“Naxçıvan Dövlət Universiteti Xəstəxanası Publik Hüquqi Şəxsin” nəzdində yaradılan “Ürək və qan təzyiqi xəstəliklərinin araşdırma, təlim tədris” mərkəzi Naxçıvan Dövlət Univeritetinin Elmi Şurasının 08 iyul 2022-ci il tarixli iclasının 13 № -li Qərarı və universitet rektorunun 06a №-li əmrinə əsasən yaranmışdır.
Mərkəzin əsas funksiyası tədris tə təlim proseslərində əyani vaitələrdən istifadə edərək xəstəlikləri vaxtında aşkarlamaqdır. . Mərkəzdə uzun mddətli elmi -tədqiqat xarakterli işlərin aparılması həmçinin tələbələrin də iştirakını təmin edən struktur formalaşıb. Beləki kütləvi olaraq tələbələr və xəstə kontingentləri arasında mütəmadi olaraq qan təzyiqinin monitorinqi aparılı. Xəstələr riqsk faktorlarına görə klassifikasiya olunaraq bölgü aparılır. Mərkəzin nəzdində:
• EKQ müayinəsi
• EXO müayinəsi
• Holter müayinəsi
• Tredmil müayinəsi
• Stress EXO
• Arterial təzyiqin monitorinqi
• Lipid spektrinin analizi
• Risk faktorlarının qiymətləndirilməsi • Spirometriya müayinəsi
Bütün Dünyada artma tendensiyası göstərərək hətta gənc yaşlkarda belə ciddi fəsadlarla nəticələnən ürək damar xəstəliklərinin vaxtında müayinə olunması çox vacib hesab edilir.Bu sahədə beynəlxalq təcrübə, standartlara əsaslanaraq insanlar arasında risk faktorlarının aşkara çıxarılması və vaxtında müdaxilə olunması həyatı xilas edir. Xüsusilə gənclərə zərərli vərdişlərdən uzaq durulmağı, mütəmadi tibbi müayinələrdən keçmənin faydaları izah edilir.
• İnsanlar arasında yayılmış ürək və qan damar xəstəliklərinin müayinəsi
• Gənclərdə zərərli vərdişlərin aşkar olunmnası
• Risk faktorlarının qiyməıtləndirilməsi
• Ciddi hesab eilən insanların mütəmadi müayinəyə cəlb olunması
• Tələbələr arasında birincili təzyiqin aşkar edilməsi
• Artıq çəkinin ürək qan damar sisteminə mənfi təsirini araşdırmaq
• Bu sahədə tələbələrlə birlikdə tələbə elmi cəmiyyəti üçün tədqiqat xarakterli materialların toplanılması • İllik hesabat hazırlamaq
1. EXO cihazı
2. EKQ cihazi
3. Holter cihazi
4. Tredmil cihazı
5. Spirometriya
• Professor Yasin Babayev- Naxçıvan Dövlət Universiteti Kimya kafedrasının rofessoru
• Dosent Şəmil Mahmudov –Naxçıvan Dövlət Universiteti Kimya kafedrasının müdiri
• Pərvin Quliyev- Naxçıvan Dövlət Universiteti Kimya kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru
• Hüseyn İmanov- Naxçıvan Dövlət Universiteti Kimya kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru