Baxışlı Ülvi Rəfael oğlu
Ülvü Rəfael Baxışlı 1992-ci il martın 4-də Babək rayonunun Sirab kəndində anadan olub.
2009-cu ildə orta məktəbi əla qiymətlərlə bitirmiş və yüksək nəticə ilə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur.
2013-cü ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Universitetdə oxuduğu illərdə bir çox dövlət qurumlarında təmsil olunmuş və fəal tələbə həyatı yaşamışdır. O, dəfələrlə ölkədaxili və beynəlxalq müsabiqələrdə universiteti təmsil edib. Universitetin Enactus komandasının üzvü, sonradan onun kapitanı olmuş, komanda ilə birlikdə ABŞ-ın Kaliforniya və Malayziyanın Kuala-Lumpur şəhərlərində keçirilən dünya çempionatında ölkəni milli yarışın qalibi kimi uğurla təmsil etmişdir. iki dəfə. Hazırda həmin komandanın universitet rəhbəridir.
2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub.
2014-2016-cı illərdə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
2016-cı ildən Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasında saatlıq müəllim vəzifəsində çalışır. Daha sonra “İqtisadiyyat” kafedrasının ştatlı müəllimi, hazırda isə “Beynəlxalq ticarət və menecment” kafedrasının baş müəllimidir.
2019-cu ildən Naxçıvan Dövlət Universitetinin “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə doktorantura pilləsində təhsilini davam etdirir. Dissertasiya işinin mövzusu “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının sosial-iqtisadi məqsədləri”dir və tədqiqat son mərhələdədir.
Bir çox yerli və xarici təlimlərdə iştirak etmiş, 20-dən çox müxtəlif diplom, sertifikat və təşəkkürnamə ilə təltif edilmişdir.
ABŞ, Hollandiya, Malayziya, Belçika və Türkiyədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edib.
2020-ci ilin sentyabr ayında NDU-nun Maliyyə şöbəsinin müdiri - baş mühasib vəzifəsinə təyin edilib.
2023-cü ilin noyabr ayından NDU-nun rektor müşaviri (iqtisadi məsələlər üzrə) vəzifəsinə təyin edilib.
1 fənn proqramının, 1 monoqrafiyanın və 6 məqalənin müəllifidir.
2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Monoqrafiya:
1. “İqtisadi idarəetmənin müasir xüsusiyyətləri” - “Sosial və iqtisadi məqsədlərin metodoloji əsaslarının işlənməsi”.
Mövzu proqramı:
1. Qlobal iqtisadi problemlər - Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 1 may 2018-ci il tarixli iclasının qərarı ilə nəşrə tövsiyə olunub (protokol No08)
Elmi məqalələr:
1. Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatında infrastrukuturun vəziyyəti - "Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı" beynəlxalq konfransın materialları, Naxçıvan, 2016.
2. Beynəlxalq infrastruktur layihələrinin Azərbaycan iqtisadiyyatında rolu - Naxçıvan Dövlət Universiteti, Elmi Əsərlər jurnalı, İctimai elmlər seriyası, №2 (91), Naxçıvan,Qeyrət, 2018.
3. Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında xarici iqtisadi əlaqələrin yeri və rolu - Naxçıvan Dövlət Universiteti, Elmi Əsərlər jurnalı, İctimai elmlər seriyası, Nº6 (95), Naxçıvan,Qeyrət, 2018.
4. Qloballaşma şəraitində Azərbaycanda yeni iqtisadi məqalə modellərin formalaşması və sahibkarlıq - Qloballaşan iqtisadiyyat və Mühasibat uçotu: Mövcud vəziyyət,reallıqlar və problemlər.Elmi konfrans.
5. Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında dövlət dəstəyinin rolu və onun nəticələri - İqtisadi inkişafın Naxçıvan modeli və mühasibat uçotunun actual problemləri, Elmi konfrans. Naxçıvan,Qeyrət,2020.
6. Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının sosial-iqtisadi nəticələri - Naxçıvan Dövlət Universiteti, Elmi Əsərlər jurnalı, İctimai elmlər seriyası, №2 (103), Naxçıvan,Qeyrət, 2020.