Universitetdə tələbələrlə işin sistemliliyini təmin etmək məqsədi ilə müstəqil struktur kimi yaradılan Tələbələrlə iş və tədbirlərin təşkili bölməsinin məqsədi tələbələrin bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, dəyirmi masalar, konfranslar, seminarlar, iclaslar və sosial-mədəni tədbirlər təşkil etməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının tələblərinə uyğun olaraq universitetdaxili və universitetdən kənar mədəni-kütləvi tədbirlər həyata keçirir. Tələbələrlə işin qurulmasına dəstək olur, təhsil sahəsində və beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurların təbliğini təmin edir.
Naxçıvan Dövlət Universitetində tədbirlərin təşkilində pərakəndəlik və qeyri-peşəkarlığın aradan qaldırılması, seçilmiş repertuara və tədbirlərin müddətinə nəzarətin təmin edilməsi həmçinin beynəlxalq və yerli tədbir və sərgilərin təşkilini həyata keçirilməsi, QHT-lər ilə işin təşkili bölmənin əsas gördüyü işlərdəndir.
Tələbələrlə iş, respublikada keçirilən layihə, tədbir, konfrans və festivallarda tələbələrin hazırlanması və onların iştirakını təşkil etmək bölmənin istiqamət sahələrindən biridir.
Bölmənin fəaliyyət istiqamətləri:
1. Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının Prezidentinin sərəncam və fərmanlarının həyata keçirilməsinə dəstək olmaq;
2. NDU-nun ictimai həyatının təmin edilməsi, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi, tələbələrin asudə vaxtlarının düzgün qiymətləndirilməsinə dəstək olmaq, milli və dövlət bayramlarının qeyd olunması;
3. Tələbələr arasında dövlətçilik və vətənpərvərlik prinsiplərinin təbliğinə uyğun tədbir və layihələrin keçirilməsi;
4. Dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində tədbir və layihələrin keçirilməsi;
5. NDU-da fəaliyyət göstərən ictimai təşkilatlar ilə qarşılıqlı əlaqələr və onların tənzimlənməsi;
6. Tələbələrlə daim görüşlərin keçirilməsi, onların sosial vəziyyəti və problemləri ilə maraqlanmaq və lazımi tədbirlərin həyata keçirilməsi;
7. NDU-nu yerli və beynəlxalq mədəni-kütləvi tədbir və layihələrdə təmsil etmək.
Bölmənin strukturu.
Bölmənin strukturuna aşağıdakı vəzifələr daxildir:
- Bölmə müdiri
- Baş İnspektor
- İnspektor
Tələbələrlə iş və tədbirlərin təşkili bölməsinin əməkdaşları haqqında məlumat
Müdir: Hüseyn İmanov - “Meliorasiya və Ekologiya Mühəndisliyi” kafedrasının müəllimi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Baş İnspektor:
İnspektor:
Telefon: (+99436) 544-08-61
Email: tedbir@ndu.edu.az