Mərkəzin məqsədləri və fəaliyyət istiqamətləri:
1. Mərkəzin məqsədləri:
2. Mərkəzin fəaliyyət istiqamətləri:
2.1. Məlumatlandırma: Muxtar respublikada və universitetdə açılan imkanlar haqqında tələbələri məlumatlandırmaq və yeni qəbul olan tələbələrlə psixoloji söhbətlər aparmaq;
2.2. Psixo-təhsil: Tələbələrin şəxsi, sosial və təhsil səriştələrini artırmaq üçün təhlükəsizlik, effektiv iş, qərar qəbul etmə, narahatlıq və stresslə mübarizə, şəxsiyyətlərarası ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi və bu kimi mövzularda qruplarla qrup işinin aparılması.
2.3. Məsləhətləşmələrin monitorinqi və qiymətləndirilməsi: Mərkəzdə təklif olunan xidmətlərin effektivliyini qiymətləndirmək üçün monitorinq və qiymətləndirmə xidmətlərini həyata keçirmək və lazım gəldikdə konsultasiya araşdırmaları aparmaq;
2.4. Psixoloji konsultasiya: Mərkəzdə çalışan psixoloji məsləhətçilər tərəfindən tələbələrə fərdi və qrup şəklində məsləhət xidmətlərinin göstərilməsi;
2.5. Həmyaşıdlarla məsləhətləşmə üzrə təlim proqramının hazırlanması və həyata keçirilməsi;
2.6. Mərkəzdə çalışan əməkdaşların ixtisaslarının artırılması üçün konfranslarda, kurslarda, seminarlarda və bu kimi tədbirlərdə iştirakına dəstək vermək.
2.7. Mərkəz işçilərinə nəzarət: Mərkəzdə çalışan mütəxəssislərin öz sahələrində mütəxəssis olan pedaqoq və psixoloqların nəzarəti altında təhsillərini həyata keçirmələrini təmin etmək;
2.8. Təcrübə təhsili: Psixoloji sahə üzrə təhsil alan bakalavr, magistr və doktorantura tələbələrinin ixtisaslı alimlərin nəzarəti altında fərdi və qrup halında təcrübə keçməsinə şərait yaratmaq;