TƏLƏBƏLƏRİN və Magistrantların NƏZƏRİNƏ!
Universitetə ödənişli əsaslarla qəbul olunmuş İMTİYAZLI tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər
1. MƏCBURİ KÖÇKÜN,
2. VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ,
3. VALİDEYNİ AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN, MÜSTƏQİLLİYİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN
4. SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞINADƏK, HABELƏ I VƏ II DƏRƏCƏ ƏLİLLİYİ OLAN
MƏCBURİ KÖÇKÜNLƏR
1. Tələbənin (magistrantın) məcburi köçkün vəsiqəsi (surəti);
2. Şəxsiyyət vəsiqəsi (surəti);
3. Rayon (şəhər) icra hakimiyyətində yaradılmış «Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi»nin yerli nümayəndəsindən arayış.
4. Rektorun adına ərizə
Qeyd:
1. Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.
VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ TƏLƏBƏLƏR (Əyani şöbədə təhsil alan tələbələr):
1. Tələbənin (magistrantın) valideyninin şəxsiyyət vəsiqəsi (surəti);
2. Himayəyə və qəyyumluğa verilmə barədə icra hakimyyətinin qərarı;(Valideynlərindən biri vəfat etmiş, digəri I və ya II qrup əlil olan)
3. Ölüm haqqında şəhadətnamə;
4. Tələbənin doğum haqqında şəhadətnaməsi;
5. Valideynin I və ya II qrup əlillik vəsiqəsi;
6. Şəhər və ya rayon DSMF – dan arayış;
7. Rektorun adına ərizə
Qeyd:
1. Valideyn himayəsindən məhrum olmuş şəxslər hər iki valideynini itirmiş və ya bir valideyni vəfat etmiş, digər valideyni I və II qrup əlil olan şəxslər hesab edilir, təhsil haqqının ödənilməsindən azad edilərək ikiqat təqaüdlə təmin olunur (Dövlət sifarişli qəbul olanlar da daxil olmaqla),
2. Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır
“AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN, MÜSTƏQİLLİYİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARI:
1. Valideynin və tələbənin (magistrantın) şəxsiyyət vəsiqəsinin surəti;
2. Valideynin əlillik vəsiqəsinin surəti;
3. Şəhər və ya rayon DSMF – dan arayış;
4. Tələbənin doğum haqqında şəhadətnaməsi
5. Rektorun adına ərizə
Qeyd:
1. Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır
Şəhid ailələri üçün tələb olunan sənədlər :
1. Valideynin və tələbənin (magistrantın) şəxsiyyət vəsiqəsinin surəti;
2. Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
3. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti
4. Ailə tərkibi haqqında arayış
5. Şəhid yoldaşları nigah şəhadətnaməsinin surəti
Qeyd:
1.Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır
Müharibə veteranı üçün tələb olunan sədənlər:
1. Tələbənin (magistrantın) şəxsiyyət vəsiqəsinin surəti;
2. Müharibə vetarını vəsiqəsinin surəti;
3. Vəsiqəni verən orqandan arayış;
4. Rektorun adına ərizə
Qeyd:
1. Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır
BAKALAVRİAT VƏ MAGİSTRATURA TƏHSİL SƏVİYYƏLƏRİNƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUNAN SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞINADƏK UŞAQLAR, HABELƏ I VƏ II DƏRƏCƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏR:
1. Şəxsiyyət vəsiqəsi (surəti);
2. Tələbənin (magistrantın) əlilik vəsiqəsi (surəti)
3. Şəhər və ya rayon DSMF – dan arayış;
4. Rektorun adına ərizə
Qeyd:
1. Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır