Məzunlarla iş

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ

İLLƏR ÜZRƏ MƏZUNLARIN SAYI HAQQINDA MƏLUMAT

SIRA №

İLLƏR

                                                       MƏZUNLARIN SAYI

Bakalavr

Magistr

1.

2021

1186

139

2.

2022

1118

184

3.

2023

1149

212

4.

2024

1001

156

5.

2025

1654

209

 

 

 

Naxçıvan Dövlət Universitetinin məzunlarla görüşləri

1.     Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 1975-ci ildə universitetin Tarix-filologiya ixtisasını bitirən məzunlar ilə görüşüb.

Rektor görüşü çox yaxşı təşəbbüs adlandırıb,  məzunlarla işə yüksək önəm verildiyini vurğulayıb. Bu istiqamətdə ali təhsil ocağında Karyera, təcrübə və məzunlarla iş sektorunun fəaliyyət göstərdiyini, Tələbə-Məzun elektron Məlumat Sistemi Mərkəzinin olduğunu diqqətə çatdırıb. Rektor universitetin tarixi inkişaf yolundan söz açıb, bu gün əldə olunan nailiyyətlərdən və irəlidə gözlənilən yeniliklərdən bəhs edib. Universitetin   çoxşaxəli kadr hazırlığı haqqında danışıb və əmək bazarında məzunların müvəffəqiyyət göstəricilərinin yüksəldilməsində maraqlı və təşəbbüskar olduğunu ifadə edib.

 

 
 

 
 2.     Tarix-fillologiya fakültəsi 1981-1985 bitirən məzunlarla görüş keçirilib. Naxçıvan Dövlət Universitetinin rektoru cənab Elbrus İsayev məzun heyəti ilə görüşdü, yubiley münasibətilə səmimi təbrik etdərək görüş üçün məmnunluğunu bildirdi və məzunların yubileyi şərəfinə universitetin xidməti zalında çay süfrəsi təşkil edildi.

 

                          

TƏDBİRLƏR

  1.  NDU-da 50 il bundan öncə Coğrafiya ixtisasını bitirən məzunlarla görüş keçirilib
  2. NDU-da Məzun günü keçirilib
  3. NDU-nun 18 məzunu xarici ölkə universitetlərinin magistri adını qazanıb
  4. 50 il sonra NDU məzunları yenidən doğma təhsil ocağında bir araya gəlib
  5. Naxçıvan Pedaqoji İnstitutunun ilk məzunları bu gün doğma ali təhsil ocağında - NDU-da yenidən bir araya toplandılar
  6. 50 il bundan öncə Fizika ixtisasını bitirən məzunlar Naxçıvan Dövlət Universitetində görüşüblər
  7. Naxçıvan Dövlət Universitetinin Fizika ixtisasının məzunu, şair Əvəz Sevindikoğlunun “Söz sevgimdir” kitabının təqdimatı keçirilib
  8. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsindən məzun olmuş Elvin Əliyev doğma universitetini salamladı.
  9. Naxçıvan Dövlət Universitetinin məzunu Natiq Əliyev yüksək vəzifəyə təyin olunub.
  10. NDU-nun məzunu olmuş məşhur xalq artisti İlqar Muradov doğma universitetini salamladı.
  11. 24.11.2023-cü ildə 2005-ci ildə NDU-nun Tibb fakültəsindən məzun olmuş, hazırda İstanbul Maltepe Medikal Park xəstəxanasında uzman cərrah mama-ginekoloq kimi fəaliyyət göstərən Sevda Zamanovanın Tibb fakültəsinin tələbələri ilə "Uğurlu karyeraya gedən yol" mövzusunda görüşü keçirilib.
  12. Naxçıvan Dövlət Universitetindən məzun olmuş Şəhanə Hüseynova Berlin Texnik Universitetində tədqiqatçı alim olaraq çalışır
  13. Naxçıvan Dövlət Universitetinin məzunu - Əməkdar müəllim, Tarix üzrə fəlsəfə doktoru, IV, V, VI çağırış Naxçıvan MR Ali Məclisinin Deputatı, Ali Məclisdə Sosial Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Şərur rayon Qadınlar Şurasının sədri - Məmmədova Yeganə Qurban qızı
  14. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsindən məzun olmuş Sevda Zamanova, uzman cərrah mama-ginekoloq kimi çalışdığı İstanbul Maltepe Medikal Park Xəstəxanasından doğma universitetini salamladı.
  15. NDU növbəti dəfə Tarix-filologiya fakültəsinin "Azərbaycan dili və ədəbiyyat" ixtisasından 1996-cı ildə məzun olmuş Fəxrəddin Teymuroğlunun yenicə işıq üzü görmüş "Kaş ki..." adlı kitabının təqdimat mərasiminə ev sahibliyi etmişdir.
  16.  Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində yazıçı, filologiya üzrə fəlsəfə doktoru, Hədəf Liseyinin direktoru Şəmil Sadiqovun təlimi baş tutub