Cəfərov Orxan Cəfər oğlu – Elmi katib
04 oktyabr 1970-ci ildə Şərur rayon Tənənəm kəndində anadan olmuşdur.
1993-1997- ci illərdə Naxçıvan Dövlət Universitetində bakalavr təhsili almışdır (Riyaziyyat ixtisası üzrə).
1997-1999- cu illərdə Naxçıvan Dövlət Universitetində magistr təhsili almışdır (Riyaziyyatın tədrisi metodikası və metodologiyası ixtisası üzrə).
Magistr dissertasiyasının mövzusu: ”Riyaziyyat təlimi prosesində məsələ həlli vasitəsilə şagirdlərin evristik fəaliyyətinin formalaşdırılması”.
1999-2001-ci ilərdə Ümumi riyaziyyat kafedrasında baş laborant işləmişdir.
2001-ci ildə Naxçıvan Dövlət Universitetinə dissertant qəbul olunmuş və 2008 -ci ildə “V-VI sinif şagirdlərinin ədədlər nəzəriyyəsi elementlərinə dair biliklərinin genişləndirilməsi və dərinləşdirilməsi” adlı namizədlik dissertasiyasını müdafiə edərək, Pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır.
2001- 2008-ci illərdə Ümumi riyaziyyat kafedrasında müəllim, baş muəllim vəzifələrində işləmişdir.
2008-2010-cu illərdə Magistratura üzrə dekanlıqda dekan müavini vəzifəsində işləmişdir.
2010-2015-ci illərdə Fizika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsində işləmişdir.
2016- cı ildən Naxçıvan Dövlət Universitetinin dosentidir.
2015-2021-ci illərdə Fizika-riyaziyyat fakültəsində dekan vəzifəsində işləmişdir.
2022-ci ilin aprel ayından Naxçıvan Dövlət Universitetinin Elmi katibi vəzifəsində işləyir.
1 dərs vəsaitinin, 18 elmi məqalənin, 4 tezisin, 1 proqramın müəllifidir.