Naxçıvan Dövlət Universitetinin “Karyera, təcrübə və Məzunlarla İş Sektoru” universitetin struktur bölməsidir. “Karyera, Təcrübə və Məzunlarla İş Sektoru” NDU rektorunun 3 aprel 2023-cü il tarixli, 1584 saylı əmri ilə tələbələrin müvafiq təhsil proqramının tərkib hissəsi olan ixtisas təcrübələrinin təşkilinin, keçirilməsinin, yekunlaşdırılmasının təşkili, bundan əlavə təhsil alanların bilik, bacarıq və vərdişlərinin artırılması, təkmilləşdirilməsi, peşə hazırlıqlarının yüksəldilməsi istiqamətində, onları peşəkar fəaliyyətə hazırlamağa, gələcək iş fəaliyyətlərində onlar üçün zəruri olan işlərin həllinə, onların gələcəkdə uğurlu karyera qurmalarına, karyera planlaşdırılmasına dəstək olmaq üçün, həmçinin universitetin öz məzunları ilə daim əlaqədə olması və əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaradılmışdır.
Karyera, təcrübə və məzunlara iş sektoru öz vəzifələrini həyata keçirərkən NDU-nun strukturuna daxil olan dekanlıqlar, kafedralar, şöbələr və bölmələrlə, həmçinin universitet adından dövlət müəssiələri, özəl müəssisələr, digər nüfuzlu yerli və beynəlxalq təşkilatlar və şirkətlərlə, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq etməyi nəzərdə tutur.
SEKTORUN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
Tələbələrin ixtisas təcrübələrinin təşkili, keçirilməsi və yekunlaşdırılması;
Tələbələrin praktiki təcrübələrini artırmaq, ixtisasları ilə bağlı məlumatlandırılması istiqamətində işlərin görülməsi;
Universitetlərin reytinqinin müəyyən edilməsində məzunların işə qəbul olunması əsas göstəricilərdən biri hesab olunduğundan bu istiqamətdə zəruri vəzifələrin həyata keçirilməsinin təmin edilməsi;
NDU-nun respublikamızın bölgələrində tanınması istiqamətində təbliğatların aparılması;
Tələbələrin, məzunların və əməkdaşların peşəkarlıqlarının artırılması məqsədilə onlara bilik, bacarıq və vərdişlərin artırılması və özünüinkişaf etdirlməsi yönündə dəstək göstərilməsi;
Tələbələrin əmək bazarında uğurlu və layiqli çıxış etmələrinə dəstək göstərilməsi;
Universitetin məzunları ilə daim əlaqədə olmaq və əlaqələrin inkişaf etdirilməsi;
Tələbələrin xarici ölkələrin universitetlərində təcrübələrinin təşkili;
Məzun bazasının yaradılması:
NDU-nu bitirən və uğurlu karyera quran, tanınmış, mütəxəssis kimi formalaşan məzunlarla tələbələrin görüşünü təşkil etmək:
Məzunların işlə təmin edilməsi məqsədilə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulmasının həyata keçirilməsi;
Tələbələrin tədqiqat işlərinin araşdırılması üçün müvafiq müəssisələrlə əlaqələrinin təmin edilməsi;
Tələbə təşkilatları ilə əməkdaşlıq edilməsi;
Tələbələrə karyera planlaması ilə bağlı məsləhətlərin verilməsinin təşkil edilməsi;
Əmək sərgiləri təşkil etmək, müəssisələrin vakansiya yerlərinin təqdimatının təşkil edilməsi;
Xarici universitetlərin və şirkətlərin bu sahədəki təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi;
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı ilə və ali təhsil müəssisələrinin karyera mərkəzləri ilə əməkdaşlıq;
KARYERA, TƏCRÜBƏ VƏ MƏZUNLARLA İŞ SEKTORUNUN ƏMƏKDAŞLARI HAQQINDA MƏLUMAT
Müdir:
Təcrübə rəhbəri: İsmayılov Asiman Rizvan oğlu
Mütəxəssis: Orucov Çingiz Aydın oğlu
Mütəxəssis: Şamil Əsgərov Əbülfəz oğlu
Telefon: (+99436) 544-08-61 (10-17)
E-mail: tecrube_mezun@ndu.edu.az
Naxçıvan Dövlət Universitetinin 2018-2022-ci illər üzrə cari məşğulluq vəziyyəti | ||
№ | İxtisasların adı | İxtisasa uyğun işləmə səviyyəsi (faizlə) |
1 | Aktyor sənəti | 71.67 |
2 | Azərbaycan dili və ədəbiyyatı müəllimliyi | 75.68 |
3 | Baytarlıq | 90.28 |
4 | Bədən tərbiyəsi və idman | 53.83 |
5 | Bəstəkarlıq | 71.43 |
6 | Beynəlxalq münasibətlər | 49.70 |
7 | Biologiya müəllimliyi | 80.82 |
8 | Coğrafiya müəllimliyi | 80.29 |
9 | Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi | 68.25 |
10 | Dermatovenerologiya | 100.00 |
11 | Dirijorluq | 79.17 |
12 | Dövlət və bələdiyyə idarəetməsi | 49.47 |
13 | Dünya iqtisadiyyatı | 67.60 |
14 | Əczaçılıq | 94.08 |
15 | Ekologiya mühəndisliyi | 53.21 |
16 | Elektroenergetika mühəndisliyi | 86.47 |
17 | Fizika müəllimliyi | 83.59 |
18 | Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə) müəllimliyi | 79.81 |
19 | Hüquqşünaslıq | 88.45 |
20 | İnformasiya texnologiyaları | 67.16 |
21 | İnstrumental ifaçılıq (fortepiano) | 88.64 |
22 | İnstrumental ifaçılıq (nəfəs alətləri) | 75.00 |
23 | İnstrumental ifaçılıq (simli alətlər) | 86.11 |
24 | İqtisadiyyat | 62.19 |
25 | Jurnalistika | 82.69 |
26 | Kardiologiya | 0.00 |
27 | Kimya müəllimliyi | 83.82 |
28 | Kitabxanaçılıq və informasiya | 66.67 |
29 | Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi | 65.28 |
30 | Memarlıq | 74.62 |
31 | Menecment | 66.89 |
32 | Müalicə işi | 98.10 |
33 | Mühasibat uçotu və audit | 71.59 |
34 | Musiqi müəllimliyi | 72.62 |
35 | Musiqişünaslıq | 80.60 |
36 | Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması | 75.74 |
37 | Oftalmologiya | 100.00 |
38 | Onkologiya | 0.00 |
39 | Otorinolarinqologiya | 100.00 |
40 | Pediatriya | 100.00 |
41 | Rəngkarlıq | 55.36 |
42 | Riyaziyyat müəllimliyi | 74.82 |
43 | Riyaziyyat və informatika müəllimliyi | 79.39 |
44 | Stomatologiya | 100.00 |
45 | Şüa diaqnostikası | 100.00 |
46 | Tarix müəllimliyi | 77.40 |
47 | Tərcümə (ərəb-Azərbaycan dilləri) | 39.58 |
48 | Tərcümə (fars-Azərbaycan dilləri) | 62.50 |
49 | Tərcümə (ingilis-Azərbaycan dilləri) | 56.82 |
50 | Təsviri incəsənət müəllimliyi | 56.77 |
51 | Texnologiya müəllimliyi | 66.96 |
52 | Tibbi profilaktika | 92.50 |
53 | Torpaqşünaslıq və aqrokimya | 69.19 |
54 | Turizm və otelçilik | 45.88 |
55 | Xalq çalğı alətləri | 66.67 |
56 | Xarici dil müəllimliyi (alman dili üzrə) | 70.26 |
57 | Xarici dil müəllimliyi (fransız dili üzrə) | 66.41 |
58 | Xarici dil müəllimliyi (ingilis dili üzrə) | 89.51 |
59 | Xarici dil müəllimliyi (rus dili üzrə) | 49.35 |
60 | Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi | 45.00 |
61 | Cəmi | 73.58 |
KEÇİRİLƏN SORĞULAR
Məzun sorğusu- http://form.jotform.com/233143871632454
Təcrübə rəhbərləri arasında keçirilən sorğu- https://forms.gle/A4BsaTiUvuWKcGsA9
Təcrübəçi tələbələr arasında keçirilən sorğu-https://forms.gle/aFKQ46SDXK8Kb1ua6
Müəssisə rəhbərləri arasında keçirilən sorğu- https://form.jotform.com/