Qəbul Qaydaları

Qəbul qaydaları və tələb olunan sənədlər.

Universitetə qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may  2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin  və  vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na  uyğun aparılır.

Əcnəbi vətəndaşlar Naxçıvan Dövlət Universitetində təhsil almaq üçün tələb olunan sənədləri elektron formada portal.edu.az veb səhifəsi üzərindən  təqdim etməlidirlər. Sənədlərə müvafiq komissiya tərəfindən baxıldıqdan sonra namizədlər üz-üzə müsahibəyə dəvət edilir.

Viza tələb olunan ölkələrdən  müraciət edən namizədlər üçün isə müsahibə online formada aparıla bilər

Müsahibənin keçirilmə yeri və vaxtı Universitet tərəfindən müəyyən edilir və bu barədə məlumatları özündə əks etdirən qrafik və namizədin ad,soyad, və ata adı müsahibəyə azı 3 gün qalmış www.ndu.ed.az saytına yerləşdirilir, yaxud portal və e-mail üzərindən məktub göndərilir.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və ya qanunla müəyyən edilmiş qaydada ona bərabər tutulan sənədi təqdim etməklə, müsahibədə iştirak edir.

Hər namizədə 15 ( on beş) dəqiqə vaxt ayrılır.

Müsahibənin nəticəsinə dair  namizədin e-mail ünvanına arayış göndərilir.

  Qiymətləndirmə meyarları:

Dil bilikləri

Bilik səviyyəsi- (ixtisasa dair nəzəri biliklər, müsahibə proqramı üzrə ümumi bilikləri, informasiya texnologiyaları üzrə biliklər)

Qəbul üçün tələb olunan sənədlər:

Qeyd: