Tibb

Fakültə haqqında

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə 1999-cu ildə “Təbiətşünaslıq” fakültəsinin nəzdində “Pediatriya” ixtisasına 25 nəfərlik tələbə qəbulunun aparılması ilə Naxçıvan Dövlət Universitetində ali tibb təhsilinin təməli qoyulmuşdur.

Tibbi mütəxəssislərinin hazırlıq səviy­yəsini yüksəltmək məqsədi ilə 2000-ci ildə 4 mər­təbəli, 35 çarpayılıq xəstəxanası olan tədris-kliniki korpusu “Pediatriya” ixtisası üzrə təhsil alan tələbələrin və pedaqoji kollektivin istifadəsinə verilmişdir.

Universitet Elmi Şurasının  ­­­03 iyun 2003-cü il tarixli qərarı ilə Pediatriya ixtisası «Təbiətşünaslıq-tibb» fakültəsinin tərkibindən ayrılaraq müstəqil «Tibb» fakültəsi kimi fəaliyyət göstərməyə başlamışdır.

2007-2008-ci tədris ilindən fakültədə «Tibbi profilaktika» ixtisası üzrə qəbul həyata keçirilməyə başlanmışdır. 2011-2012-ci tədris ilindən səhiyyə sistemində aparılan islahatlarla əlaqədar olaraq respublikamızda “Pediatriya” ixtisası ləğv olunduğundan “Müalicə işi” ixtisası üzrə, 2012-2013-cü tədris ilindən isə “Stomatologiya” və “Əczaçılıq” ixtisasları üzrə kadr hazırlığına başlanılmışdır.

Tibb fakültəsi yarandıqdan sonra elmi potensialının yüksəlməsinə xüsusi diqqət yetirilmiş və ötən dövr ərzində fakültə əməkdaşlarından 2 nəfəri elmlər doktoru, 9 nəfəri isə fəlsəfə doktoru proqramı üzrə elmi iş müdafiə edərək alimlik elmi dərəcə, fakültənin bir sıra əməkdaşı isə professor və dosent elmi adı almışlar. Hal-hazırda fakültədə fəaliyyət göstərən professor-müəllim heyətindən 1 nəfər elmlər doktoru, 15 nəfər isə fəlsəfə doktoru, dosentdir.

Fakültənin maddi-texniki bazasını daha da möhkəmləndirmək və təhsilin keyfiyyətini yüksəltmək məqsədilə 2015-ci ilin may ayında universitetdə üç mərtəbəli kliniki xəstəxana istifadəyə verilmişdir. Universitet xəstəxanası müxtəlif xəstəliklərin müayinə və müalicəsi üçün ixtisaslaşmaqla yanaşı, tələbələrin universitet ərazisində praktiki dərslərinin keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır.

Fakültənin yaradılmasının 20-ci ildönümündə, yəni 14 iyun 2019-cu il tarixdə, müasir standartlara cavab verən və son texnologiyalarla təmin olunan yeni fakültə binası kollektivin istifadəsinə verilmişdir.  Yeni tədris korpusu müasir standartlara cavab verən avadanlıqlarla (müxtəlif simulyatorlar, 3D Vived anatomiya dəsti, sintetik kadavra, diş fantom dəsti və s.), kabinə və laboratoriyalarla təchiz edilmiş, müasir memarlıq üslubunda, geniş foyelər, işıqlı auditoriyalar yaradılmışdır.

Universitetin beynəlxalq əlaqələrinin yüksək səviyyədə qurulmasının nəticəsi olaraq, hazırda fakültədə 900-dən artıq tələbə təhsil alır ki, bunlardan 500-dən çoxu nəfəri xarici ölkə vətəndaşıdır.

Tələbələr ixtisaslarının profillərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının müvafiq xəstəxana­larından baza xəstəxanası kimi istifadə edir. Kliniki dərslərinin əksəriyyətinin xəstəxanalarda, bilavasitə xəstələr üzərində keçmələri üçün lazımi şərait yaradılmışdır. Eyni zamanda Respublika Xəstəxanasında əməliyyatları auditoriyalarda canlı izləmək üçün müvafiq qurğular qurulmuşdur.

2012-ci ildən Tibb fakültəsinin nəzdində rezidentura təhsil pilləsi üzrə həkim-rezident hazırlığına başlanmışdır. Bu günədək rezidentura təhsil pilləsi üzrə 50-dək həkim-rezident məzun olmuşdur. Hal-hazırda rezidentura pilləsində 24 ixtisas üzrə təhsil alan 52 həkim-rezident də muxtar respublikanın bir sıra xəstəxanalarından tədris-klinik baza kimi istifadə edirlər.

Naxçıvan Dövlət Universitetin tibb fakültəsindən Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Səhiyyə sisteminə bu günədək 600-dən çox həkim məzun verilmişdir.

Tibb fakültəsinin məzunları istər ölkə daxilində istərsə də xaricdə uğurla fəliyyət göstərməkdədirlər. Məzunlardan bir çoxu hal-hazırda Almaniya, İspaniya, Hollandiya, ABŞ, Nigeriya, Türkiyə, İran, Kipr, Gürcüstan və b. xarici ölkələrdə çalışır və ya təhsillərini davam etdirirlər.

Tibb fakültəsindən bugünədək məzun olan həkimlərin 150-dən çoxu hazırda muxtar respublikanın səhiyyə müəssisələrində çalışmaqdadırlar. Məzunlardan 12 nəfəri müxtəlif xəstəxanalarda baş həkim kimi fəaliyyət göstərir. Eyni zamanda məzunlardan 4 nəfəri tibb üzrə fəlsəfə doktorudur.

Tibb fakültəsinin qonşu Türkiyə Cümhu­riyyətinin bir sıra Universitetləri ilə uzun illərdir sıx əlaqələri mövcuddur. Buna görə də həmin universitetlərlə istər tədris, istər elmi sahələrdə bir sıra əməkdaşlıqlar, müəllim və tələbə mobilliyi həyata keçirilməkdədir. Hər il tibb fakültəsinin yuxarı kurs tələbələri yay istehsalat təcrübələrinin böyük bir hissəsini Türkiyənin Trabzon, Erzincan, Erzurum, Kayseri, Qars və b. şəhərlərində yerləşən universitetlərin klinikalarında keçirlər.

Yüksək səviyyəli tibbi mütəxəssislərinin hazırlanması məqsədi ilə Azərbaycan Tibb Univer­si­tetinin, Rusiyanın və Türkiyə Cümhuriyyətinin inkişaf etmiş universitetlərinin müxtə­if ixtisaslı tibb kadrları il ərzində dəfələrlə fakültəyə dəvət olmuş, tələbələr üçün mühazi­rələr oxumuş və praktik dərslər keçmişlər.

Hazırda Tibb fakültəsində 6 ixtisas (Tibb, İctimai səhiyyə, Müalicə işi, Tibbi profilaktika, Əczaçılıq, Stomatologiya) üzrə kadr hazırlığı aparılır. 2021/22-ci tədris ili üzrə ilk dəfə olaraq Hərbi tibb ixtisası üzrə kadr hazırlığı həyata keçiriləcəkdir.

Dekan:

Dekan müavini: İbrahimov Ənvər Mehti oğlu

Tədris işləri üzrə dekan müavini: Süleymanova Şəfiqə Tahir qızı

Akademik məsləhətçi (tyutor): Tərlan Məhərrəmova

Nurlan Səfərov

Fərqanə Kazımova

Gülnar Əliyeva

Elsevər Mikayılov

Kafedralar

2020-ci ildə aparılan struktur dəyişikliyindən sonra fakültənin tərkibində struktur bölmə kimi 4 kafedra fəaliyyət göstərir:

  1. Təməl tibb fənləri
  2. Ümumi təbabət və kliniki fənlər
  3. Stomatologiya
  4. Əczaçılıq və biokimya

Kafedralarda tədris olunan  fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.

TƏMƏL TİBB FƏNLƏRİ KAFEDRASI

Təməl tibb fənləri kafedrası 03 iyun 2000-ci ildə yaradılmışdır.

Kafedranın əsasını tibbin baza fənləri (“İnsan anatomiyası”, “Norman fiziologiya”, “Sitologiya, embriologiya, histologiya”, “Tibbi biologiya və genetika”, “Mikrobiologiya”, “Patoloji anatomiya”, “Patoloji fiziologiya” və s.) təşkil edir. Kafedra 12 müəllim və 3 tədrisə köməkçi heyətdən təşkil olunmuşdur.

Mütəxəsislərin hazırlığı kafedra 19 müxtəlif fənnin tədrisi üzrə həyata keçirir. Kafedranın nəzdində praktiki dərslərin yüksək səviyyədə təşkili üçün 3 laboratoriya (Mikrobiologiya, Patologiya, Fiziologiya) və 2 kabinə (Anatomiya, Histologiya) mövcuddu. 

Hüseynova Əzizə Elxan qızı- biologiya üzrə fəlsəfə doktoru kafedraya rəhbərlik edir.

Kafedranın professor – müəllim və tədrisə köməkçi heyəti aşağıdakı kimidir:

Soyadı, adı, atasının adı Vəzifəsi, elmi adı
1 Hüseynova Əzizə Elxan qızı biologiya üzrə fəlsəfə doktoru, kafedra müdiri
2 Əsədov Elsevər Sabir oğlu Müəllim, dosent
3 Süleymanova Şəfiqə Tahir qızı Dekan müavini, baş müəllim
4 Həsənova Südabə Qəşəm qızı Dosent
5 Seyidova Həmidə Sərvər qızı Dosent
6 Hümbətova Günel Fərahim qızı Müəllim
7 Əliyev Malik Məhəmmədəli oğlu Baş müəllim
8 Əliyev Qadir Abuzər oğlu Baş Müəllim
9 Novruzova Ləman Azad qızı Müəllim
10 Hüseynov Bəxtiyar Məmmədhüseyn oğlu Baş müəllim
11 Xudiyev Orxan Firdovsi oğlu Müəllim
12 Həsənli Lalə Alim qızı Müəllim
13 Rəsulzadə Hüseyn Sahib oğlu Müəllim
14 Babayeva Fatimə Arif qızı Müəllim
15 Qənbərli Sarita Bəylər qızı Müəllim
16 Məmmədova Məhəbbət Qasım qızı Müəllim
17 Qasımova Bənövşə Mayis qızı Müəllim
18 Quliyeva Şəhla Məhcan qızı Laboratoriya müdiri
19  Əliyeva Zeynəb İsa qızı  Preparator

 

ÜMUMİ TƏBABƏT VƏ KLİNİK FƏNLƏR KAFEDRASI

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi nəzdində haliyədə fəaliyyət göstərən “Ümumi təbabət və klinik fənlər” kafedrası ali təhsilin bakalavriat pilləsində “Tibbi profilaktika ”, “Müalicə işi”,  “Stomatologiya”, “Əczaçılıq ”, “İctimai Səhiyyə”, “Turizm” “Bədən tərbiyəsi”  istiqamətləri üzrə əsas aparıcı ixtisas  kafedralarından biridir.

Gələcək mütəxəssislərin hazırlığında kafedra 75 müxtəlif fənn üzrə tədris həyata keçirir. Tədris olunan  fənlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.

Naxçıvan  Dövlət Universitetinin Tibb fakültəsi yarandığı ilk gündən onun nəzdində   “Ümumi təbabət ” kafedrası yaradılmışdır. 2009-2010-cu ildən  kafedranın adı dəyişilərək “Ümumi təbabət və klinik fənlər” kafedrası adlandırılmışdır. Haliyədə həmin kafedrada 16 nəfər professor, müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi, 6 dosent, 5 nəfər baş müəllim,  4 nəfər müəllimdir.

Kafedraya rəhbərlik

Naxçıvan  Dövlət Universitetinin  rektorunun əmri ilə Tibb  üzrə fəlsəfə doktoru, dosent Gültəkin Budaq  qızı Əliyeva  2018-ci ilin noyabr  ayından etibarən “Ümumi təbabət və gigiyena ” kafedrasının müdiri təyin edilmiş və hal-hazırda həmin Kafedranın adı dəyişilib “Ümümi təbabət və klinik fənlər” kafedrasına rəhbərlik edir.

Kafedranın professor – müəllim və tədrisə köməkçi heyəti aşağıdakı kimidir:

ƏCZAÇILIQ VƏ BİOKİMYA KAFEDRASI

“Əczaçılıq və biokimya” kafedrası ali təhsilin baza tibb təhsili,bakalavr və magistratura pillələrində“Müalicə işi”, “Tibbi profilaktika”,   “Əczaçılıq”  və “Əczaçılığın texnologiyası” istiqamətləri üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.

Gələcək mütəxəsislərin hazırlığında kafedra 31 müxtəlif fənn üzrə tədris həyata keçirir. Fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.

Hazırda  (Əczaçılıq və biokimya) kafedrasında 11 nəfər professor , müəllim heyəti fəaliyyət göstərir. Bunlardan 1 nəfəri professor, 1 nəfəri dosent,  1 nəfəri fəlsəfə doktoru, 3 nəfəri baş müəllim, 5 nəfəri isə müəllimdir.

Naxçıvan  Dövlət Universitetinin  rektorunun 26.11.2016-ci il tarixli 832 saylı əmri ilə “Əczaçılıq və stomatologiya” kafedrasının müdiri vəzifəsinə, pedaqogikaüzrə fəlsəfə doktoru, dosent Məmmədov Bəhruz Qibləli oğlu təyin edilmiş,  hazırda 04.11 2021 ci il tarixli 728 saylı əmr əsasında 2023-cü ilədək biologiya üzrə fəlsəfə doktoru Seyidov Mürsəl Müseyib oğlu kafedraya rəhbərlik edib. Tibb fakültəsinin Elmi Şurasının 29 noyabr 2023-cü il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 29 noyabr 2023-cü il tarixdən “Əczaçılıq və biokimya kafedrası”na tam ştat kafedra müdiri vəzifəsini Rəhimova Surə Əli qızı icra edir.

Kafedranın professor – müəllim və tədrisə köməkçi heyəti aşağıdakı kimidir:

STOMATOLOGİYA KAFEDRASI

Universitet rektorunun 20.05.2020-ci il tarixli 4491 saylı əmri ilə Naxçıvan  Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində “Stomatologiya” kafedrası yaradılmışdır.

“Stomatologiya” kafedrası ali təhsilin baza tibb təhsili,bakalavr və rezidentura pillələrində “Stomatologiya”, istiqaməti üzrə əsas aparıcı ixtisas kafedralarından biridir.

Gələcək mütəxəsislərin hazırlığında kafedra 26 müxtəlif fənn üzrə tədris həyata keçirir. Fənlər yüksək ixtisaslı mütəxəsislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.

Naxçıvan  Dövlət Universitetinin  rektorunun 23.11.2020-ci il tarixli 273 saylı əmri ilə “Stomatologiya” kafedrasının müdiri vəzifəsinə, tibb üzrə fəlsəfə doktoru  Cəfərov Rauf Mehralı oğlu təyin edilmiş və hal-hazırdada kafedraya rəhbərlik edir.

Kafedranın professor – müəllim və tədrisə köməkçi heyəti aşağıdakı kimidir:

1.        Cəfərov Rauf Mehralı oğlu – tibb üzrə fəlsəfə doktoru, baş müəllim

2.        Əliyev Vüqar İsmət oğlu-– tibb üzrə fəlsəfə doktoru, 0.5 ştat müəllim

3.        Hüseynov Zaur Səbuhi oğlu – tam ştat müəllim

4.        Rəsulov Abbasəli Qurban oğlu – tam ştat müəllim

5.        Əliyev Vüsal Şakir oğlu – 0.5 ştat müəllim

6.        Əziz Cəfər Məmmədvəli oğlu – 0.5 ştat müəllim

7.        Qasımov Mehdi Hüseyn oğlu – 0.5 ştat müəllim

8.        Məmmədov Əli Əmrəli oğlu– 0.5 ştat müəllim

9.        Rzazadə İsmayıl Əlağa oğlu– 0.5 ştat müəllim

10.   Abdullayeva Dilrubə Rauf qızı– 0.5 ştat müəllim

11.   Yusifova Aygün  Əli qızı– 0.5 ştat müəllim

12.   Rzayev Məhərrəm Abbas oğlu– 0.5 ştat müəllim

13.   Məmmədzadə Dibər Niyaz qızı– 0.5 ştat müəllim

14.   Məmmədova Qəmər Qəhrəman qızı– 0.5 ştat müəllim

15.   Hüseynova Zabitə Eyvaz qızı– 0.5 ştat müəllim

16.   Mahmudova İzafə  Məmməd qızı-preparotor

Elmi Şura

Tibb fakültəsinə ümumi rəhbərlik fakültə dekanının başçılıq etdiyi fakültə Elmi Şurası tərəfindən həyata keçirilir.

Fakültə Elmi Şurası:

–   fakültədə mütəxəssis hazırlığına, fakültənin elmi-tədqiqat fəaliyyətinə və kafedraların maddi-texniki təchizatı ilə bağlı məsələlərə baxır;

–     fakültənin dekanını, fakültə tabeliyində olan kafedra müdirlərini seçir və müəyyən olunmuş qaydada professor-müəllim heyətinin vəzifələrini tutmaq üçün müsabiqələr keçirir;

–  tədris planlarının və proqramlarının layihələrinin, kafedraların tədris-metodiki və elmi-tədqiqat işləri haqqında hesabatlarını dinləyib müzakirə edir;

–   elmi-tədqiqat və tərbiyə işlərinin planlarını, fakültənin professor-müəllim heyətinin ixtisaslarının artırılması planlarını müzakirə edir;

–    hər il dekanın hesabatını dinləyir;

–    tədris və istehsalat təcrübələrinin yekunlarını müzakirə edir;

–    fakültə heyətində olan dosent, baş müəllim və assisentlərin, aparıcı və elmi işçilərin seçkilərini aparır, onlara elmi ad verilməsi üçün ali təhsil müəssisəsinin Elmi Şurası qarşısında məsələ qaldırır;

–   aspirantların və magistrlərin fərdi planlarını və namizədlik dissertasiyalarının mövzularını təsdiq edir, hər il onların attestasiyalarının materiallarına baxır;

– tələbələrin elmi-tədqiqat işlərinin vəziyyətini və onun yaxşılaşdırılması tədbirlərini müzakirə edir;

–    fakültənin fəaliyyəti ilə bağlı olan digər məsələlərə baxır.

 

Tibb fakültəsinin Elmi Şurasının işi hər tədris ili üçün hazırlanan iş planı əsasında həyata keçirilir. Fakültə Elmi Şuranın qərarları fakültənin tədris və elmi işlərinin bütün məsələləri üzrə sadə səs çoxluğu əsasıda açıq səsvermə, professor-müəllim heyətinin və dekanların seçilməsi zamanı isə mövcud qaydada gizli səsvermə yolu ilə qəbul edilir.

Fakültə Elmi Şuranda hər hansı bir məsələyə baxılması üçün Şura üzvlərinin ümumi sayının 2/3-dən az olmayaraq iştirakı vacibdir. Fakültə Elmi Şurasının açıq səsvermə yolu ilə qəbul olunmuş qərarları fakültənin dekanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

Elmi Şuranın qərarlarını və öz vəzifə borcunu sistematik olaraq yerinə yetirmədikdə, onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə dekana etimadsızlıq məsələsi fakültə Elmi Şurasının müzakirəsinə verilə bilər.

Elmi Şuranın iclasları protokollaşdırılır. Protokollar sədr və elmi katib tərəfindən imzalanılar.

Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.

Fakültə Elmi Şuranın qərarı düzgün olmadıqda ali təhsil müəssisəsinin başçısı (rektoru) və ya təhsil müəssisəsinin tabe olduğu mərkəzi orqanın rəhbəri tərəfindən ləğv oluna bilər.

Tibb fakültəsinin Elmi şurası 01.04.2021-ci il tarixdən etibarən fakültə Elmi Şurası aşağıdakı tərkibdə təsdiq olunmuşdur: