Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi
Təsviri incəsənət kafedrasının müəllimi
e-mail: elovsetallahverdiyev@ndu.edu.az
1957-ci ildə Naxçıvan rayonu, Yuxarı Uzunoba kəndində anadan olmuş, 1975-1977 illərdə hərbi xidmətini başa vurduqdan sonra 1981- ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirmişdir. 1988-ci ildə M.Ə.Əliyev adına Azərbaycan dövlət incəsənət insitutunun qrafika bölməsini bitirmişdir. Haliyədə Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakultəsinin Təsviri İncəsənət kafedrasının müəllimdir. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
İştirak etdiyi sərgilər və müsabiqələr:
1. 1-ci, 2-ci,3-cü M.A.Əliyev adına incəsənət insitutunun tələbələrinin Respublika sərgisi.
2. “Vətənin Gəncliyi” adlı Respublika sərgisi
3. 1986-cı ildə Respublika müsabiqəsində plakat üzrə 1-ci yer.
4. 1987-ci idlə Respublikalar arasında plakat müsabiqəsi
5. 1989-cu ildə “Qrafika-89” adlı Respublika sərgisi
6. 1989-cu ildə Minsk şəhərində Ümumittifaq SSRİ rəssamlıq insitutunun diplom sərgisi.
7. Naxçıvan Rəssamlar ittifaqının sərgilərində mütəmadi olaraq.
8. 10-12 Aprel, 2014-cü ildə “Azərsu Cəmiyyəti”-nin təşkil etdiyi sərgi
9. 2019-cu ildə NMR-in 95 illiyinə həsr olunmuş müsabiqədə plakat nominasiyası üzrə ikinci yer.