Tədris şöbəsi

Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsi universitetdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsinə uyğun qurulmuşdur. Tədris prosesi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Kredit sisteminə aid Əsasnamələr”ə uyğun təşkil edilmişdir. Aşağıda qeyd olunan məsələlər Tədris şöbəsinin ümumi fəaliyyətini əhatə edir:

1.Tədris illəri üzrə akademik təqvim (bakalavr və magistr səviyyəsi üçün);

2.İxtisaslar üzrə tədris planları və tapşırıqların hazırlanması;

3.Tədris yükləri;

4.Dərs cədvəllərinin hazırlanıb təsdiq edilməsi;

5.İmtahan cədvəllərinin hazırlanıb təsdiq edilməsi;

6.Akademik borcu olan tələbələrin dərslərinin təşkili və imtahanları;

7.Tələbələrin köçürülmələri, universitetə yenidən bərpa olunmaları, təkrar ali təhsil, akademik məzuniyyət və hərbi xidmətlə bağlı əmrlərin hazırlanması;

8.Transkriptlərin təsdiq edilməsi;

9.Tələbə hərəkəti ilə bağlı statistik məlumatlar;

10.Buraxılış işlərinin mövzularının təsdiqi, müdafiə ilə bağlı hazırlıq işləri;

11.Təhsil haqqından azad olunan tələbələrlə bağlı sənədlərin yığılması və əmrlərin yazılması;

12.Tələbə Məzun Elektron Məlumat Sisteminə tələbə əmrlərinin mütəmadi daxil edilməsi, yeni qəbul olunmuş əcnəbi tələbələrin sistemə daxil edilməsi, məzunlarla bağlı məlumatların sistemə daxil edilməsi;

13.Yekun Dövlət Attestasiya komissiyalarının tərkibi haqqında əmrlərin hazırlanması;

14.Təhsil Nazirliyinin hesabat formalarının hazırlanması;

15.Sorğu məktublarına cavab;

16.Akademik arayışların yazılması;
17.Məzunların şəxsi işlərinin arxivə təhvil verilməsi;

18.Diplom və qiymət cədvəllərinin doldurulması və paylanması;
19.Diplomların həqiqiliyinin yoxlanılması sorğularına cavabların hazırlanması;
20.Fakültə dekanlıqları və digər strukturlarla iş birliyi;
21.Təhsil Nazirliyinin Diplom Təsdiq Sisteminə məlumatların yazılması;

22.Təhsil Nazirliyinin Ali Təhsil Müəssisələrinin İnformasiya Sisteminə məlumatların daxil edilməsi;

23.Tələbələrin fərdi tədris planının hazırlanmasına nəzarət;

24.İmtahan sessiyalarına hazırlıq və təşkili, tələb olunan normativ sənədlərin təminatı;

25.Tələbələrin dərsə davamiyyətinə nəzarət;

26.Dərs jurnallarının hazırlanması və yazılmasına nəzarət;

27.Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Statistika Komitəsinə Rəsmi Statistik Hesabat formalarının hazırlanması;

28.Birinci kurs qəbul olmuş tələbələrin sənədlərinin qəbulu və saxlanılması;

29.Saat hesabı müəllimlərin şəxsi işlərinin hazırlanması;

30.Məzunların qiymət cədvəllərinin yoxlanılması və hazırlanmasına nəzarət;

31.Qəbul planının hazırlanması;

32.Təqaüd əmrlərinin hazırlanması;

33.İstehsalat və pedaqoji təcrübələrinə hazırlıq və həyata keçirilməsinə nəzarət;

34.Yay məktəbinin təşkili və həyata keçirilməsinə nəzarət;

35.Diplom əmrlərinin hazırlanması;

36.Tibb şəhadətnamələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyindən gətirilməsi və doldurulub tələbələrə təqdim edilməsi;

37.Məzunlarla bağlı arayışların hazırlanması;

38.Müəllimlərin sillabuslarının hazırlanmasına və təsdiq edilməsinə nəzarət;

39.Açıq dərs qrafiklərinin hazırlanması və keçirilməsinə nəzarət;

40.Fənn kabinələri, tədris laboratoriya­la­rı­ və mərkəzlərin işinə nəzarət;

41.Magistratura təhsil səviyyəsi əyani şöbəsinin II kurs tələbələrinin elmi pedaqoji təcrübələri və elmi tədqiqat təcrübələrinin təşkil edilməsinə və keçirilməsinə nəzarət;

42.Rezident və doktorantların sayı haqqında aylıq məlumatların hazırlanması.

 

Tədris şöbəsinin müdiri, Şahin Yusif oğlu Əliyevdir.

Əlaqə telefonu: (+99436) 545-20-32

Daxili: (+99436) 544-08-61  (10-20)

E-mail: tedris@ndu.edu.az

 

Şöbədə hal-hazırda 11 nəfər çalışır:

  1. Əliyev Şahin Yusif oğlu – Tədris şöbəsinin müdiri
  2. Tarverdiyev Anar  Məşdi oğlu – Tədris  şöbəsinin müdir müavini
  3. Qocayev Elvin Firdovsi oğlu – Tədris şöbəsinin baş metodisti 
  4. Nəsirov Rza Səttar oğlu – Tədris şöbəsinin metodisti
  5. Seyidova Nazlı Sərdar qızı – Tədris şöbəsinin statisti
  6. Əlibəyli Qismət İntiqam oğlu – Tədris şöbəsinin baş inspektoru
  7. Sadiqova Samirə Natiq qızı – Tədris şöbəsinin inspektoru
  8. Mustafayeva Minurə Atif qızı – Tədris şöbəsinin inspektoru
  9. Abdullayeva Nurlana Fəxrəddin qızı – Tədris şöbəsinin baş inspektoru (Təhsilin elektronlaşdırılması üzrə)
  10.  Mirzəyeva Aytən Gülməmməd qızı – Tədris şöbəsinin inspektoru (Təhsilin elektronlaşdırılması üzrə)
  11. İbrahimova Nəsibə Nəsimi qızı – Tədris şöbəsinin kompüter operatoru