsində qeydə alınmış nadir fauna növlərinə aid vizual materiallar
İnstitutun tədqiqat fəaliyyətləri və təşkil etdiyi tədbirlərlə bağlı foto materiallar