Magistratura və Doktorantura Mərkəzi

1997-ci ildə Naxçıvan Dövlət Universitetində  şöbə kimi fəaliyyətə başlayan magistraturaya  ilk qəbul aparılmış və 7 ixtisaslaşma üzrə 27 nəfər magistr qəbul olunmuşdur. Həmin dövrdən  2000-ci ilədək magistratura şöbəsinə kimya elmləri doktoru, professor Yasin Babayev rəhbərlik etmişdir. Sonrakı dövrlərdə magistraturaya qəbul aparılan ixtisaslaşmaların sayı ilbəil artmağa başlamışdır. Artıq 1999-2000-ci tədris ilində  12 ixtisaslaşma üzrə 32 magistr qəbul olunmuşdur.

2000-2008-ci illərdə magistratura şöbəsinə dosent Musa Piriyev rəhbərlik etmişdir. 2002-ci ildən başlayaraq magistratura təhsil səviyyəsində qiyabi təhsilin də aparılmasına icazə verilmişdir,  buna görə də 2002-2003-cü tədris ilində universitetdə qəbul aparılan ixtisaslaşmaların sayı əyani təhsil üzrə 34 və qiyabi təhsil üzrə isə 10 olmuşdur.

2008-cı ildən dekanlıq kimi fəaliyyətə başlayan magistraturada ixtisaslaşmaların sayı  və qəbul olunan magistrantların sayı daha da artmışdır.

2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetində Magistratura üzrə dekanlığa dosent Elbrus İsayev rəhbərlik etmişdir.

2008-ci ildə dekanlıq kimi fəaliyyətə başlayan strukturda dekan müavini  ştatı yaradılmış və 2010-cu ilə qədər  bu vəzifədə  dos. Orxan Cəfərov çalışmışdır. 2010-cu ildən 2019-cu  ilə qədər  dekan müavini, indi isə direktor müavini vəzifəsində dos. Asəf Əliyev çalışır.

2012-ci ildən 2023-cü ilin iyun ayınadək Magistraturaya biologiya üzrə elmlər doktoru, professor Etibar Məmmədov rəhbərlik edib.

2023-cü ilin iyul ayından Quliyev Çapay Qadir oğlu Magistratura və Doktorantura mərkəzinə rəhbərlik edir.

E-mail: capayquliyev@ndu.edu.az

Adı və soyadı Vəzifəsi
1 Quliyev Çapay Qadir oğlu direktor
2 Vakant direktor müavini (doktorantura üzrə)
3 Əliyev Asəf Asif oğlu direktor müavini (magistratura üzrə)
4 Dünyamalıyeva Ülkər Rəsul qızı kompüter operatoru
5 Həsənov Məhərrəm Vahid oğlu tyutor
6 Novruzova Fatma Yasin qızı tyutor (analıq məzuniyyətində)

 

2019-cu  ilin iyun ayından isə magistratura Mərkəz kimi fəalliyətini davam etdirir.

Naxçıvan Dövlət Universitetində magistratura səviyyəsində  təhsilə  maraq  ilbəil artmışdır. Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tədris prosesinin müasir tələblərə cavab verən səviyyədə qurulması nəticəsində, artıq 2003-2004-cü təsris ilindən magistrturaya 27 istiqamət üzrə 38 ixtisada qəbul aparılmışdır. Sonrakı illərdə də bu ənənə davam etdirilmiş, magistraturada  qəbul aparılan ixtisas və ixtisaslaşmaların, eləcə də bitirimiş magistrantların sayı artmışdır.

Magistraturada ilk buraxılışın olduğu 1999-cu ildən başlayaraq, indiyədək 2556 nəfər Naxçıvan Dövlət Universitetində magistratura təhsil səviyyəsini bitirərək, magistr dərəcəsi almışdır.

İllər üzrə magistrant sayı

İllər Magistrant sayı
1999 26
2000 26
2001 32
2002 42
2003 46
2004 48
2005 92
2006 97
2007 74
2008 56
2009 71
2010 79
2011 85
2012 109
2013 120
2014 160
2015 130
2016 148
2017 152
2018 104
2019 143
2020 178
2021 142
2022 184
2023 214
2024 157
Cəmi: 2715

Təqdirəlayiq haldır ki, 2002-ci ildən başlayaraq indiyədək,  universitetimizin magistratura təhsil pilləsini müxtəlif ölkələrdən  olan 144 əcnəbi magistant bitirmişdir. Bunladan 121 nəfər Türkiyə, 13 nəfər İran, 5 nəfər Cənubi Koreya, bir nəfər İraq, bir nəfər Banqladeş,  2 nəfər Rusiya və bir nəfər isə  Almaniya vətəndaşı olmaqla,  ümumilikdə  12 ixtisas üzrə əyani və qiyabi şöbələrdə təhsil almışlar. Hazırda da əcnəbi vətəndaşlar magsitraturada təhsil alırlar.  2014-cü tədris ilindən magistratura səviyyəsində qiyabi təhsil dayandırılmış, yalnız əyani təhsil aparılmasına icazə verilmişdir.

İllər ərzində magistraturada  müxtəlif  istiqamət və ixtisaslaşmalar  üzrə təhsil alan magistrantların  sayı artmışdır. Belə ki, hazırda magsistratura təhsil səviyyəsi üzrə I kursda 50 ixtisaslaşma üzrə 171 (bunlardan 1 nəfəri əcnəbi) magistrant  və II kursda 73 ixtisaslaşma üzrə 252 magistrant (bunlardan 3 nəfəri əcnəbi) təhsil alır.

Qeyd etmək lazımdır ki, 2024-2025-ci tədris ilində magistartura təhsil səviyyəsinə qəbul planında nəzərdə tutulmuş 258 yerə qarşı 166 nəfər qəbul olunmuşdur (64 %) .

Magistratura təhsil pilləsində təhsilini davam etdirəcək magistrantlar üçün yüksək səviyyəli, hərtəfəli biliklərə yiyələnmək üçün hər cür şərait yaradılmışdır. Magistraturanın maddi-texniki bazası təkmilləşdirilmiş, tədris siniflərində  kompyuterlərlər qoyulmuş, elektron lövhələr və elektron kürsülər olan auditoriyalar qurulmuş, sürətli internetə malik olan kompyuter mərkəzi yaradılmışdır. Burada yaradılmış “Tələbə Turizm Assosasiyası” bütün ixtisaslaşmalar üzrə təhsil alan magistrantların öz ixtisasları ilə yanaşı  elmi dünyagörüşünün, vətənpərvərlik xüsusiyyətlərinin formalaşmasına xidmət edir.

·         Azərbaycan dili və ədəbiyyatın tədrisi  metodikası  və metodologiyası

·          Azərbaycan dili

·          Xarici dilin tədrisi metodikası və  metodologiyası  (ingilis dili)

·          Dilşünaslıq (ingilis dili)

·          Dilşünaslıq (alman dili)

·          Dilşünaslıq (fransız dili)

·          Dilşünaslıq (rus dili)

·          Dilşünaslıq (ərəb dili)

·          Dilşünaslıq (fars dili)

·          Azərbaycan ədəbiyyatı

·          Ədəbiyyatşünaslıq (Dünya ədəbiyyatı)

·          Ədəbiyyatşünaslıq (xarici ölkə xalqlarının  ədəbiyyatı, Amerika ədəbiyyatı)

·           Tarix fənnin tədrisi metodikası və metodologiyası

·          Biblioqrafiyaşünaslıq

·         Sənəd resursları  və informasiya axtarış sistemləri

·          Muzeyşünaslq

·         Arxeoloji  və tarixi memarlıq abidələrinin bərpası

·          Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi

·          Beynəlxalq münasibətlər və diplomatiya

·          Dövlət hüququ

·          Mülki və təsərrüfat hüququ

·         İnsan hüquqları

·          İqtisadiyyatın tənzimlənməsi

·          Strateji idarəetmə

·          İstehsal sferasında mühasibat uçotu və audit

·         Beynəlxalq maliyyə valyuta kredit sistemləri

·          Beynəlxalq iqtisadi münasibətlər

·         Makroiqtisadi siyasət

·          Dövlət qulluğunun təşkili və idarə edilməsi

·          Mətbuat tarixi

·          Radio-telejurnalistika

·          Təsviri-incəsənət tarixi və nəzəriyyəsi

·          İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası

·          Musiqi fənninin tədrisin  metodikası və metodologiyası

·         Musiqi tənqidi

·         Etnomusiqişünaslıq

·         Memarlıq abidələrinin bərpası və yenidən qurulması

·         Şəhərsalma

·         İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri

·         Turizm və sosial mədəni servis xidməti

·         Otelçilik

·         Botanika

·         Baytarlıq sanitar ekspertizası

·         Parazitologiya və invazion xəstəliklər

·         Onurğasızlar zoologiyası

·         İnsan və heyvan fiziologiyası

·         Bitki fiziologiyası

·         Ekoloji biologiya

·         İnformatika fənninin tədrisi və metodologiyası

·         Fizika fənninin tədrisi və metodologiyası

·         Coğrafiya fənninin tədrisi və metodologiyası

·         Kimya fənninin tədrisi və metodologiyası

·         Biologiya fənninin tədrisi və metodologiyası

·         Riyaziyyat fənninin tədrisi və metodologiyası

·         Təsviri incəsənət fənninin tədrisi və metodologiyası

·         Aktyor ifaçılığının tədrisi  metodikası və metodologiyası

·         Ətraf mühitin  mühafizə metodları və bərpası

·         Pedaqogika nəzəriyyəsi və tarixi

·         Sosial pedaqogika

·         Təhsildə monitorinq və qiymətləndirmə

·         Texnologiya fənninin tədrisin metodikası və metodologiyası

·         Elektroenergetika mühəndisliyi

·         Elektrik şəbəkə sistemləri

·         Yol hərəkətinin təşkili və təhlükəsizliyi

·         Dəmir yolu təsərrrüfatı və onun istismarı

·         Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş

·         Gənclərlə iş

·         Fiziki tərbiyə nəzəriyyəsi və metodikası

·         Bədən tərbiyəsi və idmanda tibbi bioloji təminat

·          Meliorasiya –mühəndis  sistemləri tikintisi və istismarı

·         Əczaçlıq texnologiyası

                                       Naxçıvan Dövlət Universiteti                                               

Magistratura təhsil səviyyəsinə qəbulun nəticələri  

  (2024-2025-ci  tədris ili üçün)

 

 

                                        Qəbul planı:                        258 nəfər

                                        Qəbul olunmuşdur–            166 nəfər  (64 %)

                                       

 

 Sıra

İxtisasın şifri    

 

 

İxtisaslar üzrə ixtisaslaşmaların adı

 

Qəbul planı

 

Qəbul olub

 

Boş qalıb

1.     

060107

Texnologiya fənninin tədrisi metodikası və metodologiyası

3

2

1

2.     

060108

Musiqi fənninin tədrisi metodikası və metodologiyası

3

1

2

3.     

060114

Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası

5

1

4

4.     

060119

Təlim və tədrisin təşkili və metodikası

8

6

2

5.     

060119

Təhsildə  qiymətləndirmə və monitorinq

8

7

1

6.     

060201

Dilşünaslıq  (ingilis dili üzrə)

6

3

3

7.     

060201

Dilşünaslıq  (fransız dili üzrə)

3

 

3

8.     

060201

Dilşünaslıq  (fars dili üzrə)

2

 

2

9.     

060201

Azərbaycan ədəbiyyatı

8

1

7

10.  

060201

Azərbaycan dili

10

7

3

11.  

060203

Sinxron tərcümə (İngilis dili)

6

2

4

12.  

060204

Beynəlxalq jurnalistika

4

1

3

13.  

060206

Azərbaycanın qədim və orta əsrlər tarixi

5

1

4

14.  

060206

Türk dünyası tarixi

5

2

3

15.  

060206

Azərbaycanın yeni və ən yeni tarixi

5

4

1

16.  

060212

Dövlət və hüquq nəzəriyyəsi və tarixi

6

5

1

17.  

060212

Cinayət hüququ, cinayət prosesi, kriminalistika  və məhkəmə ekspertizası

4

4

 

18.  

060213

Beynəlxalq  münasibətlər və diplomatiya

6

1

5

19.  

060215

Sənəd resursları və informasiya axtarış sistemləri

3

1

2

20.  

060301

Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi

3

3

 

21.  

060303

İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası  (musiqi alətləri üzrə)

4

4

 

22.  

060304

Vokal ifaçılığının tarixi və nəzəriyyəsi

2

1

1

23.  

060307

Musiqi tənqidi

6

3

3

24.  

060310

Xalq çalğı alətləri ifaçılığının nəzəriyyəsi və metodikası

2

1

1

25.  

060311

Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi

2

2

 

26.  

060401

Beynəlxalq iqtisadi münasibətlər

5

2

3

27.  

060402

İstehsal sferasında mühasibat uçotu və audit

5

4

1

28.  

060404

İqtisadiyyatın tənzimlənməsi

5

2

3

29.  

060404

İqtisadiyyatın tənzimlənməsi tədrisi ingilis dilində

3

 

3

30.  

060407

Strateji idarəetmə

3

2

1

31.  

060409

Biznesin təşkili və idarə edilməsi (Bank işi üzrə) MBA proqramı üzrə

10

9

1

32.  

060409

Biznesin təşkili və idarə edilməsi (Səhiyyənin idarə edilməsi) MBA proqramı üzrə

10

10

 

33.  

060501

Həndəsə

5

3

2

34.  

060501

Riyazi analiz

5

5

 

35.  

060503

Yarımkeçiricilər fizikası

5

5

 

36.  

060503

Nanoelektronika

3

3

 

37.  

060504

Fiziki kimya

6

4

2

38.  

060504

Qeyri-üzvi kimya

4

4

 

39.  

060505

Botanika

5

4

1

40.  

060505

Onurğasızlar zoologiyası

5

5

 

41.  

060505

Biotexnologiya

4

1

3

42.  

060506

İqtisadi  və sosial coğrafiya

4

1

3

43.  

060509

İnformatika

6

6

 

44.  

060632

İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri

5

5

 

45.  

060632

İnformasiya  mühafizəsi  və təhlükəsizliyi

5

5

 

46.  

060633

Memarlıq abidələrinin bərpası və yenidən quruluması

4

 

4

47.  

060637

Meliorasiya –mühəndis sistemləri tikintisi və istismarı

3

2

1

48.  

060701

Torpaqşünaslıq

4

3

1

49.  

060704

Baytarlıq cərrahiyəsi

4

1

3

50.  

060704

Parazitologiya və invazion xəstəliklər

4

1

3

51.  

060801

Toksikoloji kimya

4

4

0

52.  

060802

Fiziki tərbiyə nəzəriyyəsi və metodikası

4

4

0

53.  

060803

Turizm və sosial mədəni servis xidməti

4

4

0

54.  

060805

Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş

5

4

1

 

 

 

258

166

92