Fitoterapiya və apiterapiya Elmi tədqiqat mərkəzi Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 27 fevral 2020-ci il tarixli 06 №-li qərarı və rektorun 3/11 №-li əmrinə əsasən yaradılmışdır.
Müasir texnologiyalar və avadanlıqlarla təchiz olunan laboratoriyamız Təməl tibb fənləri kafedrasının nəzdində fəaliyyət göstərir. Hazırda, laboratoriyada peşəkar gənc tədqiqatçı və müəllim heyəti tərəfindən faydalı bitkilərin biokimyəvi tərkibi, arı məhsullarının botanik mənşəyi araşdırılır, təbii xammallardan qida əlavələri və kosmetoloji vasitələr hazırlanır. Bununla yanaşı, bakalavriat və magistiratura səviyyəsindəki tələbələrlə birlikdə təlim və tədris planına uyğun olaraq elmi-praktiki tədqiqatlar yerinə yetirilir.
Tədqiqatlarda istifadə olunan analizlər:
• Nəmlik analizləri
• Müxtəlif maye məhsullarının pH ölçülməsi
• Kimyəvi analizlə
• Fiziki analizlər
• Vitamin analizləri
• Zülalların təyini
• Karbohidratların təyini
• Xromatoqrafik analizlər
• Spektorfotometr analizləri
• Saflaşdırma prosesləri.
Sağlam qida, sağlam gələcək şuarı adı altında təbii xammallar perspektivli istiqamətlərdə araşdırılacaqdır. Bitki və heyvan mənşəli məhsulların bioaktiv maddələri öyrəniləcək, hazırlanacaq qida əlavələri və kosmetoloji vasitələr elmi və praktiki əsaslarla təhlil ediləcəkdir. Həmçinin magistrant və doktorant namizədlərin elmi tədqiqat işlərini yerinə yetirmələri üçün daima köməklik göstəriləcəkdir.
• Beynəlxalq və respublika konfransları, simpoziumları, seminarları, təlimlər təşkil etmək;
• Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
• Hesabatlar, kitabçalar, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
• Ölkə daxilində və xaricdə yerləşən universitetlər və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq etmək;
• Fəaliyyət istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
• Səlahiyyətləri çərçivəsində universitetin strateji inkişaf planının həyata keçirilməsini təmin etmək; • Mərkəzin iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;
Nəzərdə tutulan biokimyəvi analizlərin yerinə yetirilməsi üçün reaktiv və cihazlar mövcuddur.
- Əsədov Elsevər Sabir oğlu, biologiya üzrə fəlsəfə doktoru, dosent – Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru;
- Hüseynova Əzizə Elxan qızı biologiya üzrə fəlsəfə doktoru – Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Təməl tibb fənləri kafedrasının kafedra müdiri;
- Seyidov Mürsəl Müseyib oğlu, biologiya üzrə fəlsəfə doktoru – Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Botanika kafedrasının baş müəllimi;
- Rəhimova Surə Əli qızı, biologiya üzrə fəlsəfə doktoru – Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Əczaçılıq və biokimya kafedrasının kafedra müdiri;
- Seyidova Zülfiyyə Mirkamal qızı – Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekan müavini və Əczaçılıq və biokimya kafedrasının müəllimi