BATABAT ASTROFİZİKA RƏSƏDXANASININ TARİXİ VƏ HAZIRKI ELMİ FƏALİYYƏTİ HAQQINDA
Azərbaycan SSR EA Rəyasət Heyətinin 25 mart 1971-ci il tarixdə qəbul etdiyi 13 saylı qərar əsasında Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi yaradıldı. Az bir müddət ərzində Batabatda gələcək rəsədxananın yerləşəcəyi məntəqə seçildi və orada astroiqlimin öyrənilməsi üçün tədqiqatlar başlandı. Seçilmiş məntəqə dəniz səviyyəsindən 2050 m yüksəklikdə yerləşirdi. Moskva Leninqrad və Bakı universitetlərini bitirmiş yerli gənclərin işə götürülməsi nəticəsində, az müddətdə Batabat bölməsində güclü elmi potensiala malik bir kollektiv yaradıldı. Stansiyanın yaradılmasından 10 il sonra 4 nəfər namizədlik 4 nəfər isə müxtəlif formalarda təhsillərini davam etdirirdilər. 1974-cü ildə Batabat bölməsində ilk böyük teleskop – Günəş koronoqrafı quruldu. Tezliklə həmin teleskop vasitəsilə Günəş fizikası sahəsində tədqiqatlar çərçivəsində müşahidələrə başlanıldı və çox maraqlı elmi nəticələr alındı.
Batabat bölməsi çox qısa vaxt ərzində keçmiş Sovet İttifaqının astronomik mərkəzləri ilə əlaqə yaratdı. 1976-cı ildə burada tam Günəş tutulması müşahidəsi təşkil olundu. Batabat bölməsi ŞAR-ın tərkibində olsa da müəyyən məsələlərdə tam sərbəst hərəkət edə bilirdi. Belə ki 1978-1979-cu illərdə Batabatda kometlər üzrə Ümumittifaq miqyaslı konfranslar keçirilmişdir. 70-80-ci illərdə bölmənin əməkdaşlarının 120-dən çox elmi əsəri SSRİ və Avropanın bir çox nüfuzlu elmi jurnallarında çap olundu.
1969-cu ildən başlayaraq Ordubad rayonunun dəniz səviyyəsindən 2000 m yüksəklikdə yerləşən Ağdərə məntəqəsində Pulkova Rəsədxanasının daimi ekspediyası fəaliyyətə başladı. Azərbaycan EA Rəyasət Heyətinin 05 noyabr 1997-ci il qərarı ilə Ağdərə Astronomiya Stansiyası ŞAR-a birləşdirildi.
2002-ci ilin avqustun 07-də AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı oldu. Sərəncama əsasən AMEA NB-nin tərkibində 6 müstəqil elmi-tədqiqat müəssisəsi yaradıldı ki, bunlardan biri də Batabat Astrofizika Rəsədxanası idi. Batabat Astrofizika Rəsədxanası ŞAR-ın Batabat bölməsi və Ağdərə Astronomiya Stansiyasının ərazisi, maddi texniki bazası və kadr potensialı əsasında yaradılmışdır. Batabat Astrofizika Rəsədxanası 2003-cü ilin yanvar ayından faktiki fəaliyyətə başladı.
Müstəqillik illərində Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan MR-də elm və təhsilə göstərilən dövlət qayğısı BAR-nı da əhatə etmişdir. Məhz bu qayğı nəticəsində BAR-ın 2004-cü ildə Naxçıvan şəhərində, 2006-2007-ci illər ərzində ŞAR-ın Batabat bölməsi yerləşdiyi ərazidə tam müasir tələblərə cavab verən inzibati bina tikilərək Rəsədxana əməkdaşlarının istifadəsinə verildi. “Zeiss-600” teleskopu Krım Astrofizika Rəsədxanasına göndərilərək müasir səviyyədə modernləşdirildi və 2007-ci ilin sentyabr ayında Batabatda quraşdırıldı.
Rəsədxana 2023-cü ildən 2025-ci ilə qədər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam 2025-ci il aprelin 4-də imzalanmışdır. Sərəncama əsasən Batabat Astrofizika Rəsədxanası Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilmişdir.
Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir.
Batabat ərazisindəki ikimərtəbəli yeni inzibati binada fotometriya və kompüter otaqları istifadəyə verilib. Rəsədxanada müşahidələr əsasən gecə saatlarında aparıldığından binada iki yataq otağı ayrılıb.
Teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun fənn laboratoriyasının əməkdaşları da iştirak ediblər.
Rəsədxana dəniz səviyyəsindən 2050 metr yüksəklikdə və 39 dərəcə coğrafi enlikdə yerləşir.
Rəsədxanada 2 şöbə fəaliyyət göstərir:
Rəsədxanada olan cihaz: “Zeiss – 600” teleskopudur. Almaniya istehsalıdır.
Rəsədxanada elmi-tədqiqatla bilavasitə 8 əməkdaş məşğul olur. 1 elektronçu mühəndis və 1 laborant elmi-tədqiqat işinə yardım göstərir. Elmi-tədqiqat işləri 1 elmi istiqamət, 1 problem, 2 mövzu, 2 iş və 8 mərhələdə 2 şöbə əməkdaşları tərəfindən yerinə yetirilir.
Struktur
1. Məmmədov Ruslan Təvəkgül oğlu – direktor
2. Əsgərli Fəzli Şükür oğlu – baş mühasib
3. Paşayeva Gülnar Teyyub qızı – kadrlar üzrə mütəxəssis Səma cisimlərinin mövqe müşahidələri şöbəsi
4. Dadaşov Əlövsət Səfər oğlu – aparıcı elmi işçi
5. Qafarova Vəfa Əjdər qızı – elmi işçi
6. Həsənov Ağəli Əli oğlu – aparıcı elektronçu
7. Səfərov Vəli Qiyas oğlu – laborant Səma cisimlərinin fotometriyası şöbəsi
8. Məmmədli Azad Hidayət oğlu – şöbə müdiri
9. Tahirov Mirhəsən Məmməd oğlu – aparıcı elmi işçi
10. Vəliyev Ülvü Səyyad oğlu – böyük elmi işçi
11. Məmmədova Türkan Müseyib qızı – elmi işçi
12. Hüseynova Faidə Surxay qızı – kiçik elmi işçi Təsərrüfat heyəti
13. Həsənova İnci Etibar qızı – kompüter operatoru
14. İsmayılov Etibar Həsən oğlu – sürücü
15. Quliyev Rəfail Həzi oğlu – elektrik montyoru
16. Səfərov Radiq Yusif oğlu – gözətçi
17. Nəsirov Afiq Məmməd oğlu – gözətçi
18. Hacıyev Seymur Hacı oğlu - gözətçi
19. Mehdiyev Murad Mehdi oğlu – gözətçi
20. Seyidov Mirqasım Mirəli oğlu - gözətçi
21. Mehdiyev Kamran Qəşəm oğlu - gözətçi
22. Mədədova Günay Əsgər qızı – xadimə
23. Səfərova Şəhanə Surxay qızı - xadimə
24. Rəhimova Nurəngiz Əyyub qızı - xadimə