Rektor müşarivi (strateji məsələlər üzrə)
r.jafarli@ndu.edu.az
1987-ci ildə Culfa şəhərində anadan olmuşdur. Culfa Şəhərində orta təhsilini başa vurmuş və 2004-2008 ci illərdə Naxçıvan Özəl Universitetinin İngilis dili müəllimliyi ixtisasında, 2009-2011 cu ildə həmin universitetinin magistratura səviyyəsində təhsil almışdır. 2009 cu ildən pedaqoji fəaliyyətlə məşğul olan Rəcəb Cəfərli 2013-2023-cü illərdə Naxçıvan Universitetində İngilis dili müəllimi kimi fəaliyyət göstərmişdir. 2015-2023 cü illərdə "Naxçıvan" Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2017-2021- ci illərdə Naxçıvan Dövlət Universitetinin dissertantı olmuşdur. 2021-ci ildə “Müasir Britaniya slenqinin semantik xüsusiyyətləri və onların Azərbaycan dilində ifadə yolları” adlı dissertasiya işimi uğurla müdafiə etmişdir. 2022-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru adlı elmi dərəcə almışdır. 2024-cü ildən Naxçıvan Dövlət Universiteti rektor müşaviri (Strateji İnkişaf üzrə) vəzifəsində çalışır və “İngilis dili və tərcümə” kafedrasının müəllimidir. 5 irimiqyaslı beynəlxalq layihənin universitet üzrə koordinatorudur. İngiltərə, İsveç, Fransa, Finlandiya, İspanya, Avstriya, Portuqalya, Litva, Polşa, Ukrayna, Belarusiya, Gürcüstan, Türkiyə və başqa ölkələrdə təşkil edilmiş beynəlxalq sempozium, təlim və konfransların iştirakçısı olmuş və sertifikatlarla təltif edilmişdir.