Elmi fəaliyyətin təşkili və təhlili şöbəsi

Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin strukturu

Struktur

Elmi fəaliyyətin təşkili və təhlili şöbəsinin Əsasnaməsi

Əsasnamə





Elmi fəaliyyətin təşkili və təhlili şöbəsi Dissertasiya şuraları

Dissertasiya şuraları

Elmi fəaliyyətin təşkili və təhlili şöbəsi Elmi-tədqiqat strategiyası

Elmi-tədqiqat strategiyası

 

Elmi fəaliyyətin təşkili və təhlili şöbəsi Naxçıvan Dövlət Universiteti Elmi şurasının 22 sentyabr 2023-cü il tarixli iclasının 02 saylı protokolu və Naxçıvan Dövlət Universiteti rektorunun 30 sentyabr 2023-cü il tarixli 2153 nömrəli əmri əsasında yaradılmışdır. Şöbə universitetdə yerinə yetirilən Elmi Tədqiqat İşlərinin hazırlanması, istiqamətlənməsi, hesabatlılığının təmin olunması, müxtəlif səpkili elmi tədbirlərin, beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və konqreslərin hazırlanması, təşkili və materiallarının nəşrini həyata keçirir. Həmçinin Elmi fəaliyyətin təşkil və təhlili şöbəsi Universitetin “Elmi əsərlər” jurnalının nəşrinə nəzarət edir, elmi sahədə stimullaşdırıcı tədbirlər, layihələrin həyata keçirilməsinə bilavasitə cavabdehlik daşıyır. Universitetdə kadr hazırlığında rol oynayan şöbə aparılan tədqiqatların nəticəsi olan dissertasiya müzakirələrinin keçirilməsini təmin edir, eləcə də universitetdə fəaliyyət göstərən daimi və birdəfəlik dissertasiya şuralarının, şuraların tərkibində elmi seminar şuraların fəaliyyətinin təşkili və tənzimlənməsi işini də icra edir.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

-Elmi Tədqiqat işlərinin hazırlanması, hesabatlılığını təmin etmək;

-Fəaliyyət planına uyğun olaraq universitetdə keçirilən elmi tədbirlər, beynəlxalq və respublika səviyyəli konfransları təşkil etmək, materiallarının nəşrini təmin etmək;

- “Elmi əsərlər” jurnalının nəşrinin davamlılığını təmin etmək;

-Universitetdə fəaliyyət göstərən dissertasiya şuralarının fəaliyyətini təmin və təşkil etmək.