PEDAQOJİ FAKÜLTƏ
FAKÜLTƏ HAQQINDA
Pedaqoji fakültə 1984-cü ilin sentyabr ayında təşkil olunmuş, “İbtidai təhsil və məktəbəqədər tərbiyə” fakültəsinin bazası əsasında 1996-cı ildə yaradılmışdır.
Pedaqoji fakültənin binası 2012-ci ilin sentyabr ayında bir mərtəbə də artırılaraq tam yenidən təmir olunub istifadəyə verilmişdir.
Fakültədə üç ixtisas üzrə müəllim kadrları hazırlanır.
Fakültədə 1 görüntülü otaq, 5 proektor otağı, 1 elektron imtahan otağı (29 komputer) tələbələrin istifadəsindədir.
“Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisasına tələbə qəbulu 1994-cü ildən bu günədək davam edir və mülki-müdafiə çağırışaqədərki hazırlığın tədrisi metodikası kabinələri fəaliyyət göstərir. Bundan əlavə bu ixtisas üçün açıq şəraitdə sıra təlimi dərslərini tədris etmək üçün yeni təlim meydanı, Atıcılıq dərslərini yüksək səviyyədə keçmək üçün isə yeni atıcılıq otağı da tələbələrin istifadəsinə verilmişdir.
“Texnologiya müəllimliyi” ixtisasına tələbə qəbulu 2012-ci il tarixdən aparılır. Hazırda bu ixtisasın fakültədə yetərincə maddi texniki bazası var. Belə ki, “Ağac və metal məmulatlarının hazırlanması texnologiyası” labarotoriyası, “Tikiş praktikumu”, “Toxuculuq kabinəsi”, “Kulinariya”, “Xalçaçılıq”, “Dekorativ təsviri sənət kabinəsi” və “Məişət adət ənənələri və milli geyim kabinəsi” yüksək avadanlıqlarla təchiz olunub tələbələrin istifadəsindədir.
“Bədən tərbiyəsi və idman” ixtisasına tələbə qəbulu 2000-ci il tarixdən 2020-ci il tarixədək aparılmış. 2020-ci ildən isə “Məşqçilik” ixtisası kimi davam etdirilir.
Fakültəmizin idman ixtisasları üçün də maddi texniki imkanlarımız böyükdür.
2009-cu ildə böyük və bütün imkanlara malik olan idman kompleksi tikilib idmançıların ixtiyarına verilib. Burada Voleybol, Bosketbol, Badminton, Stolüstü tennis, Güləş zalı, Boks meydançası, Trinojor otağı fəaliyyət göstərir. Bundan əlavə fakültə və universitet idmançılarının ixtiyarında 1 böyük futbol və mini futbol meydançaları da vardır.
Fakültədə “Məktəb tarixi” kabinəsi, “İdman muzeyi”, “Əl işləri” muzeyi də fəaliyyət göstərir.
Yuxarıda göstərilən kabinə, muzey, labolatoriyalardan başqa kompyuterlərlə təmin olunmuş 16 tədris auditoriyasıda tələbələrimizin xidmətindədir.
Fakültə dekanı: pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Heydər oğlu Əliyev
Dekan müavini: İnci Azər qızı Adilzadə
Akademik məsləhətçi (tyutor): Nəcməddin Bayram oğlu Cəfərov
Akademik məsləhətçi (tyutor): Nubar Təmiraz qızı Səfərli
Kompüter operatoru: Xavər Ələkbər qızı Yusifova
Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:
Məşqçilik (əyani və qiyabi şöbələr)
Fiziki tərbiyə və çağırışaqərki hazırlıq müəllimliyi
Texnologiya müəllimliyi
Faklütənin tərkibində aşağıdakı kafedralar fəaliyyət göstərir:
Pedaqogika və psixologiya
Texnologiya
Məşqçilik
Çağırışaqədərki hazırlıq və Mülki müdafiə
PEDAQOGİKA VƏ PSİXOLOGİYA KAFEDRASI
“Pedaqogika və psixologiya” kafedrası 22 sentyabr 1970-ci il tarixdə yaranmışdır. “Pedaqogika və psixologiya” kafedrası yarandığı dövrdən universitetin ictimai-siyasi, elmi-pedaqoji həyatında mühüm rol oynamış, təlim-tərbiyə işlərinin əhəmiyyətli iştirakçısı olmuşdur. Tədris işinin yüksək səviyyədə qurulması, tələbələrin ixtisaslı müəllim kadrları kimi hazırlanması onların yetkin vətəndaş kimi formalaşması və digər xüsusi əhəmiyyət kəsb edən məsələlər kafedranın başlıca funksiyası, ümdə vəzifələri kimi həmişə diqqətdə saxlanılmış gələcək müəllimlərin pedaqoji-psixoloji hazırlığının möhkəmləndirilməsi məqsədi ilə mühazirə və seminar məşğələlərinin dövrün tələblərinə uyğun yüksək səviyədə qurulmasına, elmin konfrans, simpozium, təlim, forum və vebinarların keçirilməsinə ciddi fikir verilmişdir.
Kafedra müdiri: Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Fərman oğlu Xəlilov
Laborant: Tünzalə Rəşid qızı Əliyeva
Pedaqogika və psixologiya kafedrasının nəzdində “Məktəb tarixi” kabinəsi də fəaliyyət göstərir.
Kabinə müdiri: Kübra Ramiz qızı Quliyeva
Kafedranın missiyası: Ümumbəşəri dəyərləri mənimsəyən, milli ruhda yetişən və hərtərəfli inkişaf edən peşəkar kadrların hazırlanması.
Kafedranın vizyonu: Daim inkişaf edən, təkmilləşən və yenilikçi kafedra olaraq regionun təhsil məkanında lider kafedraya çevrilmək.
Dəyərlər:
– İnnovativlik;
– Yaradıcılıq;
– Mükəmməllik;
– Milli-mənəvi dəyərlərə bağlılıq.
Hədəflərimiz:
– Yüksək səviyədə təlimlər keçirilməsi;
– Elmi-texnoloji məsələləri anlamaq üçün zəruri olan əsas konsepsiyaların mənimsənilməsinə imkan verən təhsil proqramlarının hazırlanması və tətbiq edilməsi;
– Problem həll etmə, təcrübə və arşdırmaya əsaslanan tədris metodlarından istifadə edilməsi;
– Araşdırma və təcrübə ilə zəngin elmi ətraf mühitin yaradılması və inkişaf etdirilməsi.
“Pedaqogika və psixologiya” kafedrasında 12 nəfər professor-müəllim heyəti və 2 nəfər tədrisə köməkçi heyət çalışır. Onlardan 11 nəfəri fəlsəfə doktoru (1 nəfəri professor, 6 nəfəri dosent, 3 nəfəri baş müəllim, 1 nəfəri müəllim), 1 nəfəri baş müəllim, 1 nəfəri laborant, 1 nəfəri isə kabinə müdiridir.
Adı və Soyadı Akademik Ünvanı
1 Taleh Xəlilov Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
2 Vəli Əliyev Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
3 Gültac Əliyeva Psixologiya üzrə fəlsəfə doktoru, professor
4 Vahid Rzayev Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
5 Salatın Hacıyeva Psixologiya üzrə fəlsəfə doktoru, dosent
6 Nəzakət Yusifova Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
7 Sevda Kərimova Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim
8 Sevinc Orucova Psixologiya üzrə fəlsəfə doktoru, dosent
9 Mehparə Əhmədova Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim
10 Quliyev Çapay Qadir oğlu Psixologiya üzrə fəlsəfə doktoru, müəllim
11 Solmaz Bayramova Baş müəllim
12 Solmaz Cabbarova Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim
13 Tünzalə Əliyeva Laborant
14 Kübra Quliyeva Kabinə müdiri
Texnologİya kafedrası
1995-ci ildə Naxçıvan Dövlət Universitetində Fənlərin tədrisi metodikası kafedrası yaradılmışdır. 2012-cü ildən kafedranın adı deyişilərək “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrası adlandırılmışdır. Hal-hazırda həmin kafedrada 5 nəfər müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 1 nəfər dosent, 2 nəfər fəlsəfə doktoru, 2 nəfər baş müəllim, 1 nəfər müəllim, 1nəfər 0,5 ştat müəllimdir.
Naxçıvan Dövlət Universitetin rektorunun əmri ilə Filologiya üzrə fəlsəfə doktoru, dosent Quliyeva Mətanət Həsənqulu qızı 2019-cu ilin mart ayından etibarən “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir. Kafedranın adı 2024-cü ildə dəyişdirilərək “Texnologiya” kafedrası olmuşdur.
Kafedranın tərkib hissəsi
1. Quliyeva Mətanət Həsənqulu qızı – Filologiya üzrə fəlsəfə doktoru, dosent
2. Quliyev Nizami Zülfəli oğlu – Riyaziyyat üzrə fəlsəfə doktoru
3. Tağıyeva Rəsmiyyə Hüseyn qızı – Müəllim
4. Adilzadə İnci Azər qızı – 0,5 ştat müəllim(Dekan müavini)
5. Sadıxova Yeganə Yunis qızı- Kabinə müdiri
6. Cəfərova Vüsalə Fəxrəddin qızı- Kabinə müdiri
7. Yasinova Qumral Adil qızı - Preparator
8. Əliyeva Nigar Tofiq qızı- Preparator
9. Qasımova Fidan Fərrux-Paltarsaxlayan
10. Hümbətova Həcər Mahmud qızı - Preparator
Məşqçilik KAFEDRASI
Naxçıvan Dövlət Universitetinin (Naxçıvan Dövlət Pedaqoji İnstitutu) 1967- ci ildə fəaliyyətə başlamışdır. Bu zaman bir Bədən tərbiyə müəllimi olmuşdur. 1972-ci ildə noyabr ayının 1-də “Mülkü Müdafiə və Bədən tərbiyə” kafedrası yaradılmış və Hüseynov Xalid Lətif oğlu müdir təyin olunmuşdur. 1979-cu ildə Bədən tərbiyəsi və idman kafedrasına Bağırov İsrafil Məmmədəli oğlu müəllim təyin edilmişdur. Həmin dövrdən dövlət proqramı əsasında, məcburi dərs formasında keçirilən bədən tərbiyəsi dərsləri ilə yanaşı filial direktorluğunun 01 oktyabr 1970-ci il tarixli əmrinə əsasən filialda stolüstü tennis, futbol, basketbol, voleybol, gimnastika üzrə dərsdənkənar məşğələlər təşkil edilmişdir. Bu məşğələlərə rəhbərlik Hüseynov Xalid Lətif oğlu və Bağırov İsrafil Məmmədəli oğlu rəhbərllik etmişdir. 1986- cı ildən Məmmədov Nizami İmaməli oğlu Bədən tərbiyəsi və idman kafedrasının müdiri işləmişdir. 2000-ci ildən Rəhimov Məmmədəli Həmzə oğlu Fiziki tərbiyə və idman oyunları kafedrasına, Kazımov İntiqam Hacı oğlu isə Bədən tərbiyəsi və idman kafedrasına müdir təyin edilmişdir. Sonra isə kafedralar Bədən tərbiyəsi və idman kafedrası adı altında birləşdirilmiş, haliyyədə həmin kafedraya Tağıyev Əvəz Zeynalabdın oğlu rəhbərlik edir.
Naxçıvan Dövlət Universitetinin rektorunun əmri ilə Bədən tərbiyəsi və idman kafedrasına Tağıyev Əvəz Zeynalabdın oğlu 2016 -cı ilin iyun ayından etibarən “ Bədən tərbiyəsi və idman” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir. Kafedranın adı 2024-cü ildən dəyişdirilərək “Məşqçilik” olmuşdur
|
Adı və Soyadı |
Akademik Ünvanı |
1 |
Dosent |
|
2 |
Pedaqogika üzrə fəlsəfə doktoru, professor |
|
3 |
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent |
|
4 |
Dosent |
|
5 |
Dosent |
|
6 |
Dosent |
|
7 |
Baş müəllim |
|
8 |
Baş müəllim |
|
9 |
Baş müəllim |
|
10 |
Baş müəllim |
|
11 |
Həsənov Turan Məmməd oğlu |
Müəllim |
12 |
Məmişova Gilə Nəsrəddin qızı |
Laborant |
Naxçıvan Dövlət Universiteti (Naxçıvan Dövlət Pedaqoji İnstitutu) 1967- ci ildə fəaliyyətə başlamışdır. 1972-ci ildə noyabr ayının 1-də Naxçıvan Pedaqoji İnstitutunun elmi şurasının qərarı ilə “Mülkü Müdafiə və Bədən tərbiyəsi” kafedrası yaradılmış və Hüseynov Xalid Lətif oğlu müdir təyin olunmuşdur. Ondan sonra isə 1994- cü ilə kimi Həsən Bayramov Mülki müdafiə kafedrasına rəhbərlik etmişdir. Həsən Bayramovdan sonra kafedra müdiri Xəqani həkim, Mehman Allahverdiyev, Cavanşir Zeynallı və 2007 ci ilin noyabr ayından Dosent Rzayev Oktay Rza oğlu, 2023-cı ilin iyun ayından Dosent Əlixanov Valeh Məmməd oğlu kafedraya rəhbərlik edir. Həmin dövrdən dövlət proqramı əsasında, məcburi dərs formasında keçirilən Mülki müdafiə və Tibbi biliklərin əsasları fənləri kafedrada tədris olunur.
Naxçıvan Dövlət Universiteti rektorunun əmri ilə Çağırışaqədərki hazırlıq və Mülki müdafiə kafedrasına 2023-cı ilin iyun ayından Dosent Əlixanov Valeh Məmməd oğlu rəhbərlik edir.
|
Adı və Soyadı |
Akademik Ünvanı |
1 |
Kafedra müdiri, Dosent |
|
2 |
Baş müəllim |
|
3 |
Baş müəllim |
|
4 |
Baş müəllim |
|
5 |
Dosent |
|
6 |
Baş müəllim |
|
7 |
Talıbova Lalə Vahid qızı |
Müəllim |
8 |
Laborant |
Elmi Şura
Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Elmi Şurası 1984-cü ildə fəaliyyətə başlamışdır. Şura hər tədris ilinin başlanğıcında rektorun müvafiq əmri ilə fakültə şurasının iş planı təsdiq olunur.
Fakültə Şurasının iclasları ildə 11 dəfə olmaqla hər ay üzvlərin iştirakı ilə iclaslarını vaxtı-vaxtında keçirir. Şuranın ildə 2 dəfə də genişləndirilmiş iclası keçirilir. Bu iclaslarda iş planına uyğun olaraq gündəlikdəki məsələlər müzakirə olunur və qərar qəbul edilir.
Pedaqoji fakültənin Elmi şurasının üzvlərinin Tərkibi:
№ |
Adı, soyadı və ata adı |
Elmi dərəcəsi, elmi adı və vəzifəsi |
1.Əliyev Vəli Heydər oğlu – Fakültə decani, “Pedaqogika və psixologiya” kafedrasının dosenti,
pedaqogika üzrə fəlsəfə doktoru, Sədr
2.Adilzadə İnci Azər qızı – “Texnologiya” kafedrasının 0,5 ştat
müəllimi, Tədris işlər üzrə dekan müavini, sədr müavini
3. Cəfərov Nəcməddin Bayram oğlu –Pedaqoji fakültənin akademik məsləhətçisi, Elmi katib
4. Xəlilov Taleh Fərman oğlu - Pedaqogika və psixologiya kafedrasının müdiri
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Üzv
5. Quliyeva Mətanət Həsənqulu qızı – “Texnologiya” kafedrasının müdiri, Filologiya üzrə fəlsəfə
doktoru, dosent,Üzv
6. Tağıyev Əvəz Zeynalabdin oğlu – “Məşqçilik” kafedrasının müdiri, dosent Naxçıvan
Muxtar Respublikasının Əməkdar Bədən tərbiyəsi və idman xadimi,Üzv
7. Əlixanov Valeh Məmməd oğlu – Çağırışaqədərki hazırlıq və Mülki Müdafiə kafedrasının
müdiri, dosent Üzv
8. Mahmudov Murad Pərviz oğlu - Texnologiya müəllimliyi ixtisası üzrə III kurs
tələbəsi, Fakültə Tələbə Elmi Cəmiyyətinin Sədri- Üzv
Seçki əsasında üzv olanlar
1. Rzayev Oktay Rza oğlu – Çağırışaqədərki hazırlıq və Mülki Müdafiə kafedrasının dosenti, Üzv
2. Salmanov Vidadi Kərim oğlu - Çağırışaqədərki hazırlıq və Mülki Müdafiə kafedrasının baş
müəllimi, Fakültə Müəllim Həmkərlar Təşkilatının Sədri, Üzv
3. Əhmədova Mehparə Kamran qızı - “Pedaqogika və psixologiya” kafedrasının müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru, Gənc Müəllimlər Təşkilatının Sədri, Üzv
4. Bayramova Solmaz Musa qızı - Xanım Qızlar Təşkilatının Sədri, Üzv
5. Talverdiyev Ramiz Ceyhun oğlu- Məşqçilik ixtisası ixtisası üzrə II kurs tələbəsi, üzv
6.Fakültə Tələbə Gənclər Təşkilatının sədri, Üzv
7. Fakültə Tələbə Həmkarlar Təşkilatının Sədri, üzv
9. Fakültə Tələbə İdman Şurasının Sədri, üzv