Əczaçılıq elmi tədqiqat laboratoriyası

Haqqımızda

Əczaçılıq elmi tədqiqat laboratoriyası Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 06 iyul 2023-cü il tarixli iclasının 12 N° -li qərarı və NDU rektorunun 13a-li əmrinə əsasən yaranmışdır.

 

Missiyamız

Müasir tədqiqat laboratoriyalarından biri olan  Əczaçılıq elmi tədqiqat laboratoriyamız Əczaçılıq və biokimya kafedrasının nəzdində fəaliyyət göstərir. Hazırda, laboratoriyada gənc tədqiqatçılar və müəllim heyəti ilə bakalavriat və magistiratura səviyyəsindəki tələbələrlə təlim və tədris planına uyğun olaraq elmi-praktiki araşdırmalar, tədqiqatlar və analizlər aparılır, bitki xammallarından təbii üsullarla bitki mənşəli məhsullar alınır. Bu analizlər aşağıdakı qaydada sadalanmışdır.

     Nəmlik analizləri

     Aktiv turşuluğun təyini analizləri

     Kül təyini analizləri

     Kimyəvi analizlər

     Fiziki analizlər

     Vitamin analizləri

     Zülalların təyini

     Karbohidratların təyini

     Amin turşularının təyini

     Spektrofotometr analizləri

     Saflaşdırma analizləri

     Durulaşdırma analizləri və s. kimi tələblərə uyğunluğunun qiymətləndirilməsi proresləri həyata keçirilir.

 

Hədəflərimiz

Zəngin bitki ehtiyatına və biomüxtəlifliyə malik Naxçıvan MR ərazisindən bitki xammallarının toplanması, bitkilərdən çıxarışların, ekstraktların, efir yağlarının, kremlərin, serumların alınması və s. məsələlər nəzərdə tutulmuşdur.

 

Vəzifələrimiz

    Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;

    Beynəlxalq və ölkədaxili konfranslar, simpoziumlar, seminarlar, müzakirələr, dəyirmi masalar, təlimlər təşkil etmək;

    Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;

    Hesabatlar, kitabçalar, vəsaitlər, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;

    Xaricdə və Ölkə daxilində yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;

    Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;

    Laboratoriyanın iş planı və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;

    Laboratoriya tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların qorunmasını təmin etmək;

    Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilkdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

 

Laboratoriya təchizatı

Laboratoriyada bitki xammallarının tədqiqi, onlardan efir yağlarının, kremlərin, serumların alınması üçün lazım olan avadanlıqlar mövcuddur.

Üzvlər

  • b.ü.f.d. Mürsəl Seyidov, Əczaçılıq və biokimya kafedrasının müdiri
  • b.ü.f.d. Əzizə Hüseynova, Əczaçılıq və biokimya kafedrasının baş müəllimi
  • b.ü.f.d. Surə Rəhimova, Əczaçılıq və biokimya kafedrasının müəllimi
  • Zülfiyyə Seyidzadə Əczaçılıq və biokimya kafedrasının müəllimi
 

İŞÇİ PLANI

 

Qalereya