Fizika-Riyaziyyat fakültəsi

Fakültə haqqında

Fizika-riyaziyyat fakültəsi Naxçıvan Dövlət Universitetinin təhsil sisteminin riyaziyyat, informatika və fizika sahələri üçün ixtisaslı kadrlar hazırlayan mühüm fakültələrindən biridir. Fakültə 1971-ci ildə yaradılmışdır.

Hazırda fakültədə “Riyaziyyat müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Fizika müəllimliyi”  ” Riyaziyyat” və “Fizika” ixtisasları üzrə ali təhsilli mütəxəssislər hazırlanır.

Fakültəyə 1971-1973- cü illərdə Fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Bəktaşi, 1973-1975-ci illərdə Fizika-riyaziyyat elmləri namizədi, dosent Əli Məhərrəmov, 1975-1978- ci illərdə Fizika-riyaziyyat elmləri namizədi , dosent  Qadir Qurbanov, 1978-1983-cü illərdə Fizika-riyaziyyat elmləri namizədi, dosent Yaşar Əkbərov, 1983-1988-ci illərdə Fizika-riyaziyyat elmləri namizədi, dosent Hüseyn Məmmədov, 1988-1992-ci illərdə Kimya elmləri namizədi, dosent Akif Əliyev, 1992-1997-ci illərdə Fizika-riyaziyyat elmləri doktoru, professor Zöhrab Vəliyev, 1997-2000 – ci illərdə Fizika-riyaziyyat elmləri doktoru, dosent  Sadıq Vəliyev, 2000-2009-cu illərdə Fizika-riyaziyyat elmləri namizədi, dosent Fərman Qocayev,  2009-2015-ci illərdə Fizika-riyaziyyat elmləri namizədi, dosent Tofiq Nəcəfov rəhbərlik etmişdir, 2015-2022 ci illərdə  Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Orxan Cəfərov fakültəyə rəhbərlik edib. 2022-ci ildən Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent  Məftun İsmayılov fakültəyə rəhbərlik edir.

Fakültənin yaranmasından əvvəl – 1967-1971-ci illərdə də Azərbaycan Pedaqoji İnstitutunun filalı olan Naxçıvan Pedaqoji İnstitutunda riyaziyyat ixtisası üzrə mütəxəssislər hazırlanmışdır.

Fakültədə mütəxəssis hazırlığı ilə  “Ümumi riyaziyyat”, “Ümumi və nəzəri fizika” və “İnformatika” kafedraları fəaliyyət göstərir.

Kafedralar

Ümumi riyaziyyat kafedrası

1. Kafedranın tarixi 

Naxcıvan  Dövlət Universitetinin “Ümumi riyaziyyat” kafedrasının əsası 1967-ci ildən, yəni hələ ADPİ-nin filialı kim fəaliyyətə başladığı dövrdən qoyulmuş və formalaşmağa başlamışdır.

 “Ümumi riyaziyyat” kafedrası 2018-ci ildən ümumuniversitet kafedrası kimi Fizika-riyaziyyat fakültəsinin tərkibində olmaqla yeganə riyaziyyat kafedrası kimi fəaliyyət göstərir.

Kafedranın fəaliyyəti müddətində riyaziyyatın bir çox sahələrində mühüm elmi tədqiqat işləri aparmaqla mühüm nəticələr alınmışdır və bu nəticələrin bir çoxu dünyanın yüksək reytinqli elmi jurnallarında çap olunmuşdur. Fəaliyyət göstərdiyi dövrdə “Ümumi riyaziyyat” kafedrasının yüksəkixtisaslı kadrların hazırlanmasında diqqətçəkən xidmətləri olmuşdur.

            2. Kafedraya rəhbərlik

2022-ci ilin may ayından Naxçıvan  Dövlət Universitetinin  Fizika-riyaziyyat fakültəsinin elmi şurasının qərarı əsasında “Ümumi riyaziyyat” kafedrasına dosent Həsənov Abdulla İsmayıl oğlu rəhbərlik edir.

3. Kafedra haqında ümumi məlumat

Ümumi riyaziyyat kafedrasının əməkdaşları ali təhsilin bakalavriat pilləsində- “Riyaziyyat”, “Riyaziyyat müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Fizika”, “Fizika müəllimliyi”, “Kompüter mühəndisliyi”,  “Azərbaycan dili və ədəbiyyat müəlimliyi”, “Biologiya müəllimliyi”, “Kimya müəllimliyi”, “Cografiya müəllimliyi”  və universitetin bir çox digər ixtisasaslarında riyaziyyata aid fənləri tədris edirlər.

Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün təlimin müasir metodlarından və texniki vasitələrindən istifadə olunur.

Kafedra bakalavr, magistratura, doktorantura və dissertantura səviyyəsində elmi-pedaqoji kadr hazırlığında yaxından iştirak edir . Haliyədə kafedranın iki doktorantı və 15 magistri var.  

            Kafedra üzvləri müntəzəm olaraq beynəlxalq və respublika əhəmiyyətli jurnallarda, konfranslard elmi və elmi-pedaqoji məqalələrlə, məruzələrlə çıxış edir, monoqrafiya, dərs vəsaiti, metodiki vəsaitlər dərc etdirirlər.

Hazırda kafedrada 23 nəfər müəllim heyəti, bir baş laborant fəaliyyət göstərir.

 

Ad, soyad, ata adı

Vəzifə

1.        

Həsənov Abdulla İsmayıl oğlu

Kafedra müdiri, dosent

2.        

Məmmədov Əbülfəz Məmməd oğlu

Dosent

3.        

Həsənov Rövşən Əvəz oğlu

Dosent

4.        

Eminov Miryasin Seyidəli oğlu

R.Ü.F.D., Baş müəlim

5.        

Quliyev Cavanşir Xudayar oğlu

R.Ü.F.D., Baş müəlim

6.        

Cəfərov Orxan Cəfər oğlu

P.Ü.F.D.,  dosent

7.        

Əliyev Sahib Əli oğlu

Dosent

8.        

Ağayev Elşad Vəliqulu oğlu

Dosent

9.        

Seyidov Daşqın Ələkbər oğlu

R.Ü.F.D.,  Baş müəlim

10.    

Namazova Nailə Məhəmməd qızı

R.Ü.F.D., Baş müəllim

11.    

Səfərova Arzu Ramiz qızı

R.Ü.F.D., Baş müəlim

12.    

Seyidova Aynurə Mirmahmud qızı

P.Ü.F.D.,  Baş müəllim

13.    

Muradova Nazilə Lətif qızı

Dosent

14.    

Məmmədov Famil Vəli oğlu

Baş müəlim

15.    

Qocayeva Nübar Bəndalı qızı

Baş müəlim

16.    

Cəfərova Rühiyyə Orucəli qızı

P.Ü.F.D., Müəllim

17.    

Məmmədova Aysen Ceyhun qızı

Baş müəllim

18.    

Əliyev Ceyhun Xürrəm oğlu

Müəllim

19.    

Rzayev Ümüd Həsən oğlu

Tuytor, müəllim

20.    

Nağıyeva Zümrüd İmran qızı

Müəllim

21.    

Müslümova Fatma Əhməd qızı

Müəllim

22.    

Qəhrəmanov Məsud Quşdan oğlu

Müəllim 

23.    

Cəfərli Gözəl Firudin qızı

Müəllim

24.    

Bağırova Cəmalə Haqverdi qızı

0.5 ştat müəllim

25.  

Məmmədova Şahnaz Bəhruz qızı

Laborant

 

Nəzəri fizika kafedrası

Kafedranın tarixi

Naxçıvan Dövlət Univeristeti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu əsasında yaradılmışdır. Bu institut isə 1967-72-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki APU) filialı olmuş, 1972-ci ildən müstəqil instituta çevrilmişdir. 1972-ci ildə Fizika-riyaziyyat fakültəsinin nəzdində “Ümumi fizika” kafedrası yaradılmışdır. 1997-ci ildən bu kafedranın adı dəyişdirilərək “Ümumi və nəzəri fizika” kafedrası adlandırılmışdır. Haliyədə bu kafedrada 4 nəfər dosent, 3 nəfər baş müəllim və 3 nəfər müəllim fəaliyyət göstərir. Kafedranın tədrisə köməkçi heyətinə isə 1 nəfər laboratoriya müdiri, 1 laborant və 1 preparator daxildir.

Naxçıvan Dövlət Univeristetinin rektorunun əmri ilə Fizika üzrə fəlsəfə doktoru Hacıyeva Billurə Təvəkkül qızı 2021-ci ilin sentyabr  ayından etibarən “Ümumi və nəzəri fizika” kafedrasnın müdiri vəzifəsinə təyin edilmiş və hal-hazırda kafedraya rəhbərlik edir.

 

          Kafedranın fəaliyyəti

Göstərilən ixtisaslar üzrə gələcək müəllimlərin hazırlanmasında kafedra 37 müxtəlif fənlər üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksək ixtisaslı mütəxəssislər tərfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən (İKT-dən) və metodlarından geniş istifadə olunur. “Ümumi və nəzəri fizika” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

 

Bakalavr pilləsi üzrə

1.     Fizika – tədrisi azərbaycan dilində (əyani şöbə);

2.     Fizika müəllimliyi – tədrisi azərbaycan dilində (əyani şöbə);

 

Magistratura pilləsi üzrə

1.   Fizikanın tədrisi metodikası  – tədrisi azərbaycan dilində;

2.   Yarımkeçiricilər fizika – tədrisi azərbaycan dilində;

 

Kafedranın əməkdaşlar

 

 

Ad, soyad, ata adı

Vəzifə

1.        

Hacıyeva Billurə Təvəkkül q.

Fizika üzrə fəlsəfə doktoru, baş müəllim, kafedra müdiri

2.        

Qocayev Fərman Rza o.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

3.        

Həsənov Xanəli Əli o.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

4.        

Sultanova Aygün Hacı q.

Fizika üzrə fəlsəfə doktoru, dosent.

5.        

Qardaşbəyova Nailə Adəm q. 

Fizika üzrə fəlsəfə doktoru, dosent.

6.        

Əkbərova Nuridə Yaşar q.

 Fizika üzrə fəlsəfə doktoru, baş müəllim

7.        

Cəfərov Seyfəddin Adil o.

Baş müəllim

8.        

Tağıyev Elgün Bəşir q.

Baş müəllim

9.        

Şükürova Yaqut Telman q.

Müəlim

10.    

Qararyev Anar Əbülfəz o.

 Müəlim

11.    

Məmmədova Xuraman Ədalət q.

Müəlim

12.    

Məmmədov Ruslan Təvəkkül o.

Müəlim

13.    

Camalova Təranə Sabir q.

Laboratoriya müdiri

14.    

Həsənli Əsmər Bəhram q.

 Baş laborant

15.    

Əsgərova Aysu Bəhrəm q.

Preparator

 

İNFORMATİKA KAFEDRASI

Kafedranin Tarixi

 Naxçıvan  Dövlət Universitetinin fizika riyaziyyat fakultəsinin nəzdində 1988 ci il 30 may tarixində “Riyaziyyat və Hesablama texnikası” kafedrası yaradılmışdır. Sonra kafedranın adı dəyişdirilərək “İnformatika və Hesablama texnikası” kafedrası adlandırılmışdır. Bu gün isə kafedra “İnformatika” adı ilə fəaliyyət göstərir. Haliyədə həmin kafedrada  10 nəfər professor , müəllim və 2 nəfər tədrisə köməkçi  heyət çalışır. Kafedrada  3 nəfər dosent, 5 nəfər baş müəllim, 2 nəfər müəllim, 1 laborant və 1 preporator fəaliyyət göstərir.

Kafedraya rəhbərlik 

Naxçıvan  Dövlət Universiteti  rektorunun 2454 №-li əmri ilə r.ü.f.d, dosent  Vüqar İbrahim oğlu Salmanov 29 fevral 2024 – cü il  tarixindən kafedraya rəhbərlik edir.

Kafedranın tərkib hissəsi

 

Elmi Şura

Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsinin elmi şura üzvlərinin tərkibi

     Şura üzvlərinin adı və soyadı
1. İsmayılov Məftun İsmayıl oğlu ( Sədr)
2. Seyidov Daşqın Ələkbər oğlu (Sədr müavini)
3. Səbzəliyev Əli İlqar oğlu( Elmi katib)
4. Həsənov Abdulla İsmayıl oğlu
5. Hacıyeva Billurə Təvəkkül qızı
6. Salmanov Vüqar İbrahim oğlu
7. Qocayev Fərman Rza oğlu                                
8. Əliyev Sahib Əli oğlu
9. Sultanova Aygün Hacı qızı
10 Məmmədov Famil Vəli oğlu
11 Məmmədov Rəhim Kamal oğlu – YAP
12 Hüseynova  Nurgül  Xaliq qızı -TEC
13 Zeynalov Sədi Qaçay oğlu  – THİK
14 Qəhrəmanova Didəm Xəzər qızı -TGT