Seyidova Nazlı Sərdar qızı

Seyidova Nazlı Sərdar qızı

Müəllim

 Seyidova Nazlı Sərdar qızı 1959-cu ildə Naxçıvan  şəhərində anadan olub. 1966-cı ildə Naxçıvan şəhər  M.T.Sidqi adına 4 saylı orta məktəbin birinci sinfinə daxil olub. 1976-cı ildə C.Məmmədquluzadə adına 2 saylı orta məktəbi bitirib. 1976-cı ildə Naxçıvan şəhərindəki Yerli istehsal sənaye kombinatında tikişçi işləyib. 1982-ci ildə akademik Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedoqoji İnistitunun Tarix ixtisasına daxil olub. 1986-cı ildə institutun Tarix ixtisasını bitirib. 1989-cu ildə Naxçıvan trikotaj fabrikinin nəzdində olan “Lalə” uşaq baxçasında tərbiyəçi müəllim işləyib. 1992-ci ilin fevral ayından Naxçıvan Dövlət Universitetinin tədris şöbəsində Statist vəzifəsində işləməyə başlayıb. 2015-ci il 8 sentyabrından Ümumi tarix kafedrasında 0,5 ştat (yarım ştat) müəllim vəzifəsində çalışır.