Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi professor-müəllim heyətini, həmçinin tədris-koməkçi, texniki və təsərrüfat işçilərini əhatə etməklə ətrafında 700 nəfərə yaxın əməkdaşı birləşdirir. Komitənin hər bir fakültədə ilk təşkilatı da vardır.
Universitet Həmkarlar İttifaqı Komitəsi İcraiyyə komitəsi tərəfindən idarə olunur. Həmkarlar İttifaqı Komitəsinin nəzdində 4 daimi komissiya fəaliyyət göstərir:
Sosial məsələlər;
Mədəni-kütləvi işlər;
Tədris, elm və asudə vaxtın təşkili;
Maliyyə, təftiş və təsərrüfat işləri komissiyaları.
Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi Universitetdə işçi və tələbə heyəti arasında müxtəliflik, bərabərlik, inklüzivlik və insan hüquqları ilə bağlı siyasətləri həyata keçirir. Bu sahə üzrə təlimlər keçirilir, məsləhət verir. Administrasiv heyətlə və ya idarəetmə orqanları ilə bu sahənin inkişaf etdirilməsilə əlaqədar olaraq mütəmadi görüşlər keçirilir.
Komitə öz işini mövcud qanunvericilik və müvafiq nizamnamə əsasında qurur.
Həmkarlar İttifaqı Komitəsinin sədri Nicat Yaqubovdur.
Filologiya üzrə fəlsəfə doktoru, dosent
nicatyaqubov@ndu.edu.az
Nicat Əsgər oğlu Yaqubov 27 may 1982-ci ildə Culfa rayon Bənəniyar kəndində anadan olmuşdur. 1988-1999-cu illərdə Bənəniyar kənd orta məktəbində təhsil alıb. 2002-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2007-2009-cu illərdə Naxçıvan Dövlət Universitetində “Azərbaycan dili” ixtisası üzrə magistr dərəcəsi almış, fərqlənmə diplomu ilə bitirmişdir. 2014-ci ildən Naxçıvan Dövlət Universitetinin dissertantı olmuş və “Azərbaycan dilində arxizmlərin leksik-semantik xüsusiyyətləri” mövzusunda tədqiqat işi aparmışdır. 2021-ci ildə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2006-2007-ci illərdə Culfa Rayon Əbrəqunus kənd orta məktəbində müəllim vəzifəsində işləmişdir. 2007-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında direktor müavini vəzifəsində işləmişdir. 2009-2011-ci illərdə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatında baş təlimatçı vəzifəsində işləmişdir. 2013-2014-cü illərdə Babək rayon Təhsil Şöbəsinin Ekoloji Tərbiyə mərkəzində müəllim işləmişdir. 2014-cü ildən ”Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının 0.5 ştat müəllimi, 2015-2016-ci illərdən “Naxçıvan” Universitetinin Beynəlxalq Əlaqələr şöbəsində koordinator vəzifəsində işləmişdir. 2016-2019-cu illərdə “Naxçıvan” Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasında tam şatat baş müəllim işləmişdir. 2016-2017-ci illərdə “İstedad XXI Əsr” MMC-nin hazırlıq kurslarında Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində işləmişdir. 2017-2019-cu illərdə “İstedad XXI Əsr” MMC-nin hazırlıq kurslarında Şərur filalında direktor vəzifəsində işləmişdir. 2019-2020-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda Nəşriyyat direktoru vəzifəsində işləmişdir. 2019-2023-cü illərdə Naxçıvan Müəllimlər İnstutunun “Azərbaycan dili və ədəbiyyatı” kafedrasında 0.5 ştat müəllim, 2020-ci ildən Naxçıvan Dövlət Universitetin “Azərbaycan dili və ədəbiyyatı” kfedrasında tam ştat baş müəllim vəzifəsində işləmişdir. Hazırda Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləyir.
2014-2019-cu illərdə “Naxçıvan” Universitetinin “Elmi əsərlər” jurnalının redaktoru və 2019-2020-ci illərdə Naxçıvan Müəllimlər intitutunun “Elmi əsərlər” jurnalının məsul katibi vəzifələrində çalışmışdır.
DƏRC OLUNMUŞ ELMİ ƏSƏRLƏR
ELMİ MƏQALƏLƏRİ VƏ KONFRANS MATERİALI
1. “Lüğətçiliyin tarixi müasir vəziyyəti”. Məqalə. Gəncə, “Gənc alimlər şurasının beynəlxalq konfransı”. 2016.
2. “Bədii əsərlərdə bir sıra köhnəlmiş sözlərin leksik-semantik xüsusiyyətləri”. Gəncə Dövlət Universiteti form. 2016.
3. Об архаических словах в современном азербайджанчком языке. Поетика, ментальнсти духовнист, Киев 2017
4. Azərbaycan dilində arxaizmlərin yeri. M.Füzuli adına Əlyazmalar İnstitutunun Filologiya məsələləri jurnalı, 2017, nömrə-20
5. Köhnəlmiş sözlərin bayatı janrında işlənmə məqamları. “Naxçıvan” universiteti Elmi əsərləri, 2017, nömrə-1, (4) (A.Ə.Zeynalova)
6. Azərbaycan dilinin formalaşmasında, zənginləşməsində və saflaşmasında ustad sənətkarların rolu. “Naxçıvan” universiteti Elmi əsərləri, 2017, nömrə-3, (6)
7. Sözlərin işlənmə tezliyinin zəifləməsinə səbəb olan amillər. Gəncə Dövlət Universitetinin Elmi xəbərləri, Gəncə, 2017, nömrə-3
8. Sözlərin işlənmə tezliyinin zəifləməsinə səbəb olan amillər. AMEA Naxçıvan Bölməsinin xəbərləri (ictimai humanitar elmlər seriyası), 2018, nömrə-1,(14)
9. Azərbaycan dilində köhnəlmiş sözlərin ümumi səciyyəsi. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası), 2018, nömrə -5, I cild
10. Poeziyada köhnəlmiş sözlərin işlənmə məqamları. Azərbaycanşünaslığın aktual problemləri, IX beynəlxalq konfransın materialları, (3-4 may 2018)
11. Обшая специфика устаревших слов азерюайджанского языка. Современный проблемы гуманитарных и эстественных наук (6-7 март 2018), Mосква
12. Köhnəlmiş sözlərin bədii ədəbiyyatda işlənmə məqamları. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Axtarışlar jurnalı, 2018, nömrə-2
13. Dildə leksik arxaikləşmə prosesi. Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal), 2018, nömrə-3 (107)
14. Azərbaycan dilində tarixizmlərin semantik xüsusiyyətləri. Lənkəran Dövlət Universitetinin Elmi xəbərləri (humanitar elmlər seriyası), 2018, nömrə-1
15. Şifahi xalq ədəbiyyatı nümunələrində arxaizmlərin leksik anlamı. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası), 2020, nömrə -1, I cild
16. Vaqif Məmmədovun şer yaradıcılığında arxaizmin izləri. “Naxçıvan” universiteti Elmi əsərləri, 2020, nömrə-1, (16)
17. Müxtəlif fonetik dəyişikliyə uğramış sözlərin semantik xüsusiyyətləri. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri(humanitar elmlər seriyası), 2020, nömrə -1, I cild
18. Novelty in the development of lexical units, general use and obsolescence process. Закарпатски филологични студии, 2020
19. Bədii dil və köhnəlmiş sözlər. Çağdaş Azərbaycan dilinin müasir problemləri. Respublika elmi konfransının materialları. Naxçıvan, 2021, səh. 44
20. Bədii ədəbiyyatda köhnəlmiş sözlərin işlənməsinə dair. Elmi əsərlər. 2021, №4(23), səh.100
21. Bir sıra türk mənşəli sözlərdə leksik-semantik dəyişikliklərə dair. Naxçıvan Müəllimlər İnstitutu. Elmi əsərlər., 2022, №2(68) Səh. 139-142
22. Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığının bəzi nümunələrində arxaizm, bədii təsvir və ifadə vasitələrinin işlənmə məqamları Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. 2022, №5(118) Səh. 17 2023
23. Qloballaşma dövründə Azərbaycan dilinin qorunması zamanın tələbidir. Naxçıvan Dövlət Universiteti. “Çağdaş Azərbaycan dilinin aktual problemləri” II Respublika Elmi konfransının materialları. Naxçıvan, 2023, Səh. 18
24. Azərbaycan ədəbi dilinin zənginləşməsində və saflaşdırılmasında M.P.Vaqif poeziyasının rolu-“II Içağdaş Azərbaycan dilinin aktual problemləri” Respublika konfransının materialları. Naxçıvan Dövlət Universiteti, 2023
25. Türkçe, türkce ve türkce ve orginal azerbaycanca kelimelerin benzer ve farklı yönleri. Çankırı Karatekin Üniversitesi I. Uluslararası Türkiyat Konqresi.2023
26. Analysis bof difficulties and ways to overcome them, when the inversion of words in a sentence is broken.2024
KİTAB. PROQRAM
1. "Azərbaycan dilində adların formadüzəldici şəkilçi morfemləri". Dərs vəsaiti. Naxçıvan, Əcəmi NPB, 2018. (Nicat Yaqubov, Elburus Vəliyev)
2. "Nitqin inkişafı. (Əcnəbilər üçün Azərbaycan dili)". Dərs vəsaiti Əcəmi, 2022. (Nicat Yaqubov, Elburus Vəliyev, Arif Ağalarov)
3. "Filologiyanın müasir problemləri". Proqram. Naxçıvan, 2021
4. "Əcnəbilər üçün Azərbaycan dili dərsliyi". Dərs vəsaiti Əcəmi, 2021 (Nicat Yaqubov, Rəcəb Cəfərli)