Bakalavriat
Təqdim olunan formanı dolduraraq öz sualınızı göndərə bilərsiniz
Ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər.
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.
Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.
Müsabiqədə iştirak ödənişlidir.
Qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30, riyaziyyat fənnindən 25, olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.
Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri iki il qüvvədə olur və cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, bir il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsili müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.
Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları - bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür. İxtisas qrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları aşağıdakı kimi müəyyən edilmişdir:
I ixtisas qrupunun RK altqrupu – riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1);
I ixtisas qrupunun Rİ altqrupu – riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1);
II ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5), coğrafiya (nisbi əmsal:1,5) və tarix (nisbi əmsal:1);
III ixtisas qrupunun DT altqrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1);
III ixtisas qrupunun TC altqrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), coğrafiya (nisbi əmsal:1,5) və tarix (nisbi əmsal:1);
IV ixtisas qrupu – biologiya (nisbi əmsal:1,5), kimya (nisbi əmsal:1,5) və fizika (nisbi əmsal:1);
V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə birinci mərhələnin (buraxılış imtahanının) nəticələrinə əsasən iştirak edirlər.
III ixtisas qrupunun DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər “Coğrafiya” fənni üzrə imtahanda iştirak etmək üçün müvafiq qaydada əlavə ödəniş edirlər.
Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır.
Qabiliyyət imtahanları
Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağıdakı 6 istiqamətə daxildir.
1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq
4. Teatr, kino və xoreoqrafiya sənəti
5. Bədən tərbiyəsi və idman
6. Jurnalistika
Ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Teatr, kino və xoreoqrafiya sənəti, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası I ixtisas qrupuna daxildir.
V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.
I ixtisas qrupuna daxil olan memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər əvvəlcə ümumi qaydada keçirilən test imtahanında iştirak edirlər. Həmin imtahanın nəticələrinə əsasən qabiliyyət imtahanlarında iştirak edirlər.
Jurnalistika istiqamətinin ixtisası isə III ixtisas qrupuna daxildir. Jurnalistika ixtisası üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər əvvəlcə ümumi qaydada keçirilən test imtahanında iştirak edirlər. Test imtahanının nəticəsindən asılı olaraq qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Qabiliyyət imtahanından məqbul qiymət alan abituriyent bu ixtisas üzrə müsabiqədə iştirak edə bilir.
Bundan əlavə, heç bir istiqamətə daxil olmayan, qəbul üçün xüsusi tələblərin qoyulduğu islamşünaslıq ixtisası da III ixtisas qrupuna daxildir. İslamşünaslıq ixtisası üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent əvvəlcə III ixtisas qrupu üzrə qəbul imtahanı verir, müsabiqə şərtini ödədiyi təqdirdə Dini-Psixoloji Komissiyada müsahibədə iştirak edir. Müsahibədən məqbul qiymət alan abituriyent islamşünaslıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanır.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında iştirak edirlər. Topladıqları ümumi balları DİM tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər müvafiq qabiliyyət imtahanı komissiyaları üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar.
Abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək (cari ilin abituriyenti isə buraxılış imtahanında iştirak edərək) xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I, II, III və ya IV ixtisas qruplarından biri (və ya ikisi) üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilər. Bundan əlavə abituriyent V ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən (cari ilin abituriyenti isə buraxılış imtahanının nəticələrinə əsasən) orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.
Ali təhsil müəssisələrinə keçirilən qabiliyyət imtahanları haqqında ərtaflı məlumat “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilir.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağıdakı 4 istiqamətə daxildir.
– Təsviri sənət
– Musiqi sənəti
– Teatr, kino və xoreoqrafiya sənəti
– Bədən tərbiyəsi və idman
Orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında iştirak edirlər. Topladıqları ümumi balları DİM tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər müvafiq komissiyalar üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və qəbul planı haqqında məlumat “Abituriyent” jurnallarının müvafiq saylarında verilir.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağdakı 4 istiqamətə daxildir.
– Təsviri sənət
– Musiqi sənəti
– Teatr, kino və xoreoqrafiya sənəti
– Bədən tərbiyəsi və idman
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında iştirak edirlər. Topladıqları ümumi balları DİM tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər müvafiq komissiyalar üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və qəbul planı haqqında məlumat “Abituriyent” jurnallarının müvafiq saylarında verilir.
Magistratura
Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər ixtisas seçimində iştirak etmək imkanı əldə edirlər.
Hər il magistratura səviyyəsinə qəbul imtahanlarına hazırlıq məqsədi ilə ali təhsil müəssisələrinin ixtisaslaşmalarının tədris planları təhlil olunur və onların klasterləşdirilməsi aparılır. Müəyyən edilmiş hər bir ixtisaslaşma istiqaməti üzrə qəbul proqramları hazırlanır, test tapşırıqları tərtib edilir və qapalı şəraitdə onların ekspertizası keçirilir. Qəbul proqramları “Magistr” jurnalında çap edilərək bakalavrların istifadəsinə verilir. İmtahanların məzmununu təşkil edən bütün bu materialları DİM-in mütəxəssislərinin təşkilatçılığı ilə respublikanın ali təhsil müəssisələrinin müvafiq ixtisas kafedralarının professor-müəllim heyəti hazırlayır.
Qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları” ilə tənzimlənir. Qaydalara əsasən, magistratura səviyyəsinə qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər malikdirlər.
Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dili bilmə səviyyələri test üsulu ilə yoxlanılır. İmtahanda bakalavrlara mәntiqi tәfәkkürün yoxlanılması üçün 50 (o cümlәdәn açıq tipli 5), İnformatika üzrә 25 (o cümlәdәn açıq tipli 5) test tapşırığı, Xarici dil üzrә isә 20 (o cümlәdәn açıq tipli 2) test tapşırığı vә yazı işi (esse) yerinә yetirmәk üçün mövzu təqdim olunur. İmtahan suallarının cavablandırılmasına 3 saat 30 dəqiqə vaxt ayrılır.
İmtahanda bakalavrın hәr bir test tapşırığına düzgün cavabı bir balla qiymәtlәndirilir, sәhv cavablar düzgün cavabların nәticәsinә tәsir göstәrmir, esse maksimum 5 balla qiymәtlәndirilir. Belәliklә, imtahanda әldә oluna bilәn maksimal nәticә 100 baldır.
Müsabiqəyə qəbul imtahanında topladıqları balı DİM tərəfindən müəyyən olunan şərtləri ödəyən bakalavrlar buraxılırlar.
Bakalavrlar müəyyən olunmuş tarixdə seçdikləri ixtisaslaşmaları istədikləri ardıcıllıqla öz elektron ərizə formasına daxil edib, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiklərini qeyd edib və təsdiqləyirlər.
Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbul qaydaları
Qəbul qaydaları və tələb olunan sənədlər.
Universitetə qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun aparılır.
Əcnəbi vətəndaşlar Naxçıvan Dövlət Universitetində təhsil almaq üçün tələb olunan sənədləri elektron formada portal.edu.az veb səhifəsi üzərindən təqdim etməlidirlər. Sənədlərə müvafiq komissiya tərəfindən baxıldıqdan sonra namizədlər üz-üzə müsahibəyə dəvət edilir.
Viza tələb olunan ölkələrdən müraciət edən namizədlər üçün isə müsahibə online formada aparıla bilər
Müsahibənin keçirilmə yeri və vaxtı Universitet tərəfindən müəyyən edilir və bu barədə məlumatları özündə əks etdirən qrafik və namizədin ad,soyad, və ata adı müsahibəyə azı 3 gün qalmış www.ndu.ed.az saytına yerləşdirilir, yaxud portal və e-mail üzərindən məktub göndərilir.
Namizəd şəxsiyyətini təsdiq edən sənədi və ya qanunla müəyyən edilmiş qaydada ona bərabər tutulan sənədi təqdim etməklə, müsahibədə iştirak edir.
Hər namizədə 15 ( on beş) dəqiqə vaxt ayrılır.
Müsahibənin nəticəsinə dair namizədin e-mail ünvanına arayış göndərilir.
Qiymətləndirmə meyarları:
Dil bilikləri
Bilik səviyyəsi- (ixtisasa dair nəzəri biliklər, müsahibə proqramı üzrə ümumi bilikləri, informasiya texnologiyaları üzrə biliklər)
Qəbul üçün tələb olunan sənədlər:
Qeyd: