Fakültə haqqında
İncəsənət fakültəsi 11 dekabr 1998-ci ildə universitetin elmi şurasının qərarı ilə yaranmışdır. Əvvəlcə 3 kafedra ilə fəaliyyətə başlayan fakültə hazırda 7 kafedranı öz tabeliyində birləşdirir. Bu kafedralarda 75 nəfər müəllim, 8 nəfər tədrisə köməkçi heyət çalışır. Əməkdaşlarımızdan 1nəfər sənətşünaslıq elmləri doktoru, 6 nəfər sənətşünaslıq üzrə fəlsəfə doktoru, 4 nəfər pedoqogika üzrə fəlsəfə doktoru, 2 nəfər professor, 11 nəfər dosent, 1 nəfər Azərbaycan Respublikasının Xalq Rəssamı, 3 nəfər Azərbaycan Respublikasının Xalq artisti, 2 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, 4 nəfər Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, 7 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 3 nəfər Azərbaycan Respublikasının Əməkdar müəllimi, 4 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 4 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimidir.
Fakültə dekanı: Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, dosent İsmayılov Cavid Vəli oğlu
Tədris işləri üzrə dekan müavini: Baş müəllim, Hacıyev Mobil Gülməmməd oğlu
Akademik məsləhətçi (tyutor): Cəfərli Toğrul İman oğlu
Akademik məsləhətçi (tyutor):Əkbərova Səadət Yaşar qızı
Kompüter operatoru: Tağıyeva Gülnar Elşən qızı
Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:
Fakültədə tədris, təlim-tərbiyə işləri Azərbaycan Respublıkası Təhsil Nazirliyi və Universitet rəhbərliyinin qarşıya qoyduğu tələblər əsasında həyata keçirilir.
Fakültədə TEC xətti ilə dövrün aktual problemlərinə həsr olunan mövzularla bağlı müəllimlər tələbələrə rəhbərlik edir, onları elmi yöndə düzgün istiqamətləndirirlər. Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə fakültədə vaxtaşırı intellektual oyunlar keçirilir ki, bu da tələbələrimizin dünyagörüşünün artırılmasına kömək edir.
Hər il sentyabr ayının 18-də Milli musiqi günü, Azərbaycan bəstəkarlarının yubileyləri qeyd olunur, bütün əlamətdar günlərə aid tədbirlər hazırlanır. Müəllim və tələbələrimiz Naxçıvan Muxtar Respublikasının demək olar ki, bütün incəsənət yönümlü tədbirlərində istər iştirakçı, istərsə də tamaşaçı qismində yaxından iştirak edirlər.
Fakültə tabeliyində olan kafedralar ənənəvi olaraq hər il hesabat konsertləri keçirir. Bu konsertlərin məqsədi tələbələrin qabiliyyətinin üzə çıxarılması, onların yaxşı ixtisaslı kadr kimi formalaşmasına və səhnə davranışının inkişaf etməsinə diqqəti artırmaqdır.
Fakültədə fəaliyyət göstərən tələbə və müəllimlərdən ibarət Kamera orkestri, Xalq çalğı alətləri ansamblı, eyni zamanda müxtəlif tərkibli ansambllar, “Mahur” rəqs qrupu, xor, Şən və Hazırcavablar klubu, Tələbə Teatr Studiyası tələbələrin bacarıq və istedadlarını üzə çıxarmağa geniş imkan yaradır. Musiqi qruplarımız tez-tez Türkiyə Respublikasının müxtəlif şəhərlərində konsert proqramı ilə çıxış edir.
Fakültədə tez-tez istedadlı gənclərin solo konsertlərinin, müəllimlərin sinif konsertlərinin, tələbələrin əl işlərindən ibarət sərgilərin, məzun sərgilərinin keçirilməsi də fakültənin iş qrafikinə daxildir.
Tələbələrin biliklərini daha da artırmaq məqsədilə paytaxtda fəaliyyət göstərən ali musiqi təhsil ocaqlarından ustad dərsləri üçün professor-müəllimlər dəvət olunur.
Universitetimizin xarici ölkə universitetləri ilə olan əlaqələri müəllim və tələbə mobilliyinə imkan verir ki, bu əməkdaşlıqdan İncəsənət fakültəsinin müəllim və tələbələri də yararlanır. Tələbələrimiz 1 və ya 2 semestr müddətinə xarici ölkə universitetlərində təhsillərini davam etdirir, öz bilik dairəsini genişləndirərək gələcək karyeraları üçün mühüm nailiyyət əldə edirlər.
Fortepieno kafedrası
Kafedra haqqında məlumat
Musiqi sirli, sehirli bir aləmdir, sanki bir cənnətdir. Bu cənnəti insanlara yaşadan isə dahi bəstəkarlar və ifaçılardır. Belə istedadlı fortepiano ifaçılarını isə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin fortepiano kafedrası yetirir.
Fortepiano kafedrasının müəllimlərinin əksəriyyəti Naxçıvan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan sənətkarlardır. Onlar tələbələrlə çox ciddi və vicdanla məşğul olurlar. Elə bu səbəbdəndir ki, Muxtar Respublikanın Uşaq musiqi məktəblərində, kollec və musiqi , ali təhsil ocaqlarında kafedranın yetirmələri fəaliyyət göstərirlər. Kafedrada təhsil, təlim tərbiyə işləri yüksək səviyyədə həyata keçirilir. Hər tədris ilinin sonunda keçirilən hesabat konserti müəllim və tələbələrin uğurlu nəticələrindən xəbər verir. Kafedra tək solo ifaçı deyil, həm də konsertmeysterlər yetirir. Bundan başqa müəllimlərin sinif konsertləri və tələbələrin solo konsertləri keçirilir.Çiçəklənən Muxtar Respublikamızın bütün sahələrində olduğu kimi , musiqi təhsili sahəsində də inkişafı göz qabağındadır. Bu işdə fortepiano kafedrasının fəaliyyəti danılmazdır. Fortepiano kafedrasının müdiri - Azərbaycan Respublikasının "Əməkdar Mədəniyyət İşçisi", Naxçıvan Muxtar Respublikasının "Əməkdar İncəsənət Xadimi", professor Səidə Müslüm qızı Məmmədovadır.
Kafedranın tərkib hissəsi
1.Səidə Müslüm qızı Məmmədova- Azərbaycan Respublikasının "Əməkdar Mədəniyyət İşçisi", Naxçıvan Muxtar Respublikasının " Əməkdar İncəsənət Xadimi", professor.
2.Vidadi Əkbər oğlu Heydərov – Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, dosent
3.Nərminə Fikrət qızı Qədimova – Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi", baş müəllim
4.Rəna Ələkbər Qızı Cəfərova – Naxçıvan Muxtar Respublikasının "Əməkdar Mədəniyyət İşçisi", baş müəllim
5.Solmaz Məmməd qızı Axundova – Azərbaycan Respublikasının" Əməkdar müəllimi" , dosent
6.Zemfira Nurəddin qızı Babayeva – Naxçıvan Muxtar Respublikasının "Əməkdar müəllimi", baş müəllim
7.Elnarə Nəriman qızı Məmmədova - baş müəllim
8.Nazilə Adəm qızı Qardaşbəyova - Naxçıvan Muxtar Respublikasının "Əməkdar Mədəniyyət İşçisi", baş müəllim
9.Fəridə Namiq qızı Ağayeva – baş müəllim
10.Aynur Səfər qızı Məmmədova - müəllim
11.Təranə Adil qızı Hüseynova - müəllim
12. Rəhimov Səxavət Şərif oğlu -müəllim
13.Abutər David qızı Allahverdiyeva – müəllim
14.Leylaxanım Mirsübhi qızı Məmmədova – müəllim
15.Nərmin Şəmsəddin qızı Məmmədli – müəllim
16.Mədətova Rövşanə Rövşən qızı- müəllim
17.Qənbərova Aytac İbrahim qızı – baş laborant
Musiqi təlimi kafedrası
Kafedra haqqında məlumat
“Musiqi təlimi” kafedrası ali təhsilin bakalavriat pilləsində, musiqi müəllimliyi ixtisası istiqaməti üzrə əsas aparıcı kafedralarından biridir. Gələcək mütəxəssislərin hazırlığında kafedra müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur. Kafedranın əsas bazası orta ümumtəhsil məktəblərində musiqi müəllimi kadrları hazırlamaqdır. İncəsənət fakültəsinin Elmi Şurasının 11 aprel 2023-cü il tarixli 08 saylı iclas protokolundan çıxarışa əsasən 11 aprel 2023-cü il tarixdən “Musiqi təlimi” kafedrasına Sevinc Musayeva Hafiz qızı tam ştat kafedra müdiri vəzifəsinə təyin edilsin. Kafedra müdiri vəzifəsinə təyin edildiyindən “Musiqi təlimi” kafedrasında əmək müqaviləsi ləğv edilməklə tam ştat baş müəllim vəzifəsindən azad edilib, əvvəlki seçki müddəti saxlanılmaqla əmək müqaviləsi ilə 0.5 ştat baş müəllim vəzifəsinə keçirilsin.
Kafedranın tərkib hissəsi
Musiqi tarixi və nəzəriyyəsi kafedrası
Kafedra haqqında məlumat
Musiqinin tarixi və nəzəriyyəsi kafedrası ali təhsilin bakalavriat pilləsində Musiqişünaslıq və Bəstəkarlıq və eyni zamanda magistratura pilləsində musiqi tənqidi və etnomusiqişünaslıq istiqamətləri üzrə əsas aparıcı ixtisas kafedralarından biridir. Gələcək mütəxəssislərin hazırlığında kafedra 32 müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı peşəkarlar tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur. Kafedraya sənətşünaslıq elmlər doktoru dosent Məhərrəmova İnara Eldar qızı rəhbərlik edir.
Təsviri incəsənət kafedrası
Kafedra haqqında məlumat
Təsviri incəsənət” kafedrası ali təhsilin bakalavriat pilləsində “Təsviri incəsənət müəllimliyi”, “Rəngkarlıq”, “Dizayn” istiqamətləri üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.
Gələcək mütəxəsislərin hazırlığında kafedra müxtəlif fənnlər üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.
Tələbələrimizin hər il müxtəlif mövzularda sərgiləri təşkil olunur. Əlamətdar günlərdə, yubileylərdə müəllim və tələbə heyəti ilə birlikdə sərgilər təşkil edilir,eyni zamanda respublika və beynəlxalq səviyyəli sərgi, müsabiqə və festivallarda iştirak edilir. Naxçıvan Rəssamlar Birliyi, Gənclər Fondunun, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin təşkil etdiyi sərgi və müsabiqələrdə həm tələbələr, həm də müəllimlərin iştirakı təmin olunur. Ustad dərsləri təşkil olunur. Bundan əlavə, rəssam tələbələr mütəmadi olaraq etüdlərə aparılır.
Kafedraya rəhbərlik
21 oktyabr 2022-ci il tarixindən kafedranın müdiri təyin edilmiş Hacıyeva Siddiqə Zakir qızı kafedraya rəhbərlik edir.
Teatr və mədəniyyətşünaslıq kafedrası
2011-ci il tarixdə NDU-da Teatr və mədəniyyətşünaslıq kafedrası yaradılmışdır. Hazırda həmin kafedrada 5 nəfər müəllim heyəti fəaliyyət göstərir. Bunlardan bir nəfəri Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi , bir nəfəri Azərbaycan Respublikasının xalq artisti , bir nəfəri Azərbaycan Respublikasının əməkdar artisti, bir nəfəri isə Naxçıvan Muxtar Respublikasının əməkdar atisti, bir nəfər dosent, bir nəfər fəlsəfə doktoru , iki nəfər baş müəllim, iki nəfər müəllim , dörd nəfər 0.5 ştat müəllimdir.
Kafedraya rəhbərlik
Kafedraya rəhbərlik- NDU-nin rektorunun əmri ilə Filologiya üzrə fəlsəfə doktoru-dosent Gülxarə Mənaf qızı Əhmədova 6 iyul 2011-ci ildən Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri təyin edilmiş və hazırda kafedraya rəhbərlik edir.
Kafedranın tərkib hissəsi
1. Kafedra müdiri: Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dosent - Gülxarə Mənaf qızı Əhmədova
2. Elza Sultanəli qızı Fərzəliyeva – baş müəllim
3. Tofiq Həbib oğlu Seyidov - Azərbaycan Respublikasının Əməkdar Artisti, baş müəllim 0.5 ştat
5. Kamran Məmmədqulu oğlu Quliyev – Xalq artisti, müəllim
6. Azər Babalı oğlu Cəfərli- Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, müəllim 0.5 ştat
7.Qasımov Ələkbər Məmməd oğlu –Müəllim 0.5 ştat,dosent
7. Turanə Əliyənnağı qızı Hüseynli -laborant
Orkestr alətləri və dirijorluq kafedrası
Kafedranın tarixi
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin “Orkestr alətləri ” kafedrası 2008- ci ildə yaradılmışdır. 2011-ci ildə kafedranın adı deyişilərək “Orkestr alətləri və dirijorluq” kafedrası adlandırılmışdır. Haliyədə həmin kafedrada 13 nəfər professor- müəllim heyəti fəaliyyət göstərir. Bunlardan nəfəri 1 nəfər Azərbaycan Respublikasının xalq artisti, 3 nəfəri Azərbaycan Respublikasının əməkdar artisti , 1 nəfər Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, 2 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1 nəfər professor, 4 nəfər dosent, 3 nəfər fəlsəfə doktoru, 1 nəfər doktorant, 5 nəfər baş müəllim, 4 nəfər müəllimdir.
Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə dosent Mübariz Səməd oğlu Əsgərov 2022-ci ilin oktyabr ayından etibarən “Orkestr alətləri və dirijorluq” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.
Kafedranın tərkib hissəsi
Xalq çalğı alətləri kafedrası
Kafedranın tarixi
“Xalq Çalğı Alətləri” ixtisası Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsinin İfaçılıq kafedrasının (1996-cı il) yarandığı ilk gündən onun nəzdində fəaliyyət göstərmişdir. 2008-ci ildən isə “Xalq Çalğı Alətləri” ixtisası İfaçılıq kafedrasından ayrılaraq “Xalq Çalğı Alətləri” adı altında müstəqil kafedra kimi fəaliyyət göstərmişdir. Haliyədə həmin kafedrada 15 nəfər professor, müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 1 nəfəri Az.Respublikasının əməkdar mədəniyyət işçisi, kafedra müdiri, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru-dosent , 2 nəfər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər Pedaqogika üzrə fəlsəfə doktoru, dosent , 1 nəfər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, baş müəllim, 4 nəfər baş müəllim, 3 nəfər müəllim, 1nəfər isə konsertmeystrdir.Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu İsgəndər oğlu Əhmədov 2022-cı ilin oktyabr ayından etibarən “Xalq Çalğı Alətləri” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.
Kafedraya rəhbərlik
Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu İsgəndər oğlu Əhmədov 2022-cı ilin oktyabr ayından etibarən “Xalq Çalğı Alətləri” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.
Kafedranın tərkib hissəsi